13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“AZADLIQ” BLOKU ADP-ni VƏ ÜMİD PARTİYASINI ÖZ ÇƏTİRİ ALTINA ÇƏKİB

2010-03-11

Yaxın günlərdə yeni seçki bloku elan olunacaq

“Azadlıq” blokunun parlament seçkiləri ilə bağlı yaradacağı seçki blokunun tərkibi geniş olacaq. Bu barədə blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib.

Ə.Əliyevin sözlərinə görə, seçki blokuna “Azadlıq” siyasi blokunda təmsil olunan partiyalardan başqa daha bir neçə siyasi qurumun və ictimai təşkilatın qatılacağı gözlənilir: “Həmin partiyalarla danışıqlar aparılıb, amma hələlik yekun qərar yoxdur. Bu həftə blokun formalaşması ilə bağlı qərar qəbul etmək fikrindəyik”.
VİP sədri yaranacaq seçki blokunun adının “Azadlıq” seçki bloku adlanacağını istisna etməyib: “Amma ola bilər ki, fərqli bir ad da seçilsin. İstənilən halda cəmiyyət biləcək ki, bu blok ”Azadlıq" blokunun bazasında yaradılır".
Ə.Əliyev ““Azadlıq” blokunda təmsil olunan partiyalardan başqa hansı partiyalar" dedikdə konkret ad çəkməsə də “Yeni Müsavat”a həmin partiyaların adı bir həftə öncədən məlumdur - ADP və Ümid Partiyası.
Xatırladaq ki, “Azadlıq” bloku, ADP və Ümid Partiyasından ibarət birliyin yaranacağı haqda bir həftə əvvəl məlumat vermişdik. Qəzetimizin dünənki sayında da bu formatda blokun yaranacağı haqda informasiya dərc olunub. Həmin yazıda ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”ın informasiyasının həqiqəti əks etdirdiyini dolayısı ilə dilə gətirib. S.Cəlaloğlu deyib ki, hazırkı vaxtda bu format mümkün və ən müvəffəqiyyətli variantlardan biridir.
Ə.Əliyevin yaxın günlərdə elan olunacağı anonsunu verdiyi blokun məhz “Azadlıq” bloku-ADP-Ümid Partiyası formatında olduğunu Ümid sədri İqbal Ağazadənin dünən əməkdaşımızın ünvanladığı “Yaxın günlərdə Ümid Partiyasının da iştirakı ilə seçki blokunun yaranacağı gözlənilirmi” sualına verdiyi cavab da təsdiqləyir: “Mümkündür. Ümid Partiyası müxalifətin seçkilərdə birgə iştirakı imkanlarını siyasi partiyalarla müzakirə edir, çalışır ki, sonuc Azərbaycan cəmiyyətinin istək və arzularına uyğun olsun. Müxalifət seçkilərdə maksimum vahid şəkildə iştirak edə bilsin. Nəticələrin necə olacağı, hansı partiyalarla danışıqlar aparıldığı haqda isə mətbuata bilgi vermək niyyətində deyiləm”.

Etibar SEYİDAĞA

623 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008