 |
Siyasət
HÜSEYNBALA MİRƏLƏMOV DA ADINI “QARA SİYAHI”ya YAZDIRDI 2010-03-11 YAP-çı deputat qələmi qırılanlar siyahısına düşə bilər
|
Vaxtaşırı ayrı-ayrı YAP-çı deputatlar hakim düşərgədə birmənalı qarşılanmayan açıqlamalarla çıxış edir. Faktiki olaraq onlar özlərini növbəti parlament seçkiləri ərəfəsində təhlükəli perspektivlə üzbəüz qoyur. Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun simasında onların sırasına daha biri əlavə olunub. Belə ki, YAP-çı deputat “Bizim Yol” qəzetinə açıqlamasında ona məxsus Şıx çimərliyindəki “1001 gecə” istirahət mərkəzinin əlindən alınması ilə bağlı xəbərə çox sərt reaksiya verib. Xəbəri nə təsdiq, nə də təkzib edən deputat “Məndən obyektimi zorla ala bilməzlər. Bu istəyə düşənlər qələt edir” deyə sualı cavablandırıb. Yazıda deputata yaxın mənbələrə istinadən bildirilirdi ki, dəyəri 10 milyon dollar olan istirahət mərkəzini sahibindən cəmi 3 milyona alıblar. İddiaya görə, Mirələmovun obyektinin su qiymətinə alınması təzyiq nəticəsində baş verib. Yüksək vəzifəli şəxslərdən birinin gözü “1001 gecə”yə düşüb. Deputat əvvəlcə obyektini satmamaq üçün dirəniş göstərsə də sonra müxtəlif təzyiqlər onun geri çəkilməyə vadar edib. Xatırladaq ki, vaxtilə Qaz Emalı Zavodunun rəhbəri olan Mirələmov Rövnəq Abdullayevin Dövlət Neft Şirkətinin prezidenti olmasından sonra işindən kənarlaşdırılıb. Tərəflər arasında uzun çəkən ziddiyyətlər Mirələmovun “vurulması” ilə nəticələnib. Mirələmovun xəbəri birmənalı təkzib etməməsi təəccüb doğurmaqla yanaşı, onun sərt reaksiyası da anlaşılan deyil. Hər halda, onun Azərbaycan reallığından məlumatlı olmaması mümkün deyil. Zaman-zaman sərt reaksiyaları ilə məşhur olan həmkarlarının, yaxud partiyadaşlarının qələminin tezliklə qırılmasına şahidlik edənlərdən biri də Mirələmov olub. Yaxın tariximizdə Rza İbadov, Hüseyn Abdullayev kimi nümunələr var. Elə ötən ilin sonunda Masallıda iş adamının və oğlunun həbsinə etiraz edərək rayonda keçirilən mitinqdə icra başçısı haqda kəskin ifadələr işlədən, faktiki meydan sulayan digər YAP-çı deputat Əhəd Abıyev çox keçmədi ki, susduruldu. Deputat ona müraciət edən jurnalistlərə “mən vayqanlıyam, nə deyirəmsə, əksini yozurlar” deyib mövzunu qapatmağa və iş adamının müdafiəsindən kənara çəkilməyə üstünlük verdi. Hətta az öncə tənqid hədəfinə çevirdiyi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə “ağsaqqalım” deyə müraciət etdi. Buna baxmayaraq, onun qardaşı Nadir Abıyev Masallı Rayon Fövqəladə Hallar Komissiyasının rəhbəri vəzifəsindən çıxarıldı. Ünvanlı sosial yardımlarla bağlı sensasion açıqlama verərək ayrılan pulun qurtardığını bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP-çı deputat Hadı Rəcəbli də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini çətin vəziyyətə salmışdı. Onun bu açıqlaması da təsirsiz qalmadı. Mətbuatın yazdığına görə, H.Rəcəblinin rayonun maliyyə idarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbli vəzifəsindən kənarlaşdırıb. Keçmiş icra başçısı Süleyman Mikayılovun Lənkəranda H.Rəcəbliyə məxsus olduğu bildirilən sanatoriya tipli istirahət mərkəzinə gözü düşməsi sonda konflikt yaradıb. H.Rəcəbliyə qarşı addımların bununla yekunlaşmayacağı və deputatın növbəti “sürprizlər”lə rastlaşacağı da iddia olunur. Bu misallardan çıxış etsək deyə bilərik ki, Mirələmovu da yaxşı perspektiv gözləmir. Yeri gəlmişkən, Abıyev və H.Rəcəbli kimi o da cənub bölgəsindəndir və hakimiyyətdə onun ciddi dayağının olduğu şübhəli məsələdir. Dünən məsələ ilə bağlı H.Mirələmovla əlaqə saxlayıb əlavə suallarımıza da cavab almaq istədik. Ancaq deputatın telefonuna zəng çatmadı. VÜQAR 1880 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|