13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

DEPUTAT OLMAQ İSTƏYƏN YAP-çılar, “ƏLİNİZ CİBİNİZDƏ OLSUN”!

2010-03-11

Hakim partiya bu il parlamentə düşməyin qiymətini qaldırır

Bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov parlament seçkilərinə hazırlıqları ilə bağlı bir açıqlama verib. Onun sözlərindən aydın olub ki, hakim partiyada artıq namizədlərin müəyyənləşdirilməsi kampaniyasına başlanılıb. Məhz bunun təzahürü olaraq, S.Novruzov YAP-çı deputatları düşüncələrə qərq, əl-ayağa düşməyə sövq edən mesaj verib.

“Əgər bizim ötən dəfə irəli sürdüyümüz namizəd özünü tam doğruldubsa, biz yenə də həmin şəxsin namizədliyini irəli sürəcəyik. Əks halda, həm dəyişiklik, yerdəyişmə baş verər, həm də yeni namizəd ola bilər. Bələdiyyə seçkilərində biz bu tədqiqatı apardıq, keçmiş namizədlərin cəmi 30 faizi yenidən irəli sürüldü. Kimlər etimadı doğrultmayıbsa, namizədliyi irəli sürülməyəcək. Ümumilikdə, mən YAP-dan olan millət vəkillərinin parlament fəaliyyətini yaxşı qiymətləndirirəm. Fərdi qaydada isə təbii ki, bu namizədlər arasında çatışmayan cəhətləri olanlar, bu proses ərzində göstərilən etimadı bu və ya digər şəkildə doğrultmayanlar da var. Yəni burada, həm seçicilərin, həm partiyanın etimadını doğrultmaq məsələsinə diqqət yetirilməlidir. Bundan başqa, parlamentin qanunvericilik işində iştirak, beynəlxalq təşkilatlarda parlamenti təmsil etmək və digər yanaşmalar var. Bu təhlillər davam edir”.
Siyavuş Novruzovun açıqlaması əslində YAP daxilində başlayan çaxnaşmaların göstəricisidir. İcra katibinin müavininin dediklərini hansısa səhv, “xoruz buraxmaq” kimi deyil, məqsədyönlü şəkildə çağırış kimi dəyərləndirməliyik. Söhbət ondan gedir ki, hakim partiya S.Novruzovun dilindən deputat olmaq istəyən üzvlərinə bir növ “əliniz cibinizdə olsun” mesajını verib. Bəllidir ki, Azərbaycanda Milli Məclis üzvü olmağın yeganə şərti seçicilərin səsini almaq deyil. Hətta seçicilərin səsini alsan belə, bu parlamentə düşmək üçün əsas şərt deyil. Başlıca amil hakimiyyətin razılığıdır ki, bunu da almağın əsas iki yolu var. Birincisi, deputat mandatı almaq üçün yuxarıların müəyyənləşdirdiyi məbləği vaxtında çatdırmaqdır. İkincisi isə deputat olmaq istəyən şəxsin hansısa nüfuzlu qruplaşmanın siyahısında olmasıdır. Məlumdur ki, hakimiyyətdəki qruplaşmalar parlamentə daha çox adam yerləşdirmək uğrunda mübarizə aparırlar. Təbii ki, onlar da “haqq” verirlər, lakin daha az məbləğ ödəyirlər və daha arxayın olurlar.
Siyavuş Novruzoun “özünü doğrultmayanlar” haqda dediklərindən belə nəticə hasil olur ki, YAP bununla bir növ vakant yerlərin də yarandığına dair mesaj verib. Proseslərin gedişinə diqqət edəndə aydın olur ki, hazırda deputat olan bir çox YAP-çılar növbəti seçkilərdə mandat ala bilməyəcəklər. Bu sırada hörmətli akademik Cəlal Əliyevin, eks-spiker Murtuz Ələsgərovun və Arif Rəhimzadənin, Əhəd Əhmədovun, Əhəd Abıyevin, Miri Qənbərovun, Ağacan Əbiyevin, Nizami Xudiyevin, Hacı Madər Musayevin, Məlahət İbrahimqızının, Anar Məmmədxanovun, Gülhüseyn Əhmədovun, Fərhad Qəribovun, Baba Tağıyevin, Maqsud İbrahimbəyovun adlarını çəkmək olar. Bu il onların yerini başqa insanlar tuta bilərlər. Siyavuş Novruzovun açıqlaması onu göstərir ki, YAP artıq bu yerlər üçün “tender” elan edib. Əlbəttə, yerlər uğrunda mübarizə qızışdıqca, iddialılar çoxalır və avtomatik olaraq mandatın qiyməti də qalxır.
Dünən “vurulacağı” bildirilən deputatlarla əlaqə saxlamağa, onların ümumiyyətlə S.Novruzovun açıqlamasına münasibətlərini öyrənməyə də cəhd etdik. Lakin deputatlarla əlaqə yarada bilmədik. Növbəti saylarımızda onların mövqeyini almağa çalışacağıq.

Maqsud MAHRIZLI

865 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008