 |
Siyasət
SİYASİLƏR TONQALA “İSTİ” YANAŞIR 2010-03-12 Onlar bu il də ilaxır çərşənbənin rituallarına əməl edəcəklər
|
Novruz bayramı yaxınlaşır. Növbəti həftə ilaxır çərşənbə qeyd ediləcək. Həmin günün əsas atributlarından biri də tonqaldır. Hələ qədim zamanlardan insanlar odun üzərindən tullanaraq “ağırlığım, uğurluğum odda yansın” deməklə mənfi enerjidən azad olacaqlarına inanarmışlar. Digər bir inanca görə, tonqaldan hoppanmaqla insanın ruhu təzələnir və həyat mənbəyi olan oddan güc alır. Azərbaycanda bu rituala həmişə əməl edilib. Bəs siyasilərdən tonqal üzərindən tullanan varmı? Ümumiyyətlə, bizim siyasətçilərin odla bağlı inanclara münasibəti necədir? Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə inanclara şübhə ilə yanaşmağın tərəfdarı olmadığını dedi: “Hər halda, illər uzunu yaddaşımızdan süzülüb gələn, xalqımızın yaşatdığı belə bir ritual varsa, inanmamağa ən azı ciddi arqumentim yoxdur. Tonqalın üstündən tullanmağa qalsa, bu rituala həmişə isti yanaşmışam. Çərşənbə günü də, bayram günü də tonqal qalayıb üstündən tullanacağıq”. Millət vəkili Arzu Səmədbəyli də tonqalın üzərindən tullanmağa normal yanaşır. Amma özü nadir hallarda bu rituala riayət edir: “Tonqal və tonqaldan atlanmağın Novruz atributları içərisində xüsusi yeri var. Məndə uşaqlıq dövründə xeyli tonqalın üstündən atlanmışam və ”ağırlığım, uğurluğum bununla yandı getdi" deyə inanclarımız olub. Bizə bu, həm fiziki, həm də psixoloji baxımdan xoş gələrdi. Tonqalı görəndə həmin zamanları xatırlayıram. Yeri düşəndə tonqaldan tullanıram. Amma daha çox tonqala baxıb uşaqlığımı xatırlamağa üstünlük verirəm". Millət vəkili Zahid Oruc tonqalı Novzurun danılmaz simvolu hesab edir: “Tonqalla bağlı min illərdən bəri yaranmış o miflər, əsatirlər, inanclara gəldikdə, bunun doğru olduğunu düşünürəm. Çünki insanlar kütləvi şəkildə bu cür inanclarla düşünəndə elə də baş verir. Tonqal üzərindən atlanmaq fiziki baxımdan bəlkə də insanı doğurdan da azad edir. İkinci tərəfdən, bu qadınların, uşaqların əhatəsində baş verir və bərabər həyata keçiriləndə isti insana təsir edir və insan mənən dəyişir. Nədənsə sovet dövründə Novruzla, tonqalla bağlı o qadağalar bizim kənddə olmayıb. Nə qədər bədii səslənsə də, tonqallarla sovetləşməni laxlatmışıq. Bu il də son çərşənbədə tonqal qalayıb atlanacağıq”. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tonqaldan atlanmağı Novruzun ən önəmli atributu hesab edir: “Tonqalla bağlı inancları oda sitayişlə bağlayanlar da, odun özünün müqəddəsliyi, həyat əlaməti olması ilə əlaqələndirənlər də var. Çünki od pak edən, şər qüvvələri tənzimləyəndi. İnsanın bütün bunlara inancı olarsa, müsbət təsiri olacaq. Odun özünün müqəddəsliyi tarixi ənənələrdən gələn məsələdir. Tonqaldan atlananda bədəndən mənfi emosiyalar çıxır”. Z. Məmmədlinin sözlərinə görə, bu il “Borçalı” Cəmiyyəti Gürcüstanda böyük törən düzənləyəcək və tonqallar qalanacaq: “Orada da həyata keçirəcəyimiz əsas hərəkətlərdən biri tonqaldan tullanmaq olacaq”. Millət vəkili İkram İsrafil uşaqlıq dönəmində tonqaldan tullanmaq kimi Novruz ritualının əhəmiyyətini qədərincə dərk etmədyini dedi: “Amma indi bu məsələlərə keçmişdən gələn adət-ənənə kimi baxırıq. Tonqaldan tullanmaqla mənfi enerjinin getməsi kimi inanclara, deyimlərə inanmasam da, milli bayram kimi Novruzu qeyd edirəm”. İ.İsrafil bununla belə, tonqalın üzərindən atlanmaq həvəsini də gizlətmədi: “İnşallah, bu il də tonqal üzərindən tullanmaq bizə qismət olacaq”. Nailə RÖVŞƏNQIZI 642 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|