 |
Siyasət
MÜSAVATI TƏKLƏMƏK PLANI İŞƏ SALINIB 2010-03-12 “Azadlıq” blokunun ADP və Ümidə qucaq açması bu planın tərkib hissəsi imiş
|
“Azadlıq” blokunun ADP və Ümid Partiyası ilə seçki ittifaqı yaradacağı haqda yazdıqlarımız reallaşır. Artıq adıçəkilən partiyaların təmsilçiləri “Azadlıq” bloku-ADP-Ümid danışıqlarının getdiyi və yaxın günlərdə yeni seçki blokunun elan olunacağını rəsmən açıqlayırlar. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə bildirib ki, hazırda ADP, Ümid Partiyası və “Azadlıq” bloku arasında seçki blokunun yaradılması ilə bağlı müzakirələr başlayıb. Müsavat Partiyasından başqa, vaxtilə Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan partiyaların birliyinin yaradılması ilə bağlı yaxın günlərdə yekun qərar ola bilər. Amma sonrakı mərhələdə digər partiyaların da bu bloka qoşulması mümkün olacaq. “Azadlıq” blokundakı tanınmış siyasətçilərdən biri əməkdaşımızla söhbətində bildirib ki, sözügedən formatda blokun yaradılması ideyası Liberal Partiyanın lideri Lalə Şövkətdən gəlib. Məqsəd Müsavat Partiyasını kənarda saxlayıb təkləndiyi görüntüsünü yaratmaqdır. Adının çəkilməsini istəməyən həmin siyasətçi Ümid Partiyasının Müsavatla münasibətlərinin gərgin olduğunu əsas gətirərək qeyd edib ki, Ümidin Müsavatın təklənməsi ideyasına canbaşla dəstək verməsi başadüşüləndir. ADP-nin bu plana qoşulması isə anlaşılan deyil.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz ADP sədri Sərdar Cəlaloğlu isə “Azadlıq” bloku-ADP-Ümid birliyi reallaşsa belə, bu birliyin Müsavatı təkləmək məqsədilə yaradılmış birlik kimi qəbul edilməsinin yanlış olduğunu bildirdi: “Müsavat özü-özünü kənarda saxlayır. Müsavat Partiyası özü istəmirsə, biz onu zorla birliyə gətirə bilmərik. Müsavatı kənarda biz yox, özü qoyur. Müsavat potensial birləşəcəyi qüvvələrə qarşı şərt, ittihamlar irəli sürür. Belə bir situasiyada biz istəsək də Müsavatla həmin qüvvələrin birliyinə nail ola bilməyəcəyik. Müsavat özü bu cür xətt seçib. Görünür, bu cür yol getmək onlar üçün daha məqsədəmüvafiqdir”. Müsavat Partiyası isə “Azadlıq” bloku-ADP-Ümid Partiyası birliyi reallaşacağından narahat deyil. Çünki bu partiyanın rəhbərliyi təcrübəyə əsaslanaraq əmindir ki, Müsavat hansı formatda seçkilərdə iştirak edirsə, seçicilərin əksəriyyəti məhz həmin formata səs verirlər. Müsavat seçkiyə təkbaşına qatılsa, seçicilərin əksəriyyətinin Müsavat Partiyasına, hansısa blokda seçkiyə qatılarsa isə həmin bloka səs verəcəyi şübhəsizdir. Buna əmin olduqlarını bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi ki, ölkədə çoxlu sayda müxtəlif siyasi partiyalar, müxtəlif bloklar, namizədlər iştirak etsə də Azərbaycan seçicisi həmişə konkret bir qüvvəyə səs verib. 2000-ci ildən bu günədək Müsavat Partiyası hansı seçkidə iştirak edibsə, həmin qüvvə məhz Müsavat olub. Protest elektoratının seçkilərdə Müsavat Partiyasına səs verdiyi faktdır. 2010-cu il parlament seçkilərində protest elektoratı Müsavat Partiyasına səs verəcək. Müsavat seçkiyə təkbaşına qatılsa, seçicilərin əksəriyyətinin Müsavat Partiyasına, hansısa blokda seçkiyə qatılarsa isə həmin bloka səs verəcəyi şübhəsizdir". Etibar SEYİDAĞA 993 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|