 |
Siyasət
MÜSAVATIN RAYON TƏŞKİLATLARI AYAĞA QALXDI 2010-03-12 “Yerlərdə gücü olmaya partiyaların nazı ilə oynadığımız bəsdir, Müsavat seçkiyə təkbaşına getməlidir”
|
Müsavatın bir sıra müxalifət partiyalarına parlament seçkiləri ilə bağlı birlik təklifinə müsbət cavab verilməməsi rayon təşkilatlarının rəhbərlərini hövsələdən çıxarıb. Onlar “Yeni Müsavat” vasitəsilə öz mövqelərini belə ifadə edirlər ki, Müsavatdan qat-qat zəif partiyaların birlik təklifini alqışlamaq əvəzinə minnət qoymaları rayon təşkilatlarını təngə gətirib. Ona görə də rayon təşkilatları Müsavat Partiyasının seçkilərə təkbaşına getməsini tələb edirlər. Müsavatın Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl bildirdi ki, partiyanın qüvvəsi seçkiyə tək qatılıb daha çox uğur qazanmağa bəs edir: “Müsavat seçkidə tək iştirak edəndə seçicilərin daha çox dəstəyini qazanır. Seçicilər bilir ki, Müsavat yolundan sapmayan, milli maraqları həmişə üstün tutan partiyadır. Mən bir faktı da qeyd edim ki, son vaxtlar Müsavata yeni axın başlayıb. Müsavata üzv olmaq üçün müraciət edənlərin sayı sürətlə artır. Bu fakt da təsdiq edir ki, Müsavat seçkiyə təkbaşına da qatılıb qələbə qazanmağa qadirdir”. Ağstafa rayon təşkilatının sədri Ayvazalı Oruc bildirdi ki, Müsavat real müxalifət təşkilatlarının seçkiyə birgə getməsinə uzun müddətdir cəhd edir. Partiyalar müxtəlif maraqlarını önə çəkirlərsə, Müsavat sona qədər onları gözləməməlidir: “Birlik vacibdir. Ancaq birlik reallaşmırsa, Müsavat seçkiyə təkbaşına getməlidir. Müsavatın nüfuzu, təşkilati imkanları seçkidə təkbaşına da uğur qazanmasına imkan verir”. Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyev isə daha sərt mövqe nümayiş etdirdi. O, bildirdi ki, birlik təklifinə müxtəlif bəhanələrlə müsbət cavab verməyən partiyaların rəhbərliyi güclərinin Müsavatdan dəfələrlə zəif olduğunun fərqindədirlər. Lakin təəccüblüdür ki, hansı səviyyədə olduqlarını bilə-bilə özlərindən güclü olan Müsavata minnət qoyurlar: “Onlar xahiş etsinlər ki, Müsavat onlarla birliyə razı olsun. Niyə Müsavat xahiş etməlidir? Müsavat böyüklüyünü, birlik naminə öz maraqlarını kənara qoymağa qadir olduğunu nümayiş etdirir. Ancaq biz görürük ki, bəzi partiyalar bundan sui istifadə edir. Ona görə hesab edirik ki, artıq yetər. Müsavat heç kimin nazı ilə oynamamalıdır. Müsavatın birlik təklifinə müsbət cavab verməyən partiyaların rayonlarda adamları yoxdur”. Tərtər rayon təşkilatının sədri Xaqani Məmməd Müsavatın seçkiyə heç bir blokda olmadan, təkbaşına getməsini istəyir: “Gücü olmayan, yerlərdə nüfuzlu namizədləri olmayan partiyalarla blok yaratmaq Müsavata xeyirdən çox zərər verir. Bunu 2005-ci il parlament seçkiləri də göstərdi. Müsavatın üzvü olan nüfuzlu şəxslərin əvəzinə digər partiyaların heç bir nüfuzu olmayan namizədləri blokun namizədi kimi irəli sürüldü. Çünki blokdakı həmin partiyaların olanı o idi. Nəticədə bir yandan nüfuzlu şəxslər Müsavatdan incik düşdü, digər tərəfdən də zəif namizədlər cüzi səs topladılar. Müsavat gücünü, imkanlarını özünün namizədlərinin seçki işinə sərf etməlidir. Özündən razı olan, lakin heç bir gücə malik olmayan partiyaların yükünü daşımağa ehtiyac yoxdur. Yerlərdə təşkilatı olmayan partiyaların sədrləri Müsavat kimi partiya ilə şərtlə danışanda adam həm təəccüblənir, həm də əsəbləşir”. Sabirabad rayon təşkilatının sədri Azər İsmayıl real müxalifət qüvvələrinin birliyinin milli maraqlara uyğun olduğunu bildirdi: “Müsavat milli maraqları hər şeydən üstün tutan partiya olduğu üçün xeyli vaxtdır real müxalif qüvvələrin birliyi təklifini irəli sürüb. Son vaxtlar isə mətbuatdan müşahidə edirik ki, Müsavatın xoş məramını bəzi qüvvələr başqa istiqamətə yozurlar. Həmin liderlər xalqın maraqlarını düşünürlərsə, real müxalifətin birliyini nəzərdə tutan təklifə normal yanaşmalıdırlar. Birlik baş tutmursa, Müsavatın seçkidə təkbaşına iştirak etmək gücü var”. Zaqatala rayon təşkilatının sədri Saleh Soltanov da hesab edir ki, Müsavat xalqın maraqları tələb etdiyi üçün seçkidə real müxalifət partiyalarının birgə iştirakının tərəfdarıdır: “Müsavatın da səbrinin həddi var. Partiyalar real müxalifətin birliyini istəmirlərsə, Müsavat sona qədər onları gözləməməlidir və seçkiyə tək getməlidir”. Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov bildirdi ki, yerlərdə gücü olmayan partiyalar Müsavata minnət qoyurlar: “Müsavata minnət, şərt qoyan partiyaların əksəriyyətinin heç rayon təşkilatları yoxdur. Belə partiyalarla birlik yaratmağın, seçkidə birgə iştirakın bizə heç bir xeyri olmayacaq. Məsələn, mənim üçün maraqlıdır ki, Müsavat Lənkəranda yerli təşkilatı olmayan həmin partiyalarla seçkiyə birgə getsə, bu rayonda həmin partiyaların seçki işini kim aparacaq. Onlar Müsavata yük olacaqlar. Qarşı tərəf birlik istəmirsə, Müsavat təbii ki, seçkiyə tək getməlidir”. Etibar SEYİDAĞA 1057 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|