12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

DEPUTATLAR HESABATI TƏZYIQ VASITƏSI SAYIRLAR

2010-03-12

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir.

"Mən ABŞ kimi demokratik imicli, obyektiv siyasəti olan bir ölkənin belə bir hesabat yaymasına təəssüf edirəm", - cümə günü Trend News-a hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.
ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını yayıb. Hesabata görə, 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin referendumu və bələdiyyə seçkilərində vətəndaşların öz hakimiyyətlərini dinc şəkildə dəyişmək hüququ məhdudlaşdırılıb.
Mirzəzadənin sözlərinə görə, ABŞ xarici siyasət idarəsinin belə qeyri-obyektiv hesabat hazırlamasında bu ölkənin Azərbaycandakı səfirliyinin də rolu var: "Sanki bu ölkənin səfirliyi Azərbaycanın içərisində işləmir. Bundan başqa, hesabatda həm də Azərbaycan hökumətinə qarşı radikal müxalifətdə olan bir partiyanın şüarlarının əsas kimi götürüldüyü hiss edilir. Obyektivlik, məsələni hərtərəfli öyrənmək, Azərbaycandakı real vəziyyətin dəyərləndirilməsi qətiyyən hiss edilmir", - millət vəkili əlavə edib.
Onun fikrincə, bu hesabat ABŞ hökumətinin, bu ölkənin Azərbaycandakı səfirliyinin ABŞ rəsmilərinə vaxtaşırı Azərbaycanla bağlı verdikləri bəyanatlarla da tamamilə əkslik təşkil edir: "Bir qayda olaraq, Azərbaycanla bağlı ABŞ rəsmilərinin, səfirliyin verdiyi bəyanatlarda ölkəmizdə demokratik inkişafın olduğu, beynəlxalq aləmlə inteqrasiyanın bütün elementlərinin gözlənildiyi vurğulanır. Bu hesabat isə həmin bəyanatların heç birinə uyğun gəlmir, digər tərəfdən, belə bir təəssürat yaranır ki, hesabat qərəzlidir, məqsədəuyğun şəkildə rənglər tündləşdirilib və Azərbaycan çox geridə qalmış, hətta demokratiya sözünün özü yasaq edilən bir ölkə kimi təqdim olunur", - Mirzəzadə vurğulayıb.
"ABŞ Dövlət Departamentinin hesabatındakı bəzi nöqsanlar Azərbaycanda mövcuddur, amma bir qədər şişirdilib", - cümə günü Trend News-a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, insan haqları sahəsində mövcud olan problemlərin həlli istiqamətində addımlar atmaq lazımdır.
Mustafa deyib ki, ABŞ-ın bu faktlardan təzyiq vasitəsi kimi istifadə etməməsi üçün hakimiyyət orqanları ciddi addımlar atmalı və bu imici dəyişməyə çalışmalıdırlar.

889 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008