12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

HARADASAN, AZƏRBAYCAN MÜXALİFƏTİ...

2010-03-13

Kim önə çıxmalıdır - qəzetlər, yoxsa siyasətçilər?

Bir neçə gün öncə “The Washington Post” qəzetində prezident İlham Əliyevin ailə üzvlərinə Dubayda çox bahalı mülklərin alınması barədə yazı dərc edildi. Bu məlumatı Avropanın əksər qəzetləri, televiziyaları da gündəmə daşıdılar. Azərbaycanda isə cəmi 2-3 qəzet bu barədə yazdı. İnformasiya agentlikləri, televiziyalar, əksər elektron KİV-lər mövzuya dair bir cümlə də yayınlamadılar.

“Yeni Müsavat” xəbəri, həmin xəbərə dair ən müxtəlif rəyləri, müxalifət təşkilatlarının bəyanatlarını (olduğu kimi) dərc etdi. İlk gündən yazdıq ki, bu, kifayət qədər ciddi faktdır və eyni zamanda Azərbaycanın demokratik qüvvələri üçün göydəndüşmə fürsətdir. Lakin təəssüflər olsun ki, biz bu prosesdə müxalifətin lazımi fəallığını müşahidə edə bilmədik. Hətta Allahın mətbuat konfransı belə keçirilmədi. Başı daxili didişmələrə, bir-birini qaralamağa qarışmış müxalifət nə bir aksiya, nə bir dəyirmi masa, nə də düşərgə elitasının iştirakı ilə müzakirələr keçirmədilər.
Düzdür, başa düşürük ki, müxalifət hakimiyyətin apardığı repressiv siyasət nəticəsində xeyli zəiflədilib, ölkədə faktiki olaraq sərbəst toplaşmaq hüququ ləğv edilib və sair. Bütün bunları nəzərə alaraq, biz müxalifətdən xüsusi bir qəhrəmanlıq nümunəsi ortaya qoymağı da tələb edə bilmərik. Hansı ki, tələb oldu-olmadı, müxalifət düşərgəsi indi meydanlarda olmalı idi. Bu onun missiyasıdı, funksiyası və borcudur...
Lakin maraqlıdır ki, bəzi müxalifət funksionerləri onlara bağlı olan qəzet və yazarların da yaxından dəstəyi ilə ölkə qəzetlərinin təftişinə başladılar. Tipik monitorinq taktikası seçilərək, “kim Dubaydan yazdı, kim yazmadı” prinsipi ilə yazılı mətbuatı lupa altına aldılar. Nədənsə elektron KİV-lər, xüsusilə də televiziyalar deyil, hədəf olaraq məhz yazılı mətbuat seçildi. Əlbəttə ki, biz bunun nə demək olduğunu və daşın haraya atıldığını anlayırıq; lakin bu əcaib hərəkətdən həmin müxalifət qüvvələrinin nə qazanacağını başa düşmürük. Çünki onların rəqibi qəzetlər, onların baş redaktorları deyil; onların əsas hədəfi hakimiyyətdir; İlham Əliyevdir. Əllərinə Amerikanın verdiyi bu dəstəvuzu bunca da kötüyə kullanmamaq olardı.
Yenə də klassik məntiq: niyə bu xəbəri mən istəyən kimi istifadə etməmisən, niyə filan, filan şeyləri də yazmamısan... Niyə yazmısan ki, Amerika İlham Əliyevə təzyiq kimi istifadə edir bu cür xəbərləri...
Qərəz birilərinin gözünü elə tutub ki, adicə hesablama aparmağı da bacarmır. Bu dəqiqə ictimai rəyə ABŞ-ın bu iqtidardan döndüyünü, ona qarşı savaşa başladığını, ona təzyiqlə etdiyini çıxartmaq daha mühümdür, nəinki bu olayı tipik korrupsiya və ifşa prosesi kimi göstərmək. Biz yazdıq ki, ABŞ-ın konkret hədəfi var: həmin hədəfi adını da qeyd etdik. Bunlarsa deyir ki, yooox, elə deyil, bu bir yeyinti faktıdı, ifşa eləyiblər... Rəhmətliyin uşağı, Amerika bəyəm indi bilib ki, Azərbaycanda korrupsiyaçı bir hakimiyyət var? Elə ABŞ, İngiltərə deyilmi ki, bu iqtidarla əl-ələ verib, Azərbaycan xalqını şərikli talayırlar? Bu gün YAP fəallarından olan Eskudero kimin, haranın səfiri idi...
Tamam, olsun, sən deyəndi. Davamını gətir, qəzetdə yazmaqdan ayrı əlindən nə gəlir, ortaya qoy. Ortaya bir hərəkət, hadisə çıxart, qəzetlər də yazsın, TV-lər də göstərsin. Əmin olun ki, Azərbaycan müxalifəti rejimə qarşı prosesə başlasa, bütün dünyadakı KİV-lər buraya töküləcək və möhtəşəm bir informasiya dəstəyi olacaq. Lakin çifayda, bizim bəzi müxalifətçilər İlham Əliyevdən daha çox “Yeni Müsavat”ın müxalifətidirlər...
Kimdir haqlı? Hər hansı siyasi liderin hər hansı bir qəzetə, ümumiyyətlə KİV-ə “bunu niyə belə yazmırsan” məntiqi ilə irad tutmağa və bu irad əsasında həmin KİV-ləri aşağılamağa haqqı varmı? Ən əsası isə, bu kimi hallarda - yəni ölkədəki iqtidarla bağlı ifşaedici materiallar ortaya çıxanda, önə kim düşməlidir? Müxalifət liderlərinin qəzet səhifələrindən atəş püskürməsimi daha məqsədəuyğundur, yoxsa xalqı meydanlara çağıraraq, siyasi proseslərə rəvac verməsimi...

Qabil Hüseynli: “Kimlərinsə mətbuat üzərinə xüsusi məsuliyyət yükü qoyması məqbul sayıla bilməz”

Qabil HüseynliEkspertlər hesab edir ki, bu kimi məsələlərdə önə çıxmaq mətbuatın yox, müxalifətin işidir. Politoloq, Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli deyir ki, bu və ya digər olayla bağlı biz ilkin məlumatları mətbuatdan alırıq: “Kimi informasiyanı qəzetdən aldı, kimi də internetdən izlədi. Amma kimlərinsə burada mətbuat üzərinə xüsusi məsuliyyət yükü qoyması məqbul sayıla bilməz. Çünki mətbuat bu dövrdə üzərinə düşən funksiyanı lazımi səviyyədə yerinə yetirdi, Azərbaycan ictimaiyyətini baş verənlərlə bağlı məlumatlandırdı. Bundan sonrası həm müxalifətin, həm də xalqın öz işidir. Adamlar öz siyasi şüur və düşüncəsinə görə və mənsub olduğu düşərgənin missiyasına uyğun olaraq bu məsələlərə reaksiya verməlidir. Məsələn, Müsavat Partiyası mitinq ideyası ilə çıxış edir və öz təpkilərini kütləvi tədbirlərlə ortaya qoymaq istəyir. Digər siyasi firqələr də bu səpkidə öz siyasi mövqelərini ortaya qoya bilərdilər. Amma hələ ki bu günə ortada olan mövqe budur”.

Rauf Arifoğlu: “Biriləri revanşa oynayır - bunu fərq edirik”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Bəzi şəxslərin mövqeyindən belə rəy yaranır ki, sanki "The Washington Post"-da haqqında yazı çıxan şəxs İlham Əliyev yox, “Yeni Müsavat” və onun baş redaktorudur. Bəzi müxalifət funksionerləri öz üzərlərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, mətbuatın bu xəbəri necə təqdim etməsini təftiş edir. Bir sıra məqamlarda haqlıdırlar: məsələn, mən bu xəbərə bir sətir də ayırmayan qəzetləri, görməzdən gələn TV-ləri qınayıram. Lakin qərəzli şəkildə hər hansı bir qəzetin üstünə gəlmək yolverilməzdir. Biriləri revanşa oynayır - bunu fərq edirik. Lakin hər kəs bilməlidir ki, hər bir qəzetin özünün informasiya siyasəti var və kimliyindən asılı olmayaraq, hər hansı bir şəxs bu siyasətə müdaxilə, təsir edə bilməz. Buna göstərilən hər bir təşəbbüs antidemokratikdir. Biz istər bu, istərsə də digər məsələlərlə bağlı müxalifət düşərgəsində baş verən gəlişmələri çap etmişik və edəcəyik. Gəlişmə olmayacaqsa, biz onların yerinə hər hansı bir vəzifəni həyata keçirməyəcəyik. Buyurub meydana çıxsınlar, mətbuat konfransı keçirsinlər, heç olmasa piket təşəbbüsü göstərsinlər. “Yeni Müsavat” onların hadisə sayılan addımlarını manşetdən verəcək".
Son hadisələrdə Müsavat Partiyasının operativliyini və obyektivliyini bəyəndiyini söyləyən baş redaktor bunları dedi: “Müsavat bu mövzuda daha səviyyəli, ardıcıl göründü. Əvvəl şəxsən prezidentdən izahat tələb etdi; bu gəlmədikdə isə istefa tələbini irəli sürdü. Ardınca kütləvi aksiyalar qərarı verildi... Digər müxalifət komponentləri də bir nümunə götürsünlər, bizimlə uğraşdıqlarına, öz işləri ilə daha ciddi məşğul olsunlar”.

Elşad MƏMMƏDLİ

1131 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008