 |
Siyasət
MÜXALİFƏT İLHAM ƏLİYEVİ İSTEFAYA GÖNDƏRƏ BİLƏCƏKMİ? 2010-03-13 Qabil Hüseynli: “İstefa tələbi real görünsə də, görünməsə də, müxalifət baş verənlərə adekvat reaksiya verib” Pənah Hüseyn: “İstefa tələbinin ortalığa qoyulması ciddi siyasi addımdır”
|
“The Washington Post” qəzetinin 5 mart tarixli sayında Dubayda Azərbaycan prezidentinin ailə üzvlərinin adına 44 milyon ABŞ dolları məbləğində mülk alınması haqda getmiş yazı mediada müzakirə mövzusu olaraq qalır. Məsələyə ayrı-ayrı siyasi partiya təmsilçiləri, müstəqil şəxslər səviyyəsində reaksiyalar davam edir. Müsavat Partiyasının Divanının son toplantısında da bu mövzu geniş müzakirə edilib. Qeyd edək ki, məqalə dərc olunandan dərhal sonra Müsavat Partiyası bəyanat verərək bu məsələ ilə bağlı şəxsən prezidentdən izahat tələb etmişdi. İqtidar düşərgəsindən isə mövzu ilə əlaqədar yalnız Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlaması olub. Müsavat Partiyası ölkə başçısı İlham Əliyevdən bu məsələyə aydınlıq gətirməsini, əks təqdirdə, istefa verməsini tələb edib. Divan etiraz mitinqi keçirmək haqqında yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək haqqında qərar da qəbul edib. Qeyd edək ki, bu yazının Amerika mətbuatında dərc olunması ABŞ-Azərbaycan münasibətlərinin ən soyuq dövrünə təsadüf edir. Müstəqillik tarixində heç zaman ABŞ-ın rəsmi Bakı ilə münasibətləri bu qədər soyuq olmamışdı. Elə Azərbaycana səfir təyinatını müxtəlif bəhanələrlə gecikdirməsi, rəsmi Bakının isə Ağ Evin çağırışlarına məhəl qoymayaraq Amerikanın maliyyələşdirdiyi radiostansiyaların yayımını bərpa etməməsi, həbsdəki jurnalistlər və bloggerləri azad etməməsi münasibətlərdəki çatın ciddiliyini göstərir. Məhz belə bir ərəfədə ABŞ mətbuatında sözügedən yazının ortaya çıxmasını Əliyev hakimiyyətinə Amerikanın təzyiqi kimi qiymətləndirənlər də var. Lakin nədənsə məhz bu cür qiymət Azərbaycan müxalifətinin bəzi kəsimlərini qane etmir. Onlar hadisəyə tipik korrupsiya faktı və ifşa prosesi kimi baxırlar. Hansı ki, Azərbaycan hakimiyyətinin korrupsiya mahiyyətli olması 2010-cu ildən çox-çox əvvəllər məlum idi... Qeyd edək ki, “Azadlıq” bloku da “The Washington Post” qəzetində gedən yazıya görə Azərbaycan prezidentini istefaya çağırıb. Olduqca maraqlı olan bu gəlişmələrdən ortaya bir neçə sual çıxır. Azərbaycan müxalifəti onun əlinə düşmüş bu faktdan adekvat şəkildə yararlana bilirmi? Ən əsası da, müxalifət prezidentin qarşısında qoyduğu istefa tələbinin reallaşması üçün hər hansı imkana sahibdirmi? Aydın məsələdir ki, İlham Əliyev siyasi rəqiblərinin “istefa ver” tələbinə riayət etməyəcək və işləməkdə davam edəcək. Belə olan halda Azərbaycan müxalifəti hansı addımı atacaq; onun hakimiyyətə təsir göstərmək üçün rıçaqları varmı? Müsavat Partiyası başqanının müavini Qabil Hüseynlinin fikrincə, istefa tələbi real görünsə də, görünməsə də, müxalifət baş verənlərə adekvat reaksiya verib: “Həmçinin bu istiqamətdə də qüvvələrini səfərbər etməyə çalışır. Kütləvi tədbirlərə start verilməsi də bununla bağlıdır. Amma müxalifət ən azından bu faktı ictimailəşdirib yaddaşlara həkk etməyə nail ola biləcək”. Hakimiyyətdən tələb edilən izahat məsələsinə gəldikdə, Q.Hüseynliyə görə, hələ ki alınan izahatlar ən azı Müsavat Partiyasını təmin edəcək səviyyədə deyil: “O səbəbdən də biz öz tələblərimizi sərtləşdirmək məcburiyyətin qarşısında qalıb partiya bəyanatında ”istefa" tələbini irəli sürmüşük". Millət vəkili Pənah Hüseyn hesab edir ki, Amerika qəzetinin yazdıqlarına aydınlıq gətirilməsi olduqca zəruridir: “Sivil ölkələrdə və sivil cəmiyyətlərdə bu məsələlər barədə doğru-dürüst açıqlama verilir. Məsələn, vəsaitin mənbələri göstərilir. Bir çox hallarda isə əgər bu, qaranlıq qalıbsa, biz ayrı-ayrı məmurların, o cümlədən ən yüksək vəzifəli şəxslərin istefasının şahidi olmuşuq. Bu, sivil cəmiyyətlərdə qəbul olunan bir normadır. Əlbəttə ki, hələlik bu məsələ ilə bağlı rəsmi bir mövqe ortaya qoyulmayıb, məsələyə aydınlıq gətirilməyib. Yalnız Prezident Administrasiyasının bir işçisinin bu barədə özünəməxsus bir açıqlaması olub. Əlbəttə ki, cəmiyyəti qane edən və onu burada hansısa qaranlıq bir məsələnin olmadığına inandırmayan arayış ortalığa qoyulmazsa, heç şübhəsiz bu istefa konkret tələbə çevriləcək”. P.Hüseyn hesab edir ki, elə istefa tələbinin ortalığa qoyulması ciddi siyasi addımdır: “Bunun başqa fəaliyyət formaları, aksiyalarla müşahidə olunması barədə partiyalar və ayrı-ayrı təşkilatlar təbii ki, özləri müzakirə aparıb qərar qəbul edəcəklər. Hesab edirəm ki, bunun ən doğru-düzgün yolu seçkilərdən keçir”. İstənilən halda, fakt ortadadır. Amerika mövcud hakimiyyətə son illərdə müşahidə olunmayan bir zərbə vurub. Görünən də budur ki, iqtidar ideoloqları hələlik bu zərbə qarşısında effektli müqavimət təşkil edə bilmirlər. Lakin müxalifət də faktdan lazım olan qədər yararlana bilmir. Burada qəzetlərə istiqamətlənərək, bəyanat taktikası seçməklə yanaşı, praktiki addımlar da atılmalıydı. Məqalənin dərcindən 8 gün keçməsinə baxmayaraq, ölkə müxalifəti bir dənə də olsun aksiya, dəyirmi masa, yaxud da mətbuat konfransı keçirtməyib. Bəzi hallarda mətbuatı qınayan bir sıra siyasi liderlərin bu ləngliyini heç cür anlamaq olmur... Cavid TURAN 1131 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|