13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ CİDDİ HƏRƏKƏTLİLİK

2010-03-14

Dünən düşərgənin 4 lideri öz aralarında üç görüş keçirib

“Müxalifətin 4 önəmli lideri gün ərzində öz aralarında üç dəfə görüş keçirib. Görüş mediadan gizli olub. Bu görüşlərdə müxalifət düşərgəsində yeni formatda blokların yaranması perspektivləri müzakirə edilib. Ola bilər ki, gələn həftə düşərgənin əsas qüvvələrini bir araya gətirən yeni bir blokun yaranması elan olunsun”. Bu maraqlı məlumatı müxbirimizə görüşən liderlərə yaxın olan şəxslərdən biri verib.

Dünən gecə saatlarına qədər görüş barədə mediaya heç bir açıqlama verməyən siyasilər, nəhayət, “Yeni Müsavat”ın müxbirinə bəzi təfsilatları çatdırmağa razılaşıb. İlk olaraq musavat.com saytının yaydığı bu xəbərin mahiyyəti bundan ibarətdir:
- KXCP sədri Mirmahmud Mirəlioğlu Müsavat başqanı İsa Qəmbərlə və AXCP sədri Əli Kərimli ilə ayrı-ayrılıqda görüşüb. Hər iki görüşdə danışıqların mövzusu qüvvələri birləşdirəcək bir müxalif blokunun qurulması olub.
İlkin nəticələr var. Gələn həftə M.Mirəlioğlunun təmsil etdiyi DUİ bloku ilə Müsavat arasında müzakirələr başlayacaq. Bizə çatan bilgilərə görə, Ə.Kərimli də müxalifət düşərgəsində daha effektli birliyin yaradılması ideyasına isti yanaşıb, üstəlik öz təklifini verib. Gələn həftə bu təkliflər də müzakirə olunacaq.
Günün sonunda isə İ.Qəmbərlə DUİ-nin həmsədrlərindən olan millət vəkili Pənah Hüseyn bir araya gəlib. Ölkənin nüfuzlu ziyalılarının da iştirak etdiyi görüşdə müxalifət düşərgəsindəki birlik modelləri və mümkün formatlar müzakirə edilib.
Maraqlıdır ki, heç kimin gözləmədiyi bir halda müxalif düşərgədə ciddi bir hərəkətlilik başlayıb. Son həftələr müxalif təşkilatlar arasında münasibətlər olduqca gərginləşmişdi və bu təşkilatların yenidən bir araya gələ biləcəyi ehtimalı yox idi. Belə görünür ki, hansısa ciddi amil düşərgədəki konsolidasiya proseslərinə qəflətən hərəkət verib. Analitik qabiliyyətinə inandığımız bir müşahidəçi ehtimal edir ki, bu amil ABŞ da ola bilər: “Müxalifətə ya açıq təklif olunub ki, bir araya gələ bilsəniz, parlament seçkilərində sizə ciddi dəstək olacaq. Hətta məxməri inqilab versiyasının ortaya atılması da mümkündür. Ya da müxalifət liderləri son gəlişmələrdən, xüsusilə də ABŞ qəzetlərində Azərbaycandakı rejimə qarşı kompromat müharibəsinə start verilməsindən ciddi və lazımı nəticələr çıxararaq hərəkətə keçiblər. İstənilən variantda ölkədə siyasi proseslər qızışacaq və intensivləşəcək”.

musavat.com

1723 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008