13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT ƏLİ HƏSƏNOVUN DEDİKLƏRİNİ FƏRQLİ QARŞILADI

2010-03-14

Qabil Hüseynli: “Siyasi opponentlik və dialoq məsələlərində hakimiyyətin görməli olduğu işlər hələ qalır”

İqtidar-müxalifət münasibətlərinin durumu vaxtaşırı müzakirə mövzusu olur. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qəzetimizdəki sonuncu müsahibəsində də bu mövzuya geniş yer ayrılıb. İqtidar rəsmisi deyib ki, Azərbaycan siyasi palitrasının müəyyən özünəməxsus oyun qaydaları olduğu üçün əlamətdar günlərlə bağlı qarşılıqlı şəkildə təbrikləşmə və ya hansısa tədbirlərdə birgə iştirak hallarına rast gəlinmir.

Ə.Həsənov etiraf edib ki, Türkiyə siyasi palitrasında iqtidar-müxalifət münasibətlərindəki davranış qaydaları müəyyən mənada Azərbaycana nümunə ola bilər. O, 1998-ci il prezident seçkilərindən sonra mərhum prezident Heydər Əliyevin bir tədbirdə iki müxalifətçi partiya liderinə yaxınlaşaraq onlarla salamlaşmasını da xatırladıb və Azərbaycanda siyasəti düşmənçilik səviyyəsinə qaldırmaq istəyən insanların olduğunu deyib: “Təəssüf ki, cəmiyyətdəki siyasi barış, siyasətin müəyyən çərçivələrdə hörmətlə, əfəndi səviyyəsində aparılması çoxlarını qane etmir”.
Bununla belə, Ə.Həsənov etiraf edib ki, cəmiyyətin birliyi, o cümlədən siyasi birlik həm daxildə, həm də xaricdə bəzi qüvvələri, xüsusən anti-Azərbaycan qüvvələri qane etmir. O, Azərbaycana təzyiqlərin olduğunu da etiraf edib.
Maraqlıdır, iqtidar təmsilçisinin dedikləri müxalifətdə necə qarşılanıb?
Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli iqtidar rəsmisinin dediklərinə münasibət bildirərkən öncə Ə.Həsənovu yubileyi münasibətilə təbrik etdi: “Siyasi opponent olsaq da Əli Həsənov cənablarını 50 yaşının tamam olması münasibətilə təbrik edir və ona işində uğurlar arzulayıram”.
Müsavat funksionerinin fikrincə, siyasi opponentlik məsələlərində, xüsusilə iqtidar-müxalifət münasibətlərində Azərbaycanda yerinə yetirilməsi zəruri olan məsələlər hələ də qalır: “Bunların arasında xüsusilə müxalifətin fəaliyyət imkanlarının, onun qanunla təsbit edilən hüquqlarının həyata keçirilməsinə real imkanlar yaradılması məsələsi də var. Problem xüsusilə də müxalifətin kütləvi tədbirlər keçirməsi və lazımi iş şəraiti ilə təmin edilməsi ilə bağlıdır. Söhbət müxalifətin qərargahla təmin edilməsindən və ona normal iş şəraitinin yaradılmasından gedir. Bu məsələlərdə Əli müəllim müəyyən səmimiyyət nümayiş etdirsə də sonadək bütün problemləri nədənsə açmaq istəmir. Xüsusilə müxalifət-iqtidar dialoqunun zəruriliyi məsələsində öz arqumentlərini irəli sürür. Halbuki təkcə Qarabağ məsələsində yox, bir sıra ölkədaxili məsələlərlə bağlı da iqtidar-müxalifət dialoquna ehtiyac var”.
Q.Hüseynli Türkiyə nümunəsi ilə bağlı səslənən fikirlərə də münasibətini açıqladı: “Türkiyədə iqtidar müxalifətlə dialoq qurmaq üçün əldən gedir. Amma bir çox məsələlərdə müxalifət iqtidarla dialoqa getmək istəmir. Ona görə də əgər biz ölkədə həqiqi siyasi, milli həmrəyliyə nail olmaq istəyiriksə, o zaman siyasi dialoq mexanizmi işlənib hazırlanmalıdır. Bu mexanizm müxalifətə və iqtidara ölkənin həyati əhəmiyyətli məsələləri barədə öz fikirlərini deməsinə, bunu əsaslandırmasına, eləcə də problemlərdən çıxış yollarına dair konseptual baxışları şərh etməsinə şərait yaradardı”.
Q.Hüseynli Ə.Həsənovun Azərbaycana təzyiqlərin edilməsi ilə bağlı fikirlərini bölüşdüyünü vurğuladı: “Doğrudan da Azərbaycana təzyiqlər var. Amma bu təzyiqlərin bir qismi açıq təcavüzkar, düşmənçilik niyyətlərindən doğur. Bir qisminin olmaması üçünsə iqtidar səy göstərməlidir. Yəni Azərbaycan xarici siyasəti çalışmalıdır ki, o, xarici təzyiqləri minimuma endirsin və onların olmasına şərait yaratmasın. Qondarma ”erməni soyqırımı"na münasibətdə Qərb dövlətləri sırf xristian təəssübkeşliyindən irəli gələn yanaşma sərgiləyir. Amma elə məsələlər də var ki, o təzyiqlərin yaranmasında bəzən özümüz də günahkar oluruq. Buna da imkan verməməliyik. Elə hərəkət etməliyik ki, həmin təzyiqlərin yaramasına şərait olmasın".

E.PAŞASOY

625 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008