13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATIN RAYON TƏŞKİLATLARI MİTİNQ QƏRARINI DƏSTƏKLƏDİ

2010-03-14

Partiyanın Bakıdakı yerli strukturları kütləvi aksiyalara hazırdır

Müsavat Partiyası Azərbaycanın bir sıra ciddi problemləri, ərazilərimizin işğalı, korrupsiyanın və maliyyə böhranının nəticələri, 2010-cu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirmək niyyətindədir. Müsavat Partiyasının başqanı İsa Qəmbər piket və mitinq keçirmək üçün qanunauyğun yerlərin ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.

Müraciətində İsa Qəmbər Hacıbala Abutalıbovdan əvvəllər yürüş və mitinqlərin keçirildiyi yerlərdə (“Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və s.) yenidən kütləvi aksiyalar üçün şərait yaradılmasını, eləcə də dövlət əhəmiyyətli qurumların (Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və s.) yerləşdiyi binalardan 200 metrlik məsafədə piket və mitinqlərin keçirilməsi üçün yerlərin müəyyən olunmasını xahiş edib.
Paytaxtda keçirilən mitinqlərin nüvəsini partiyanın Bakı şəhəri rayon təşkilatlarının təşkil etdiyi məlumdur. Müsavat qarşıdakı aylarda yenə mitinqlər keçirmək istəyir. Rayon təşkilatları buna hazırdırmı?
Müsavatın Yasamal rayon təşkilatının sədri Gülağa Aslanlı mitinqlərə start verilməsinin tərəfdarıdır. O, təşkilat üzvlərinin də bu mövqedə olduğunu bildirdi: “Normal mitinqlər üçün şəhərdə normal yerlər ayrılmasının çox böyük əhəmiyyəti var. Amma təəssüf ki, bu vaxta qədər Bakı Şəhər İcra Hakimiyyəti insanların sərbəst toplaşmaq azadlığını pozub və mitinqlər üçün normal yer ayırmayıb. Biz çalışmalıyıq ki, mitinq üçün uyğun yerlər ayrılmasına nail olaq. Yasamal rayon təşkilatının üzvləri mitinqlərdə iştirak etməyə hazırdırlar. İlk sırada gedənlərdən biri Yasamal rayon təşkilatının üzvləri olacaq”.
Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl bildirdi ki, mitinq məsələsi ötən həftə partiyanın mərkəzi qərargahında rayon təşkilatları sədrlərinin şura iclasında müzakirə olunub. Bu müzakirələrdə mitinq keçirilməsində ən çox təkid edən Rafiq bəy olub: “Mən təkid etdim ki, mitinqlərə başlamağın vaxtıdır. İcra hakimiyyətinə müraciət edilməlidir. Normal yerlər ayırsınlar həmin ünvanlarda mitinq keçirək. Yer ayırmasalar, istədiyimiz ünvanda kütləvi aksiyalara başlamalıyıq. Biz əvvəllər də bu təcrübəni yaşamışıq. Sanksiyalaşdırılmamış aksiyaları keçirdikdən sonra meriya mitinq üçün yer ayırıb. Nə qədər dözmək olar. Artıq dözüm yeri qalmayıb. Mən mitinq keçirilməsində ona görə təkid edirəm ki, əhalinin hakimiyyətin bütün sahələrdə siyasətindən ciddi narazı olduğuna, rayon təşkilatının üzvlərinin mitinqə hazır olduğuna, Müsavatın böyük mitinqlər keçirməyə gücünün yetdiyinə əminəm. Biz mitinq keçirməkdə qərarlıyıq. Təbii ki, yaxşı olardı İcra Hakimiyyəti mitinqə razılıq versin. Lakin yenə razılıq verilməsə, mən icazəsiz aksiyalara başlamağın tərəfdarıyam”.
Əzizbəyov rayon təşkilatının sədr əvəzi Niyazi Nəsirov da mitinqə hazırlaşdıqlarını bildirdi: “Ola bilər ki, ilk mitinqlərimiz möhtəşəm olmasın. Lakin ilk addım atılmalıdır. Bir-iki mitinqdən sonra Müsavatın mitinqlərinin möhtəşəm olacağı şübhəsizdir. Azərbaycanda sosial, siyasi narazılıq əvvəlki illərdəkindən qat-qat çoxdur. Biz çalışacağıq ki, bu narazılığı aktiv hərəkata çevirək. Bunun üçün mitinqlərə başlamalıyıq. Martın 14-də mitinqlə bağlı Əzizbəyov rayon təşkilatının şura iclası keçiriləcək”.

Etibar SEYİDAĞA

539 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008