13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRLƏ BAĞLI İLGİNC MƏLUMAT

2010-03-15

Biznesmen deputatların mandat yarışından kənarda qalacaqları bildirilir

Milli Məclisə budəfəki seçkilərdə parlament tərkibinin köklü surətdə dəyişdiriləcəyi barədə davamlı məlumatlar yayılmaqdadır. Qəzetimizin də ötən saylarında yazdığı kimi, parlamentin “uzunömürlü” deputatları, missiyasının öhdəsindən gələ bilməyənlər və bəzi hallarda özlərini "yandıranlar" mandatdan kənarda qalacaq və parlament gəncləşdiriləcək. “Modern.az” saytı isə biznesmen deputatlarla bağlı maraqlı məlumat yayıb.

Xatırladılır ki, qanunvericilikdə Milli Məclis üzvünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına birmənalı qadağa qoyulsa da, biznesmen deputatlar bu fəaliyyətlə öz adları ilə məşğul olmurlar. Saytın materialına görə, 2005-ci ildə öz varidatlarını sığortalamaqdan ötrü mandat əldə etmək yarışına çıxan və buna da nail olan deputatlar 2010-cu ildə də seçkilərə elə də həvəsli deyillər:
“Parlament kluarlarından gələn söz-söhbətlərə inansaq, onların əksəriyyəti seçki marafonundan kənarda qalmaq haqda düşünür. Bunun müxtəlif səbəbləri olduğu deyilir, amma ətraflı izah etməkdən ehtiyat edirlər”. Adının çəkilməməsini istəyən biznesmen deputatın köməkçisi saytın əməkdaşı ilə söhbət zamanı etiraf edib ki, növbəti parlament seçkilərində iştirak həmin kateqoriyadan olan millət vəkillərinin arzusu deyil. Yəni onların bir çoxu elə indidən geri çəkilmək qərarı veriblər: “İnanmıram ki, sizin ”biznesmen deputatlar" adlandırdığınız şəxslərdən kimsə növbəti dəfə seçkilərə qatılsın. Səbəbi barədə geniş açıqlama verə bilmərəm.Yalnız onu deyə bilərəm ki, qazandıqları mandatın əvəzində onlara az iş gördürməyiblər, dəfələrlə tapşırılan işlərin qarşılığında külli miqdarda xərc çəkməli olublar".
İddia olunur ki, biznesmen deputatlardan bəziləri 2005-ci il seçkilərinə qatıldıqlarına görə peşman olduqlarını etiraf edirlər. “Deyilənlərə inansaq, belə proqnoz vermək olar ki, hazırda parlamentdə təmsil olunan həmin mandat sahibləri seçki marafonuna qatılmayacaqlar. Əvəzində növbəti parlamentdə yeni iş adamlarını görə biləcəyimiz mümkündür”,-deyə bildirilir.

VÜQAR

1212 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008