13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ QAYNAŞMA VAR AMMA...

2010-03-15

Liderlər müəmmalı şəkildə susurlar

Müxalifətin 4 önəmli liderinin srağagün öz aralarında üç dəfə mediadan gizli görüş keçirdikləri haqqında dünən məlumat vermişdik. Məlumatda KXCP sədri Mirmahmud Mirəlioğlunun Müsavat başqanı İsa Qəmbərlə (başqanın təşəbbüsü ilə - Red.) və AXCP sədri Əli Kərimli ilə ayrı-ayrılıqda görüşdüyü, hər iki görüşdə danışıqlar mövzusunun qüvvələri birləşdirəcək müxalif blokunun qurulması olduğu bildirilirdi. Xəbərdə həmçinin vurğulanırdı ki, günün sonunda daha bir görüş Müsavat başqanı İsa Qəmbərlə DUİ-nin həmsədrlərindən olan Pənah Hüseyn arasında baş tutub. Ölkənin nüfuzlu ziyalılarının da iştirak etdiyi görüşdə müxalifət düşərgəsindəki birlik modelləri və mümkün formatlar müzakirə edilib.

Dünən KXCP sədri Mirmahmud Mirəlioğlu və Pənah Hüseynlə əlaqə saxlayıb görüşlərdə konkret hansı razılaşmaların əldə olunduğunu öyrənməyə çalışdıq. Mirmahmud Mirəlioğlu görüşlərdə əldə olunan nəticələr haqqında yaxın günlərdə hamının məlumatlanacağını bildirdi: “Hələlik isə heç bir açıqlama vermək istəmirik”.
Pənah Hüseyn bildirdi ki, sözügedən görüşlər barədə razılaşma əvvəlcədən əldə olunubmuş. İsa Qəmbərlə görüşdə martın 17-də Müsavat rəhbərliyi ilə DUİ Sədrlər Şurasının məsləhətləşmə xarakterli görüşünün keçirilməsi qərara alınıb.
P.Hüseyn Əli Kərimlinin M.Mirəlioğlu ilə görüşdə birliklə bağlı çox maraqlı və gözlənilməz təkliflərinin olduğunu qeyd etdi: “Bu təkliflər sabah (bu gün) DUİ Sədrlər Şurasının iclasında müzakirə olunub dəyərləndiriləcək”.
Millət vəkili AXCP sədrinin hansı təkliflərlə çıxış etdiyini açıqlamadı: “Bu barədə açıqlama verilməməsi məqsədəuyğun sayılıb”.
Müxalifət partiyaları arasında birlik istiqamətində hərəkətliliyin müşahidə edildiyi bir vaxtda bir sıra ekspertlər bu prosesin səbəbləri haqqında rəylər bildirməkdədirlər. Politoloq Cümşüd Nuriyev aparıcı müxalifət partiyalarının bir araya gəlməsini ABŞ-ın istədiyi ehtimalını irəli sürüb. “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında C.Nuriyev bildirib ki, müxalifətin, xüsusilə də İsa Qəmbərlə Əli Kərimlinin bir araya gəlməsini ABŞ istəyir. Cümşüd Nuriyev qeyd edib ki, ABŞ-ın bu istəyi qarşıdan gələn parlament seçkiləri ilə əlaqəlidir. ABŞ seçki öncəsi müəyyən məqsədlərlə Azərbaycana təzyiq göstərmək niyyətindədir: “Bu ölkənin Azərbaycana səfir təyin etməməsi, ölkəmiz haqqında erməni metodundan istifadə edərək tələbələrimizin 30-35 faizinin narkoman olması barədə məlumat yaymasında və Dövlət Departamentinin insan haqları ilə bağlı hesabatında Azərbaycanın tənqid edilməsində əsas məqsəd seçki öncəsi Azərbaycana təzyiq göstərməkdir. Təzyiq vasitələrindən biri də özünü müxalifət adlandıran qüvvələri fəallaşdırmaqdır”.

Etibar SEYİDAĞA

3125 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008