|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Dəfələrlə qeyd olunduğu kimi, Müsavat Partiyasının bu ilin sonunda keçirilməsi gözlənilən qurultayında partiyanın başqanı İsa Qəmbər tutduğu postu başqa bir müsavatçıya dövr etməlidir. Müsavat başqanı özü də belə bir fikirdə olduğunu və partiyanın nizamnaməsində nəzərdə tutulan bu müddəaya riayət edəcəyini açıqlayıb. Ancaq hazırda istər Müsavat Partiyasının daxilində, istərsə də Türkiyədə yaşayan əski müsavatçılar arasında bu fikirlə razılaşmayanlar çoxdur və onlar hərəkata başlayıblar. Müsavat daxilindən aldığımız məlumata görə, partiyanın nüfuzlu ziyalıları, ağsaqqallar, habelə partiya üzvü olmayan Müsavat təəssübkeşləri “İsa Qəmbər başqanlıqdan getməsin!” devizli hərəkat başlayıblar. Onlar hesab edirlər ki, indiki ağır dövrdə, avtoritarizmin güclənməkdə olduğu bir dönəmdə xalq hərəkatının yetişdirmiş olduğu görkəmli siyasi xadimin böyük bir partiyanın rəhbərliyindən çəkilməsi demokratikləşmə prosesinə mənfi təsir göstərə bilər. Ona görə də onlar İsa Qəmbəri öz fikrindən daşındırmaq, qurultayda Müsavatın nizamnaməsinə dəyişiklik edərək, onun partiyanın rəhbəri olaraq fəaliyyətə davam etməsinə nail olmaq əzmindədirlər. Eyni təşəbbüs qardaş Türkiyədə yaşayan və 1992-ci ilə qədər Müsavat Partiyasını yaşadaraq, vərəsəliyi İsa Qəmbərin rəhbərlik etdiyi siyasi quruma ötürən əski müsavatçılar nəsli və Azərbaycan Kültür Dərnəyi də dəstəkləyir. Onlar öz məqsədlərinə nail olmaq, İsa Qəmbərə təsir göstərmək üçün daha unikal yol seçiblər və həmin tələblə aclıq aksiyası keçirmək fikrindədirlər. Bu barədə bizə məlumat verən mənbənin fikrincə, əski müsavatçılar İsa Qəmbərin siyasi liderlikdən getməsini Azərbaycan demokratiyası üçün zərərli sayırlar. musavat.com 1794 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|