12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏT YENİ KAMPANİYAYA BAŞLAYACAQ

2010-03-16

“Soyqırım dəllallığına son qoyulsun!”

Dünən KXCP qərargahında Demokratiya Uğrunda İttifaqın təşkilatçılığı ilə “ABŞ-da anti-Türkiyə və anti-Azərbaycan mövqeyi” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya sədrlik edən KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışında bildirdi ki, ABŞ-da və dünyada antitürk və anti-Azərbaycan məsələləri müzakirəyə çıxarılıb. Türkiyəyə və Azərbaycana təzyiq edilir.

“Təbii ki, burada kimsəni müdafiədən söhbət getmir. Türkiyənin təklənməsindən söhbət gedir. Bizə, Türkiyəyə və bütövlükdə millətimizin mövqeyinə təsir eləməkdədirlər. Buna da etirazımızı, münasibətimizi bildirməliyik”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycanın Türkiyənin yanında olmasının zəruriliyindən danışdı. O qeyd etdi ki, bu gün qardaş ölkənin hakimiyyətinin apardığı yanlış siyasət ona gətirib çıxarıb ki, erməni “soyqırımı” məsələsi ABŞ konqresində və İsveç parlamentində qəbul olunur: “Ancaq yenə də Ərdoğan hakimiyyəti ABŞ və Avropanın maraqlarına uyğun olan siyasət aparmaqda davam edir”. Ə.Oruc dəyirmi masaya dəvət olunan, lakin gəlməyən müxalifət partiyalarının sədrlərinin də əleyhinə danışdı. Bildirdi ki, həmin siyasətçilər tədbirin anti-Amerika xarakterli olduğunu bildikləri üçün qatılmayıblar.
Deputat Pənah Hüseyn ermənilərin 2015-ci ilə qədər qondarma erməni soyqırımını dünyanın bir çox ölkələrində tanıtmaq istədiklərini dedi. Onun sözlərinə görə, qondarma soyqırımdan geosiyasi məqsədlər üçün, xüsusilə antitürk, antimüsəlman maraqları üçün müsəlman dünyasına qarşı bir səlib yürüşünü təşkil etmək istəyən Qərb ölkələri istifadə edir: “Bu baxımdan buna ciddi cavab verilməlidir. Siyasi partiyalarla, qeyri-hökumət təşkilatları ilə, ayrı-ayrı şəxslərlə məsləhətləşib hətta bir kampaniyaya başlamaq lazımdır. Və zaman-zaman bu mesajı dünyaya verək. Yəni biz bu gün ”Türkiyədən əlini çək!" , “Soyqırım dəllallığına son qoyulsun!” şüarları altında kampaniyaya start verək".
Dəyirmi masanın sonunda Pənah Hüseynin təklif etdiyi kampaniyanın keçirilməsi üçün başqa siyasi partiyalarla məsləhətləşmələrin aparılması qərara alındı.

Etibar SEYİDAĞA

810 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008