 |
Siyasət
MÜXALİFƏTİN BİRLİYİ REALLAŞMAQ ƏRƏFƏSİNDƏ 2010-03-16 Sabah Müsavatla DUİ rəhbərliyinin müzakirəsi başlayır
|
partiyalar parlament seçkilərində birliklə bağlı önəmli qərarlar vermək ərəfəsindədir. Ötən həftənin sonunda müxalifətin 4 önəmli liderinin öz aralarında üç dəfə mediadan gizli görüş keçirməsi, görüşlərdə irəli sürülən təkliflər və ilkin razılaşmalar bunu deməyə əsas verir. Görüşlərdən birində əldə olunan razılaşmaya görə, artıq sabah saat 11-də Müsavat Partiyası ilə Demokratiya Uğrunda Hərəkatın rəhbərlərinin müzakirələri keçiriləcək. Görüş KXCP qərargahında olacaq. Əldə etdiyimiz məlumatda deyilir ki, sabahkı görüşdə Müsavatla DUİ-nin, xüsusilə də KXCP-nin seçkilərdə əməkdaşlığı haqqında qərar verilməsi gözlənilir. Növbəti mərhələdə isə AXCP-nin bu əməkdaşlığa cəlb edilməsi planlaşdırılsa da, sözügedən partiyanın sədri Əli Kətimlinin KXCP sədri ilə görüşdə irəli sürdüyü təklifdən görünür ki, bu planın həyata keçməsi o qədər də real görünmür. Əli Kərimli Mirmahmud Mirəlioğlu ilə görüşdə DUİ-nin “Azadlıq” bloku ilə birliyini təklif edib. Müsavatın isə bir müddət keçdikdən sonra bu birliyə qoşulmasını mümkün saydığını bildirib. AXCP sədri indiki psixoloji durumun Müsavatla “Azadlıq” blokunun bir yerdə olmasına imkan vermədiyini söyləyib. Dünən əldə etdiyimiz məlumatda isə bildirilir ki, AXCP sədrinin KXCP sədrinə təklif etdiyi birlik modelində Ümid Partiyası ilə ADP-nin də adı yoxdur. ADP sədri Sərdar Cəlaloğlu isə təklif olunan birlik modelində ADP-nin adının olmamasını qeyri-adi qarşılamır: “ADP məgər nədir ki? Yeni birlik modelində ADP-nin olması təklif edilmirsə, burada qəribə nə isə axtarmaq lazım deyil. Müxalifətin birliyinə nail olmaq üçün o cür variant mümkündürsə, ADP orada yoxdursa belə, o variantı alqışlamaq lazımdır. Bu gün biz ideal variantların arxasınca gedərkən bir şeyi unutmamalıyıq ki, real variantlara daha çox önəm verilməlidir” Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsulzadə-Elçibəy siyasi xəttinə bağlı olan qüvvələrin bir arada olması təklifinin reallaşması istiqamətində səylərin davam etməkdə olduğunu bildirdi: “Bununla yanaşı, Müsavat hər bir dairədən güclü namizədin müdafiə edilməsi iddiasını irəli sürüb ki, bu da siyasi partiya nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin və digər şəxslərin seçki kampaniyası dövründə müdafiə olunması üçün imkan yaradır. İstənilən halda, Müsavat Partiyası müəyyən koalisiyada seçkidə iştirak edəcək. Müsavatın təklənməsi məsələsinə gəlincə, mənə elə gəlir ki, bu, absurd iddiadır. Əgər Müsavat digər partiyalarla bir yerdə olmayacaqsa, Azərbaycan xalqı ilə birlikdə tək qalacaq. Yaxın dövrlərdə keçirilən seçkilərin tarixinə diqqət yetirsəniz, görərsiniz ki, istər təklikdə, istər blokda, istər prezident seçkilərində namizədlə iştirak etsin, bütün seçkilərdə protest elektoratı ya təklikdə Müsavata, ya da onun iştirak etdiyi bloka səs verib. Ona görə də bu məsələlərlə bağlı Müsavatın xüsusi narahatlığı yoxdur”. A.Hacılı bir çox AXCP funksionerinin açıqlamasını izlədiyini qeyd etdi və müəyyən nəticəyə gəldiyini dedi: “Gəldiyim nəticə ondan ibarətdir ki, Xalq Cəbhəsi elitasına daxil olan şəxslərin əksəriyyəti seçkilərdə Müsavatla bir yerdə olmaq istəyindədir. Bu cür istəklər təşkilatın bundan sonrakı dövrdə qəbul edəcəyi qərarlara təsir edə bilər. Biz hesab edirik ki, Azərbaycanda müxalifətin birliyi dedikdə ilk növbədə Müsavat, AXCP, KXCP kimi təşkilatların birliyi nəzərdə tutulur. İstər Azərbaycan, istər beynəlxalq ictimaiyyət, öncə bu cür birliyi onlar müxalifətin birliyi kimi dəyərləndirir. Əgər biz müxalifətin birliyi çağırışlarını edir, ancaq AXCP ilə əməkdaşlığa hazır olmadığımızı bəyan ediriksə, bu çağırışları səmimi hesab etmək olmaz. Eyni zamanda əgər AXCP liderləri müxalifətin birliyi arzusunda olduqlarını bildirirlərsə, ancaq Müsavatdan kənar hansısa birlik yaratmaq cəhdlərində bulunurlarsa, təbii ki, bu halda onların müxalifətin birliyinin yaradılması istiqamətindəki çağırışlarının səmimi olmadığı aşkara çıxacaq”. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, əgər sözügedən görüşdə “Azadlıq” bloku-DUİ birliyi modeli müzakirə olunubsa, buna normal yanaşır: “Allah xeyir versin. Təki Azərbaycan cəmiyyəti üçün xeyirli və uğurlu birlik olsun”. Etibar SEYİDAĞA 470 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|