23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜTTƏFİQİNDƏN ƏLİ KƏRİMLİYƏ İNANILMAZ XƏYANƏT

2010-05-20

Müxalifətdə azərbaycansayağı “darbə”
Real müxalifətin sıradan çıxarılması planı ifşa olundu; Əli Əliyev müxalifətin iki güclü liderindən hakimiyyətə “şikayət” edibmiş

Müsavat Partiyasını, onun başqanını “Azadlıq” blokunu parçalamaqda ittiham edən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Azadlıq” blokundakı müttəfiqinə də xəyanət yolunu tutub. Əli Kərimli Müsavatla birliyə “Mən ən sadiq müttəfiqlərim olan ALP ilə VİP-i buraxa bilmərəm” deyib razılıq vermədiyi vaxtda, sən demə, Ə.Əliyev AXCP sədrinin partiyada devrilməsini gözləyir və arzulayırmış. Təqdim edəcəyimiz faktlara diqqət edəndə Ə.Əliyevin necə “sadiq müttəfiq” olduğunu görəcəksiniz. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə bu il aprelin 16-da keçirdiyi “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfransını medianı izləyənlər, hər halda, xatırlayır.

Əli ƏliyevBu konfransın hakimiyyətin dəstəyi ilə ATƏT-in seçkilərlə bağlı keçirdiyi foruma alternativ olduğu haqda da məlumat yayılmışdı. Bu məlumatın əsaslı olduğunu konfransın hakimiyyətin nəzarətindəki telekanallarda geniş işıqlandırılması və Prezident Administrasiyasının şöbə müdirlərinin iştirakı da təsdiqləyirdi. Müxalifət partiyaları o tədbiri boykot etmişdi. Müxalifət adına orada iştirak edib məruzəçi qismində çıxış yapan yeganə müxalifət partiyası lideri məhz Ə.Əliyev olmuşdu. Hələ o zaman məlumat yayılmışdı ki, Əliyev “Azadlıq” blokunun qərarının ziddinə gedərək hakimiyyətin tədbirinə məruzəçi kimi qatılıb. Konfransdakı məruzəçilərin çıxışları bu günlərdə kitab şəklində çap olunub. “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” beynəlxalq konfransının materialları" adlı kitabın 37-40-cı səhifələrində Ə.Əliyevin məruzəsi olduğu kimi çap edilib. O, VİP sədri və “Azadlıq” blokunun həmtəsisçisi kimi təqdim edilir. Halbuki Əliyev mətbuata açıqlamasında “Konfransa ”Azadlıq" blokunun təmsilçisi kimi yox, sadəcə VİP sədri kimi qatılmışdım" demişdi.
Kitabda yazılandan isə məlum olur ki, VİP sədri ictimaiyyəti aldadıb. İndi isə keçək Əliyevin məruzəsinə. O, “Demokratik seçki mühitinin formalaşdırılması istiqamətində partiyaların fəaliyyəti” adlı məruzədə hakimiyyətin, YAP-ın əleyhinə bir cümlə də işlətmir. Qeyri-demokratik seçkilərdə hakimiyyətin rolunun olması haqda bir kəlmə də danışmır. Lakin məruzənin təxminən yarısında Müsavatla AXCP-yə, bu partiyaların liderlərinə qarşı ağlagəlməz iddialar irəli sürür.
Ə.Əliyev deyir: “2010-cu ilin parlament seçkiləri Azərbaycanda dövlətçiliyə fayda verə biləcək siyasi sistemin inkişafına, etik, prinsipial, inandırıcı, güvənli münasibətlər sisteminin yaranmasına keçid mərhələsi ola bilər. Bunun üçün ilk növbədə müxalifət düşərgəsində mövcud olan bir sıra təşkilat və şəxslərin hegemonluğunu təbii yollarla sıradan çıxarmaq lazımdır. Bu proses praktiki olaraq öz-özünə başlamışdır. Referendum əleyhinə yaranmış Hərəkatın (Müsavat-AXCP-ADP-ALP, VİP və Ümid Partiyasının yaratdığı Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı nəzərdə tutulur) daxilindəki partiyalardan ikisinin lideri birləşərək digər bir partiyanın sıradan çıxarılması cəhdi ötən ilin sentyabrında baş tutmadı və uğursuzluğa düçar oldu. Nəticədə hərəkat çökdü, ən vacibi isə məlum iki partiya rəhbərinin ”hakimlik" nüfuzu zədələndi. Proses cari ilin əvvəlində də davam etdi. Belə ki, bloka məlum partiyanın, iki şəxsin üstünlüyü şərti daxilində, bir seçki blokuna sürükləndirilməsi cəhdi fiaskoya uğradı. Beynəlxalq çevrələrin də (Əli Əliyev mötərizədə Milli Demokratiya İnstitutunu qeyd edir-E.S.) bu istiqamətdə göstərmək istədiyi təsir də faydasını vermədi. Bu iki şəxsin müxalifət düşərgəsində “hakimiyyət”lərini davamlı etmək üçün əl atdığı bütün vasitələrə rəğmən nəticəsizlik ortadadır. Bu mərhələ bizim üçün müxalifət “hakimiyyətinin” devrilməsi mərhələsi kimi xarakterizə olunur. Növbəti mərhələ, yəni parlament seçkiləri və ondan sonrakı yaxın dövr isə “quruculuq” mərhələsi ola bilər. “Quruculuq” mərhələsi o qədər də asan görünmür, çünki rəqabət böyükdür. Belə asanlıqla meydan boşalmayacaq, süni müdaxilə də yolverilməzdir. “Hakimliyə” iddialı bu iki partiyanın parlament seçkilərində ehtimal olunan uğursuzluğu onsuz da pis olan partiyadaxili mühiti bir qədər də sarsıdacaq. Partiyaların birində rəhbərliyin dəyişməsi (Ə.Əliyev mötərizədə “başqan seçkiləri” yazır-E.S.) mərkəzdənqaçma prosesinə və çökməyə, digərində isə seçkidəki məğlubiyyət sədrin istefasına gətirə biləcək. Belə mülahizələr kuluarlarda dolaşmaqdadır. Növbəti üç seçkisiz il partiyalardan kadr axınına da vüsət verəcək. Bu, qaçılmazdır.
Təsvir olunan fonda mövcud olan siyasi blokun brendinin (bu mümkündür, çünki azı iki partiyanın mövqeyi eyni və sabitdir) əldə saxlanılması ilə parlament təmsilçiliyi müxalifət düşərgəsindəki mənzərəni əsaslı surətdə dəyişə bilər. Bir müddətdən sonra isə parlament təmsilçiliyinin yaratdığı legitimlik şəraiti, büdcədən partiyaların maliyyələşməsinin tətbiq olunacağı halda əlavə imkanlar, düzgün və məqsədyönlü təşkilati, təbliğati və beynəlxalq işlərin qurulması 2013-cü ilin astanasında fərqli münasibətlər sistemi yarada bilər. Yarana biləcək sağlam münasibətlər sistemi ilk növbədə dövlətçiliyə xidmət göstərəcək".
Göründüyü kimi, Ə.Əliyev hakimiyyət təmsilçilərinin qarşısında Müsavatla AXCP-nin hegemonluğuna son qoyulmasının vacibliyindən danışır. Açıq şəkildə adları ifadə etməsə də İsa Qəmbərlə Əli Kərimlinin Ümid Partiyasını sıradan çıxarmağa cəhd etdiyini, lakin bu cəhdin uğursuzluğa düçar olduğunu bildirir. İ.Qəmbərlə Ə.Kərimlinin müxalifətdə liderlik nüfuzunun zədələndiyini bəyan edir. Və bunu müxalifət “hakimiyyətinin” devrilməsi mərhələsi kimi xarakterizə edir. Ən dəhşətlisi isə odur ki, Ə.Əliyev müttəfiqinin - AXCP-nin seçkidə uduzacağını və Ə.Kərimlinin istefaya məcbur olacağını hakimiyyət mənsublarına müjdə verir.
Əliyevin hakimiyyət mənsubları qarşısında bu çıxışı “Dədə Qorqud” filmində Yalıncığın Qazan xanın düşmənləri qarşısında söylədiklərinə bənzəyir. Sonuncu abzasda isə Əli bəy faktiki olaraq AXCP-siz “Azadlıq” blokunu hakimiyyətə təqdim edir və bazarlığa bənzər fikirlər səsləndirir.
Ə.Əliyevin əlimizə keçən bu çıxışı AXCP sədrinin yanlış şəxslə müttəfiqlik etdiyini bir daha sübuta yetirir. Təsəvvür edin, Ə.Kərimli bu adamdan ötrü Müsavat kimi güclü və Elçibəy ideyalarının davamçılarından olan bir partiya ilə əməkdaşlıq etmir, VİP-i öz qanadının altına alır, qarşılığında isə “Yalıncıqlıqla” qarşılaşır.
Yeri gəlmişkən, Ə.Əliyevin bu şanlı məruzəsini artıq Ə.Kərimli də oxuyub. Əldə etdiyimiz məlumata görə, AXCP sədri partiyasının rəhbərliyindəki şəxslərə bildirib ki, Müsavat başqanı ilə dünənki görüşündə İ.Qəmbər Ə.Əliyevin məruzəsinin olduğu kitabı ona təqdim edib və “al oxu, müdafiə etdiyin müttəfiqinin məruzəsində gör nələr var” deyib. Ə.Kərimlinin müttəfiqinin xəyanətə bərabər hərəkətindən ciddi məyus olduğu bildirilir.
Qəzetimizi boykot etmələri səbəbindən yazıda adları çəkilən “Azadlıq” bloku təmsilçilərini danışdıra bilmədik.

Etibar SEYİDAĞA

3091 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008