 |
Siyasət
TAPDIQ ABBAS MÜSAVATDAKI RƏQİBLƏRİNƏ BARMAQ SİLKƏLƏDİ 2010-07-25 “Sülhəddin Əkbəri dəstəklədiyim üçün bəziləri bunu həzm edə bilmirlər, ziyarət bəhanədir” “Məni cəzalandırmaq üçün partiya rəhbərliyindəki bəzi şəxslərin əlinə fürsət keçib”
|
Müsavat Partiyası Məclisinin üzvü Tapdıq Abbasın Milli Mətbuat günü mərhum dövlət başçısı Heydər Əliyevin məzarını ziyarət törəninə qatılması partiyadaşları arasında birmənalı qarşılanmayıb. Qeyd edək ki, may ayının 26-da KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli də Tiflisdə, Heydər Əliyevin heykəli önündə əklil qoymuşdu. Həmin vaxt müxalif partiyalar, xüsusilə də Müsavat Partiyası onu kəskin tənqid etmişdi. Müsavat rəhbərliyi buna görə KXCP sədri Mirmahmud Mirəlioğlundan izahat da tələb etmişdi. Bu tənqidlərdən sonra Zəlimxan Məmmədli partiyada tutduğu vəzifədən istefa vermişdi. İndi isə eyni vəziyyət Müsavat Partiyasının öz daxilində yaranıb. Yayılan məlumata görə, bu məsələ Müsavatın Divanında müzakirə olunacaq və lazımi qərar verilərək Tapdıq Abbas partiyadan uzaqlaşdırılacaq. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, Tapdıq Abbasın atdığı addımla bağlı məsələnin partiyada müzakirə ediləcəyini bildirib: “Bizim mövqeyimiz belədir ki, Elçibəy-Rəsulzadə yolunda olan, bu ideyaları bölüşən heç kim Heydər Əliyevin heykəli önündə baş əyməməlidir”. A.Hacılının məsələnin müzakirəyə çıxarılacağını qəti şəkildə bəyan etməsi də yuxarıdakı informasiyanı təsdiqləyir. Bəs məsələnin Divanda müzakirəyə çıxarılması baş verərsə, Tapdıq Abbasın münasibəti necə olacaq? O, şəxsən həmin müzakirələrdə iştirak etmək üçün Divanın iclasına qatılacaqmı? Tapdıq Abbas bildirdi ki, onu Divanın iclasına dəvət etməyiblər və məsələsinin müzakirəyə çıxarılacağını da rəsmi bildirməyiblər: “Son iki gündə bir sıra Divan üzvlərimizlə telefon söhbətim olub. Onlar mənim Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq Heydər Əliyevin məzarını ziyarət etməyim məsələsində problem görmədiklərini deyiblər. Adlarını çəkmək istəmirəm. Həmin partiyadaşlarım mənim həmin hərəkətimin partiyadan çıxarılmağıma əsas yaratmadığını bildiriblər. Əgər məsələ Divanın iclasında müzakirəyə çıxarılacaqsa və məni dəvət edəcəklərsə, mən partiyanın Məclis üzvü kimi həmin dəvəti mütləq qəbul etməliyəm. İclasa qatılmağa hazıram. Çünki günahkar və suçlu olmadığıma əminəm. Mən şəxsiyyətimi gözləyən və partiyada subardinasiya qaydalarına əməl edən adamam”. T.Abbas bəyan etdi ki, Müsavatın rəhbərliyində uzun müddətdir onu cəzalandırmağa çalışan adamlar var: “Mənim Heydər Əliyevin məzarını ziyarət törəninə qatılmağım həmin adamlara sanki fürsət verib. Vəziyyətdən istifadə edib məni cəzalandırmaq, hətta partiyadan çıxarılmağıma nail olmaq istəyirlər. Mən Sülhəddin Əkbəri dəstəkləmişəm. Həmin adamlar illərdir bunu həzm edə bilmirlər. "Demokratik Müsavat" qəzetini təsis etmişəm. Bundan da narazı qalanlar var. Fəallığımı və cəmiyyətdə müəyyən mövqe tutmağımı Müsavatda həmin adamlar qısqanırlar. Məni hər fürsətdə sıradan çıxarmağa can atırlar. Hər xırda detalı şişirdib məni sındırmaq istəyirlər. İndi də bir detal əllərinə düşüb bunu böyüdüb ciddi problemə çevirmək istəyirlər. Mənə qarşı planların qurulmasının arxasında tamam ayrı şeylər gizlənir. Ziyarət məsələsi bəhanədir". T.Abbas onu da söylədi ki, Müsavat Partiyası onu uğurlarının heç birində təbrik etməyib: “Mətbuat Şurası İdarə Heyətinin üzvü olmuşam. Əməkdar jurnalist adına layiq görülmüşəm. Bunların heç birinə görə məni təbrik eləməyiblər. Ancaq mən bunu heç vaxt diqqətsizlik kimi qələmə verməmişəm, heç vaxt problemə çevirməmişəm”. T.Abbas ona qarşı atılan və atılacaq addımlardan çəkinmədiyini vurğuladı: “Çünki mən heç bir nizamnamə pozuntusuna yol verməmişəm, partiyanın əleyhinə heç bir çıxışım olmayıb. Mən müsavatçılıq mövqeyimdən, partiyamdan üz çevirməmişəm. Mən mübariz adamam, müsavatçılıq mənə genimdən gəlir. İki gənc əmim 30-cu illərin repressiyasında müsavatçı olduqları üçün güllələniblər. Bizi müsavatçılıq ideyasından heç kim çəkindirə bilməyib. Müsavata məni qanım bağlayır. Mən müsavatçı olduğum üçün özüm yaxınlarım məhrumiyyətlər yaşamışıq. Rayonumuzda mənə haqqım olan torpaq payımı belə verməyiblər. Bu saat da mənim ev əşyalarım məhkəmə hökmü ilə girovdur. Müsavata görə hər şeydən məhrum olmuşam. Lakin bu gün də müsavatçı olmağıma görə peşman deyiləm. Bütün qohumlarım adi vəzifələrini də itiriblər. Lakin Müsavatın daxilində adamlar tanıyıram ki, qohumları hakimiyyətdə yuxarı vəzifələrdə təmsil olunurlar. Heç mən həmin partiyadaşlarıma irad tutmuram”. T.Abbasın dediyinə görə, onu Müsavat Partiyasından çıxarmağa cəhd eləsələr belə, uğursuzluqla qarşılaşacaqlar: “Çünki Müsavat Partiyasında qruplar olsa da bu cür ciddi məsələlərdə Müsavat partiya olaraq ədalətli qərar verir. Başqanı İsa Qəmbər xüsusilə ədalətli qərar verən liderdir. Elə mənim də Müsavat Partiyasında olmağımın səbəblərindən biri bu faktlardır. Mən həmişə Müsavatın ədalətinə, onun başqanının böyüklüyünə inanmışam. Başqanın çox yüksək iradəsi var. Onun hətta ən ağır məsələləri sakit şəkildə ədalətlə yoluna qoyduğu vaxtlar olub. Müsavatda sağlam düşüncə həmişə qalib gəlib”. T.Abbas sonda bəyan etdi ki, Müsavata qarşı heç vaxt heç bir addım atmayıb, həmişə İsa Qəmbəri lider olaraq qəbul edib, indi də qəbul edir: “Mən indiyə qədər İsa Qəmbərdən başqa heç kəsə liderim deməmişəm və deməyəcəyəm. Mənim üçün bu insandan başqa heç bir lider olmayacaq”. Etibar SEYİDAĞA 870 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|