 |
Siyasət
MÜSAVATDA BİRLƏŞMƏYƏ MÜQAVİMƏT VAR? 2010-07-25 Arif Hacılı: “Yaxınlaşma yönündə ən böyük fəallığı və ən real işləri görənlərdən biri mən olmuşam”
|
Müsavat Partiyası ilə AXCP-nin birləşməsi ideyasının reallaşmasına həm Müsavat daxilində, həm də AXCP-də müqavimət göstərənlərin olduğu bildirilir. AXCP-də həmin şəxsin kimliyi son bir neçə gündə mediadan ictimaiyyətə bəlli olub. Həmin şəxs öz müsahibəsi və yazıları ilə birliyə müqavimət göstərdiyini ortaya qoyub. Müsavat daxilində isə müqavimət göstərənlərin nisbətən güclü olduğu deyilir. Hətta bildirilir ki, bu mövqedə olanlar başqan İsa Qəmbərin partiyaların birləşməsi təklifində israr etməməsi və bir qədər də geri çəkilməsinə nail ola biliblər. Müqavimət göstərənlər sırasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının da adı çəkildiyi üçün dünən əməkdaşımız onunla bu mövzuda danışıb. Arif Hacılı bu xəbərləri şayiə adlandırdı və tövsiyə etdi ki, belə şayiələrə inanmayaq: “Əgər ortada konkret bir fikir səsləndirilməyibsə və ictimailəşməyibsə, bu fikrə xüsusi şəkildə cavab verməyə ehtiyac yoxdur. Ümumi şəkildə onu deyə bilərəm ki, son beş il ərzində Müsavat Partiyasının rəhbərliyi Müsavat-AXCP münasibətlərinin yaxşılaşması istiqamətində addımlar atıb. Hətta ünvanımıza böhtan və təhqirlər səsləndirildiyi məqamlarda da körpülərin yandırılmamasına tərəfdar olmuşuq. Müsavat-AXCP yaxınlaşması işində Müsavat rəhbərliyinə daxil olan şəxslər sırasında ən böyük fəallığı və ən real işləri görənlərdən biri mən olmuşam. Ona görə də Arif Hacılının Müsavat-AXCP birliyinə qarşı olduğu fikirlər qərəzlidir”. A.Hacılı düşünür ki, bu cür fikirlərin səslənməsi heç də Müsavat-AXCP yaxınlaşmasına xidmət etmir. Əksinə, partiyalar arasında yaranmaqda olan etimada zərər gətirə bilər: “Biz təxminən bir il əvvəl Rəsulzadə-Elçibəy yoluna bağlı olan siyasi qüvvələrin bir arada olması təklifini irəli sürmüşük. Biz istərdik ki, Müsavat da, AXCP də KXCP də, Rəsulzadə-Elçibəy yoluna bağlı olan digər siyasi qüvvələr də bir mərkəzdə fəaliyyət göstərmək imkanlarını əldə etsinlər. Artıq xeyli irəli gedə bilmişik. Uzun müddət bu birliyin baş tutmasına mane olan siyasi qüvvələr faktiki olaraq yoldan çəkilib. Artıq yenə də əlavə şərtlər irəli sürmədən bir araya gəlmək istiqamətində addımları davam etdirmək lazımdır. İsa Qəmbərin hətta bu partiyaların bir partiyada birləşməsi kimi irəli gedən və çox ciddi bir bəyanat verməsi bu məsələlərlə əlaqədar Müsavat Partiyasının siyasi iradəsinin göstəricidir”. A.Hacılının fikrincə, indi ilk növbədə bu partiyaların əməkdaşlığına, kütləvi aksiyaları birgə keçirməsinə, sonra isə seçki blokunun yaranmasına nail olmaq lazımdır: “Əgər bunlar reallaşarsa, sonrakı mərhələdə bu siyasi qüvvələrin hətta bir siyasi partiyada birləşməsi məsələsi müzakirə edilə bilər. Müsavat Partiyasında bu cür mövqedə olan şəxslər partiyada siyasi qərar qəbul etmək gücündə və sayındadır. Ola bilər ki, bu cür birliyin əleyhdarları olsun. Ancaq mən Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin bir arada olması əleyhdarlarının Müsavatda qərar qəbul edilməsinə təsir edə bilmək imkanında olduqları fikrində deyiləm”. Etibar SEYİDAĞA 697 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|