13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

YAP-da ƏNƏNƏVİ “TƏZƏ-KÖHNƏ” DAVASI BAŞLAYIB

2010-07-25

Aydın Mirzəzadə deputatlığa namizədlərin siyahısı ilə bağlı sürpriz vəd edir

Parlament seçkiləri yaxınlaşdıqca hakimiyyət düşərgəsində gərginlik artıq və iqtidar mənsubları öz açıqlamalarında buna dair öz təmsil olunduqları qruplaşmaların mövqeyini açıq şəkildə müdafiə etməyə başlayıblar. İqtidarda seçkilərlə bağlı ziddiyyətlə o qədər dərinləşib ki, hətta YAP-ın namizədlər siyahısını açıqlamaq məsələsini həll edə bilmirlər.

Ötən saylarımızda da yazmışdıq ki, bu ilki parlament seçkilərində hakimiyyətin namizədləri birbaşa Prezident Aparatında müəyyənləşdiriləcək və buna məmur-oliqarxların müdaxilə etməsinə imkan verilməyəcək. Əslində iqtidarın namizədlər siyahısı çoxdan hazırdır, sadəcə siyahıda adları yer almayanların müqavimətlərinin ciddi olacağı proqnozlaşdırıldığından ilk növbədə onları neytrallaşdırmağa çalışırlar. Məsələ ondadır ki, artıq vahid siyahıda adlarının olmayacağını ehtimal edən şəxslər hərəkətə keçiblər.
YAP funksioneri olan deputat Eldar İbrahimovun açıqlaması bunun bir nümunəsidir. E.İbrahimov deyib ki, indidən kimlərin hansı dairədən namizəd olmasını açıqlamaq vacib deyil: “Bizim partiyanın buna ehtiyacı yoxdur. YAP hər hansı dairədən namizəd irəli sürürsə və ora hər hansı başqa bir üzv gəlib namizədliyini irəli sürsə, bu, düzgün olmaz. O zaman həmin adam çağırılır və ona deyilir ki, namizədliyini geri götür. Götürmürsə, partiyadan çıxarılır, seçilmir və biabır olur”.
Namizədlər siyahısına gəlincə, E.İbrahimov bildirib ki, hakim partiyadan olan deputatların hamısının yenidən namizədliyini irəli sürmək daha yaxşı olar.
Deməli, hakimiyyət düşərgəsində yenə də ənənəvi “köhnələr-təzələr” davası başlayıb. Hələ xeyli öncədən deyilirdi ki, 2010-cu ilin parlament seçkilərində YAP-çı deputatların təxminən yarısı mandat ala bilməyəcək, onları digər, indiyədək kölgədə qalmış şəxslər əvəzləyəcək. Görünür, “köhnə qvardiya” artıq bundan duyuq düşərək, “yaddan çıxarılmaması” barədə mesajlar verməyə başlayıblar.
Maraqlıdır, Eldar İbrahimovun açıqlamasını digər YAP funksionerləri necə qarşılayırlar?
YAP-dan olan millət vəkili Aydın Mirzəzadə “mənim fikirlərimlə Eldar müəllimin fikirləri arasında fərq, ziddiyyət” axtarmayın deyə qeyd etdi: “Eldar İbrahimov mənim çox böyük hörmət etdiyim, dost olduğum insandır. Mən şəxsən Eldar müəllimin yenidən deputat olmasını istəyərdim. Onun fikirlərinə şərh vermək istəmirəm. Hesab edirəm ki, o, həmişəki kimi məsələlər çox aktuallıqla və yüksək səviyyədə yanaşır. Yeni Azərbaycan bu gün dairələr üzrə özünün seçki siyahısını hazırlamaqdadır. Zamanı gələndə siyahı cəmiyyətə təqdim ediləcək və əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də marağa səbəb olacaq. Yenə də həm parlamentdəki deputat korpusundan, həm bu gün parlamentdən kənarda olsa da, ictimaiyyətdə kifayət qədər nüfuz qazanan, deputat seçilməsi cəmiyyətə faydalı olan ziyalılarımız, qadınlarımız, gənclərimizdən geniş istifadə olunacaq. Bu gün konkret olaraq ad-soyad çəkmək düzgün olmazdı, amma hər halda siyahıda həm köhnə korpusdan, həm də partiyanın indiki fəallarından xeyli maraqlı simalara rast gəlinəcək”.

Elşad MƏMMƏDLİ

556 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008