|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Seçkilərdə iştirak etmək istəyən passiv seçki hüququna malik olan subyektlər bilməlidir ki, seçkiqabağı təşviqat yalnız səsvermə gününə ən çoxu 28 gün qalmış vaxtdan başlaya bilər və seçki gününə 1 gün qalmış dayandırılmalıdır. Digər hallarda təşviqat aparmaq qadağandır. Eyni zamanda əgər həmin şəxslər seçkilərdə iştirak edəcəklərsə, onların təşviqata start verilməzdən təşviqat aparması sonradan qanunsuz hesab edilir. Bu, qanunun tələbidir”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov “Facebook”da bəzi şəxslərin indidən öz “namizədliklərinin” təbliğatının aparması ilə bağlı mövzunu lent.az-a şərh edərkən deyib. N.Məmmədov bu cür təşviqat aparmaq niyyətində olan, yaxud aparanların diqqətinə çatdırıb ki, qanunun verdiyi imkanlardan artıq imkanlar əldə etmək cəhdi onların xeyrinə olmayacaq: “Ona görə də arzu edilir ki, seçki prosesinə qoşulmaq niyyətində olan şəxslər qanunun bu tələbləri ilə tanış olsun. Və bilsinlər ki, hər hansı bir şəxs, gələcək seçkiyə iştirak edəcək namizəd bu gün öz təşviqatını aparmırsa - çünki qanun buna imkan vermir - lakin başqa biri aparırsa, bu, gələcəkdə təşviqat bərabərliyinin pozulması kimi qiymətləndirilir. Çünki təşviqat tərəfləri bərabər imkanlarla təmin edilirlər. Təbii ki, söhbət seçkiyə namizəd qismində qatılmaq niyyətində olanlardan, qatılacaq adamlardan gedir. Seçkilərdə qeydə alınacaq namizəd qismində, o cümlədən hər hansı partiyanın, yaxud blokun qeydə alınan namizədi qismində iştirak edən şəxslər birmənalı bilməlidir ki, digər opponentləri - gələcəkdə seçkiyə namizəd qismində qatılaraq qanunun tələblərinə cavab verən formada davranış nümayiş etdirəcək namizədlərin və subyektlərin haqqını pozmaq olmaz. Əvvəlcədən təşviqat aparılması əlbəttə ki, bu baxımdan qiymətləndiriləcək”. Xəbər xidməti 781 dəfə baxılıb
|
[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR [08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK” [08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR? [08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ [08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ? [08.02.2012] - SABİQ YAP-çı COŞDU [07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ... [07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB [07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ [07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ [06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR [06.02.2012] - NİYƏ RUSİYA MODELİ? [06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF [06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM” [06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|