13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATIN SƏDRLƏR ŞURASI DİVANIN QƏRARINA ETİRAZ ETDİ

2010-07-28

Tapdıq Abbasla bağlı məsələ yenidən müzakirə olunacaq

Dünən Müsavat Partiyasının Sədrlər Şurasının növbəti ənənəvi toplantısında partiya Məclisinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın Mətbuat Günündə mərhum prezident Heydər Əliyevin məzarına baş əyməsi və bundan sonra baş verən proseslər əsas müzakirə mövzusu olub.

Tapdıq AbbasBu barədə qəzetimizə Sədrlər Şurasının üzvü, Müsavatın Sabunçu Rayon Təşkilatının sədri Rafiq İsmayıl məlumat verdi. Onun sözlərinə görə, Sədrlər Şurasının üzvləri - partiyanın rayon təşkilatlarının rəhbərləri T.Abbasın bu hərəkətə yol verdikdən sonra Müsavat Partiyasının sıralarında qalmasının mümkünsüzlüyünü bildiriblər. Sədrlər Şurasının üzvləri T.Abbasın partiyada saxlanılması, ona yalnız xəbərdarlıq edilməsi barədə Müsavat Divanının çıxardığı qərara etiraz ediblər. Şurada gedən müzakirələrin sonunda qurum adından partiya rəhbərliyi qarşısında tələb qoyulub. Sədrlər Şurası Tapdıq Abbasın məsələsinə Divanda yenidən baxılmasını və onun Müsavat Məclisindən kənarlaşdırılmasını tələb edirlər. Əks təqdirdə, RT sədrləri özləri istefa verəcəklərini və ya digər radikal addımlar atacaqlarını partiya rəhbərliyinə ünvanladıqları müraciətdə qeyd ediblər.
Arif HacılıBu müraciətə partiya rəhbərliyinin reaksiyasını öyrənmək üçün Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. A.Hacılı dedi ki, Sədrlər Şurasının üzvləri Tapdıq Abbas barədə qəbul olunan qərarın çox yumşaq olduğunu bildiriblər: “Bu barədə Divana məlumat çatdırılması ilə bağlı ümumi razılıq əldə olundu. Düşünürəm ki, vəziyyətin daha da kəskinləşməməsi üçün Müsavat Partiyasının  Divanının növbəti toplantısında bu məsələnin müzakirə olunması zəruridir”.
Yaranmış vəziyyətlə bağlı Tapdıq Abbasın da mövqeyini öyrənməyə çalışdıq. Baş redaktor dedi ki, Sədrlər Şurasının müraciətindən dəqiq məlumatı olmadığına görə bu məsələyə münasibət bildirmək istəmir: “Məsələ ilə tanış olduqdan sonra buna dair mövqeyimi açıqlayaram”.
Fürsətdən istifadə edib T.Abbasdan Müsavat Divanının yaydığı məlumata münasibət öyrəndik. Həmin məlumatda göstərilirdi ki, Tapdıq Abbas baş verənlərə görə səmimi etiraf edib  və peşmançılıq keçirib. Doğrudanmı T.Abbas atdığı addımdan peşman olub? Buna dair sualımıza onun cavabı belə oldu: “Bəli, mən Divanın verdiyi bəyanatla razıyam”.
T.Abbasdan həmçinin, “Paralel” qəzetinin ötən sayında “Yeni Müsavat” qəzetinin kollektivi haqqında xoşagəlməz yazının dərc olunması ilə bağlı da danışdıq. O, həmin yazının müəllifi Akif Nəsirlinin cəzalandırıldığını bildirdi: “Həmçinin, həmin düzgün olmayan məlumatları ona vermiş adamların kimliyini də araşdırırıq, onların da cəzasını verəcəyik. Bununla bağlı əlavə üzrxahlıq yazısı dərc ediləcək”.

Elşad MƏMMƏDLİ

1377 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008