12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

YAP-da SEÇKİ KÜLƏYİ BAŞLAYIB

2010-07-28

Parlamentə buraxılmayacaq hazırkı deputatlar üçün arqumentlər hazırlanır

Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısının hazırlanması əməlli-başlı müşkülə çevrilib. Məsələ ondadır ki, iqtidar partiyası indiki deputat korpusunun tərkibində ciddi dəyişikliklər etmək niyyətindədir. Bu isə o qədər də asan məsələ deyil, çünki parlamentdə hər kəs bir qruplaşmaya, məmur-oliqarxa bağlıdır. Odur ki, hakimiyyət siyahıya adı salınmayacaq şəxsləri indidən neytrallaşdırmaq niyyətindədir. YAP bunun maraqlı bir yolunu tapıb.

Siyavuş NovruzovYAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyaya aid olan www.yap.org.az saytına müsahibəsində deyib ki, onlar deputatlarının fəaliyyətlərini araşdırırlar: “Hazırda namizədlərlə bağlı tədqiqat işləri davam edir. Sentyabrın əvvəlində bu tədqiqat başa çatacaq. Hər bir namizəd haqqında məlumatlar toplanılır, bir neçə parametrlər əsasında araşdırmalar gedir. İlk növbədə, hazırki deputatlarımızın fəaliyyəti nəzərdən keçirilir və bunun nəticəsində onların namizədliyi ilə bağlı qərar veriləcək. Bəzi deputatlar var ki, 4 il yarım ərzində elə bir fəaliyyət göstərməyib, amma indi mətbuata çıxır. Bu müddətdə nə seçici ilə görüşməyib, nə də qanunvericilik fəaliyyəti ilə ciddi məşğul olmayıb. Araşdırmalar başa çatandan sonra hər bir dairə üzrə nəzərdə tutulan namizədlər haqqında partiyamızın sədrinə məlumat veriləcək. Partiyamızın sədri mövqeyini bildirdikdən sonra partiyanın rəhbər orqanında hansı dairə üzrə kimin namizəd irəli sürülməsi ilə bağlı qərar veriləcək.
YAP-ın bir mövqeyi var ki, partiya tərəfindən rəsmi şəkildə namizədliyi irəli sürülənlərdən başqa digərləri partiyamızın üzvü kimi namizədliyini irəli sürə bilməz. Yəni, onlar bizim rəsmi qaydada irəli sürdüyümüz namizədə alternativ ola bilməz. Həmin şəxslərlə bağlı konkret qərarımızı verəcəyik. Qərar ondan ibarətdir ki, həmin şəxs partiyamızın üzvü ola bilməz və partiya tərəfindən seçki prosesində hər hansı dəstək qazana bilməz. Onu da qeyd edim ki, namizədlərin müəyyənləşməsində seçicilərin rəyi də əsas rol oynayacaq".
Nəzərə çatdıraq ki, namizədlərin müəyyənləşdirilməsi ilə bağlı S.Norvuzov buna oxşar açıqlamaları daha əvvəllər də verib.
Həmçinin, bir neçə gün öncə “Yeni Müsavat”a açıqlama verən YAP-çı millət vəkili Aydın Mirzəzadə hakim partiyanın namizədlər siyahısında indiki deputat korpusu ilə yanaşı, yeni simaların da olacağını deyib...
S.Novruzovun sözlərindən belə qənaətə gəlmək olur ki, bir çox deputatların adlarını bu il siyahıya salmamaq üçün onun ötən 5 ildə normal fəaliyyət göstərmədiyini də əsas arqument kimi göstərəcəklər. Əslində, YAP-çı deputatların bir neçəsini çıxmaq şərti ilə onların əksəri normal deputat fəaliyyəti göstərməyiblər. Amma YAP rəhbərliyi onların fəaliyyətinin səmərəliliyini heç də S.Norvuzovun  dediyi kimi, seçicilərin rəyi əsasında deyil, digər meyarlarla müəyyən edəcəklər. Yəni kimin “qələmini qırmaq” lazımdırsa, ona “sən yaxşı fəaliyyət göstərməmisən, etimadı doğrultmamısan” deyiləcək. Heç şübhəsiz ki, bu il həmin sözü eşidənlərin sayı YAP-ın deputatlarının, eyni zamanda müstəqil adı altında hakimiyyətin nəzarətində olan Milli Məclis üzvlərinin yarıya qədəri olacaq. Bu il ən azı YAP özünün nəzarətində olan 50 deputata növbəti dəfə mandat verməyəcək. Bunlar əsasən yaşlılar, ötən beş ildə hakimiyyət üçün müəyyən problemlər yaradanlar, qruplaşmalar arasında gedən mübarizədə özünü yandıranlar olacaq.
Həmin deputatların kimlikləri barədə ötənlərdə çox yazmışıq.
Ehtimallara görə, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Murtuz Ələsgərov, Cəlal Əliyev, Maqsud İbrahimbəyov, Miri Qəmbərov, Fəttah Heydərov, Yaqub Mahmudov, Ağacan Əbiyev, Arif Rəhimzadə, Eldar İbrahimov, Xanhüseyn Kazımlı, Vidadi Məmmədov, Hüseynbala Mirələmov, Aydın Həsənov, Fərrux Zeynalov, Əhəd Əhmədov, Əhəd Abıyev, Məlahət İbrahimqızı, Hacı Madər Musayev, Baba Tağıyev, Eldar Quliyev, Ərəstun Cavadov, Gültəkin Hacıbəyli, Hadı Rəcəbli, Fuad Muradov, Nizami İsgəndərov, Fərhad Qəribov və digər deputatlar bu dəfə parlamentə düşə bilməyəcəklər.  Təbii ki, burada təkcə fəaliyyət məsələsi deyil, həm də iqtidarın özünün maraqları əsas rol oynayacaq...
Ümumiyyətlə, YAP-ın deputat korpusunun son beş ildəki fəaliyyətinə qiymət verən millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirdi ki, hakim partiyanın deputatları tam şəkildə icra hakimiyyətinə xidmət ediblər: “Onlar birmənalı şəkildə icra hakimiyyətinin göndərdiyi qanun layihələrinə düşünmədən səs veriblər, icra orqanlarının mövqeyini dəstəkləyiblər. Faktiki olaraq YAP-çı deputatlar Milli Məclisin hakimiyyətin müstəqil qolu kimi yox, icra hakimiyyətinin bir bölməsi kimi fəaliyyət göstərməsinə şərait yaradıblar. Ona görə də əlbəttə ki, Siyavuş Novruzovun ”deputatlarımızın ötən beş ildə seçicilərimizə necə xidmət göstərmələrinə qiymət veriləcək" deməsi inandırıcı deyil. Amma bu, hakim partiyanın, daha doğrusu, icra hakimiyyətinin öz işdir. Burada seçici faktorunun heç bir rolu yoxdur. Hakimiyyətin namizədlərinin müəyyənləşməsində və deputat seçilməsində seçici faktorunun rol oynamadığı aydın məsələdir".

Tofiq ƏHMƏDLİ

693 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008