 |
Siyasət
MÜXALİFƏT DÜŞƏRGƏSİNDƏ YENİ BİRLİK YARANIR 2010-07-29 ADP ilə Ümid birləşir; bloka ALP, VİP və DUİ-dəki bəzi partiyalar da cəlb ediləcək
|
Müsavatla AXCP-nin birləşməsi, seçki prosesində birgə iştirak üçün birlik yaradılması təklifi digər təşkilatları da hərəkətə gətirib. Müsavat və AXCP ilə birlikdə olması mümkünsüz görünən təşkilatlar yeni birlik yaratmağa başlayıblar. Lakin proses çox gizli şəkildə həyata keçirilir və görülən işlər barədə mətbuata heç bir məlumat verilmir. Hətta bu birliyi yaradan təşkilatların rəhbərləri gördükləri işlər barədə digər siyasi partiyalarda olan yaxın dostlarının yanında danışmırlar da. Bir neçə gün öncə dostluq zəminində düzənlənən çay masasında əyləşərkən yeni birlik yaradan partiya rəhbərləri proses barədə masadan ayrılaraq danışıblar. Hansı ki, həmin çevrədə olan dostlar heç zaman bir-birindən heç nə gizlətməyiblər. Əgər bu dəfə proses gizli şəkildə həyata keçirilirsə, deməli, ortada hansısa maraqlı məqamlar var. Birliyin hansı partiyalar tərəfindən yaradılmasına gəlincə, bunlar Azərbaycan Demokrat Partiyası (ADP) ilə Ümid Partiyasıdır. Nəzərə çatdıraq ki, ADP sədri Sərdar Cəlaloğlu hələ bir neçə ay öncə Müsavat, AXCP və digər partiyalarla birləşməklə bağlı aparılan müzakirələrdə Ümid Partiyasının da birlikdə təmsil olunması şərtini irəli sürürdü. Görünür, müxalifətin ümumi birliyi baş tutmadığından, ADP ilə Ümid ikisi birləşməyi və bu birliyə digər qüvvələri cəlb etməyi qərara alıblar. Bizə çatan məlumatlara görə, ilkin danışıqlar uğurla nəticələnib. Yəni ADP ilə Ümid seçki bloku yaratmağa qərar veriblər. Hazırda onlar bu birliyə ALP və VİP-i də cəlb etməyə çalışırlar. Nəzərə çatdıraq ki, “Azadlıq” bloku dağıldıqdan sonra ALP ilə VİP oyundankənar vəziyyətə düşmüşdülər. Onlar üçün ADP və Ümidin yaratdığı birliyə qoşulmaq bir növ göydəndüşmə fürsətdir. Məlumatlara görə, ADP ilə Ümidin yaratdığı birlikdə ALP və VİP-in də iştirak etməklə bağlı razılığı var. Xəbərə görə, yeni birliyə DUİ-dəki partiyaları da cəlb etmək istiqamətində işlər görülür və danışıqlar aparılır. DUİ-də olan bəzi partiyaların yeni yaranan birliyə gəlməsi barədə ilkin razılıqların alındığı qeyd edilir. Aldığımız xəbəri dəqiqləşdirmək üçün ADP sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. S.Cəlaloğlu məlumatı təsdiqlədi. Xeyli müddətdir Ümid Partiyasının sədri ilə blok yaratmaq yönündə danışıqlar apardığını bildirdi: “İqbal bəy həm də mənim dostumdur. Azərbaycan Demokrat Partiyası bütün siyasi təşkilatlarla birlik yaratmağa hazırdır. Tərəflərin hər hansı biri ilə problemimiz yoxdur. Biz indiki halda birlik yaratmaqla bağlı İqbal Ağazadə ilə danışıqlar aparırıq. Lakin hələlik konkret nəticə olmadığından və müzakirələr davam etdiyi üçün mətbuata açıqlama verilmir. Biz paralel olaraq başqa partiyalarla da danışıqlar aparırıq. Hesab edirik ki, müxalifətin vahid blokda cəmləşməsi şansı tükənməyib. Buna görə də heç bir qapını bağlamırıq”. ADP sədri ALP və VİP-lə də danışıqlar aparıldığını təsdiqlədi: “”Azadlıq" bloku dağılandan sonra orada olmuş partiyalarla da danışıqlar aparırıq". Nəzərə çatdıraq ki, hələ 5-6 ay öncə təhlilçilər bu ilki parlament seçkilərində müxalifətin iki blokla iştirak edəcəyini proqnozlaşdırırdılar. Artıq ehtimallar özünü doğrultmaqdadır. AXCP-Müsavat birliyi ilə yanaşı, digər bir blok da formalaşmaqdadır. Elşad MƏMMƏDLİ 620 dəfə baxılıb
|
[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR [08.02.2012] - “BİZ “EUROVİSİON”a KİMİ ÇOX CİDDİ AKSİYALAR KEÇİRƏCƏYİK” [08.02.2012] - HAFİZ HACIYEVİ KİM ÖLDÜRMƏK İSTƏYİR? [08.02.2012] - RƏSUL QULİYEV GƏNC FƏALI ÖZÜNƏ MÜŞAVİR TƏYİN ETDİ [08.02.2012] - AZƏRBAYCAN BANKİRLƏRİ DƏ MÜXALİFƏTLƏ GÖRÜŞƏRMİ? [08.02.2012] - SABİQ YAP-çı COŞDU [07.02.2012] - “SİYAVUŞ NOVRUZOVA DEDİM Kİ... [07.02.2012] - İP XALQI HƏRƏKATA QOŞMAQ PLANI HAZIRLAYIB [07.02.2012] - İCTİMAİ PALATA VİCDAN MƏHBUSLARI İLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [07.02.2012] - VİCDAN MƏHBUSU ƏHƏD MƏMMƏDLİNİN HƏYATI TƏHLÜKƏDƏ [07.02.2012] - YAP-çı DEPUTATIN TƏHQİRLƏRİNƏ ZİYALILARDAN SƏRT TƏPKİ GƏLDİ [06.02.2012] - HAKİMİYYƏT MÜSAVATA CAVABI GECİKDİRİR [06.02.2012] - NİYƏ RUSİYA MODELİ? [06.02.2012] - İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF [06.02.2012] - “SİYASƏTDƏ OLMASAYDIM, DAHA YAXŞI CƏRRAH OLARDIM” [06.02.2012] - MÜSAVAT BAŞQANININ MÜŞAVİRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|