13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“MƏNİM ADIMDAN YALAN DANIŞIRLAR”

2010-07-30

Xaliq Bahadır Müsavatla birləşmə məsələsində AXCP rəhbərliyinin ona böhtan atdığını deyir

“Hakimiyyətə qarşı yaradılan hər hansı birliyin tərəfdarıyam, belə birlik yaranacağı halda onun yanındayam. Amma mənim adımdan yalan danışırlar, mənə böhtan atırlar. Heç yerdə hakimiyyətə qarşı olan birliyin əleyhinə çıxmamışam.

Azərbaycanda son 20 ildə baş verən proseslərdən çıxış edərək AXCP-Müsavat birliyinin sonunun necə ola biləcəyini söyləmişəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Xaliq Bahadır deyib.
X. Bahadır bildirib ki, birliyin tərəfdarı olmaqla, birliyin başında kimlərin dayanacağına münasibət bildirmək tamam başqa məsələdir: “Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Hər şeyi açıq deyə bilmirəm, qəzetim yoxdur, fikrimi də açıq deyəndə, yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır. Amma mənim öz qəzetim olsaydı, hər şeyi açıq yaza bilərdim. Mənə damğa vururlar, xalqa məkrli planın başında duran şəxs kimi təqdim edirlər. Ona görə də indi danışmaq fikrində deyiləm. Sözümü sonra deyəcəyəm. Onsuz da bilirəm ki, bu iş hara gedəcək. İndi danışsam, sonra nə baş versə, mənim üstümə yıxacaqlar. Mən sonra sübut edəcəyəm ki, bu məkrli planın başında duranlar kimlər olublar və niyə görə durublar”.
X.Bahadır bildirib ki, AXCP-də onun mövqeyini dəstəkləyən xeyli insan var və onlar görüşür, müzakirələr aparırlar: “Hətta onlar bir sıra addımlar atmaq istəyirdilər, mən onları o addımlardan çəkindirmişəm. Partiyanın rəhbərliyi mənə nə böhtan atır-atsın, mənim öz prinsiplərim var. Mənim mövqeyimi dəstəkləyənlərə də bir qədər gözləməyi məsləhət görmüşəm”.

Xəbər xidməti

2473 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008