13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“VƏZİYYƏT DƏYİŞƏCƏKSƏ, MÜNASİBƏTLƏR DƏ DƏYİŞƏCƏK”

2010-07-30

Mirmahmud Mirəlioğlu: “Bu gün Azərbaycanda 53 yox, 5-3 partiyaya ehtiyac var”

Müsavat Partiyası ilə AXCP-nin birləşməsi ortaya çıxandan sonra birincinin DUİ ilə apardığı müzakirələrin intensivliyində bir qədər zəifləmə hiss olunur. Proseslərin hansı səviyyədə cərəyan etdiyini və paralel müzakirələrin gedib-getmədiyini dəqiqləşdirmək və digər suallarımıza cavab almaq üçün DUİ-də təmsil olunan KXCP sədri Mirmahmud Mirəlioğlu ilə danışdıq. M.Mirəlioğlu öncə məsələnin təqdimatı ilə razılaşmadığını dedi.

“Bu məsələdə təqdimat bir qədər doğru deyil. Məsələnin mahiyyətinin dəyişdirilməsi məqsədi var. DUİ olaraq biz bir müddət öncə Müsavat Partiyası ilə müzakirələrə başladıq, bir çox məsələləri razılaşdırdıq və son mərhələyə daxil olanda ”Azadlıq" bloku öz fəaliyyətini başa çatdırdığına görə AXCP də Müsavatla DUİ arasında gedən prosesə qoşulub. Məhz qoşulub! Amma burada məsələni belə təqdim edirlər ki, gələcəkdə DUİ bu məsələyə qoşulacaq. Lakin bu prosesi ilk olaraq DUİ Müsavatla aparıb. AXCP bura qoşulana qədər bizim Müsavatla bütün danışıqlarımız getmişdi, dairələr razılaşdırılmışdı. Ən azı Müsavatla DUİ-nin razılaşdırdığı konkret dairələr və insanlar var. Yeni təqdimatın arxasında hansı məqsədin dayandığını da gözəl bilirik. Hər üç tərəf bilir bu nə üçün belədir".
KXCP sədri bununla belə, işlərini davam etdirdiklərini dedi: “Ötən həftənin yekununda Müsavatla AXCP arasında danışıqlar olmuşdu. Növbəti həftə danışıqlar Müsavat-DUİ formatında davam edir. Bizim həm də öhdəliyimiz var, niyyət protokoluna görə, biz həm də bir-birimizi gördüyümüz işlər barədə məlumatlandırırıq. Bu proses paralel gedir. İstək bundan ibarətdir ki, DUİ-Müsavat-AXCP formatında proses həyata keçirək”.
“Hesab edirsinizmi üçtərəfli müzakirələr sonda bu üç təşkilatın birləşməsi və seçkidə birgə iştirak etməsi ilə nəticələnəcək” sualına KXCP sədrinin cavabı belə oldu: “Bu bizim arzumuz, istəyimizdir ki, birlik baş tutsun. Olmayacaqsa belə, faciə baş verməyəcək. Kimisə şərtlə kənarda saxlayacaqlarsa, (söhbət DUİ-dən gedir) bu, asan başa gəlməyəcək. Onda məsələlər bir qədər qəliz olacaq. Əgər hesablanırsa ki, məsələ DUİ üçün qəliz olacaq, bu cür düşünənlər yanılır. Biz hesab edirik ki, DUİ-ni kənarda qoyub bir yerdə olanlar üçün problem yaşanacaq. Lakin biz bunu arzu etmirik və proqnozlaşdırmırıq”.
Üç təşkilatın bir yerdə ola bilməyəcəyi təqdirdə DUİ ilə Müsavatın razılaşdırdığı dairələrin və digər məsələlərin aqibəti necə olacaq? Bununla bağlı danışan M.Mirəlioğlu “bizim tərəfimizdən bu məsələ qüvvəsində qalacaq” deyə qeyd etdi: “Amma vəziyyət dəyişərsə, şərtlər də dəyişəcək və yalnız dairələrin bir neçəsi ilə bağlı razılaşmamız qüvvəsində qalacaq. Yəni partiyanın birinci şəxslərinin və bugünkü millət vəkillərinin dairəsi ilə bağlı razılaşmalar qala bilər. Amma hər halda, vəziyyət dəyişəcəksə, münasibətlər də dəyişəcək". Hələlik isə DUİ ilə Müsavatın razılaşdırdıqları məsələlər öz qüvvəsində qalır, mövqeyimizdə israrlıyıq, nəyisə dəyişmək niyyətimiz yoxdur”.
Müxalifətdə yeni yaranan birliyə - ADP-Ümid birliyinə DUİ-də olan təşkilatların da cəlb edilməsi ilə bağlı yayılan xəbərə dair münasibət bildirən KXCP sədri dedi ki, bu haqda yalnız mətbuatdan oxuyub: “Blok, siyasi təşkilatda birləşmək könüllülük prinsipi əsasındadır və heç kəs heç kəsin haqqını yeməməlidir, onun mövqeyinə hörmətlə yanaşmalıdır. Konkret sizin dediyiniz məsələdən məlumatsızam və hesab edirəm ki, ADP ilə Ümidin bu addımını təqdir etmək lazımdır. Azərbaycanda hər iki, üç partiya bir araya gəlirsə, bunu alqışlamaq lazımdır. Ümumiyyətlə, çoxpartiyalılıq məsələsinə bir qədər başqa cür yanaşmaq lazımdır. Bu gün Azərbaycanda 53 partiyaya ehtiyac yoxdur, 5-3 partiyaya ehtiyac var”.

Elşad MƏMMƏDLİ

552 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008