13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İQTİDARLA MÜXALİFƏTİN DAHA BİR FƏRQİ

2010-08-30

Demokratik düşərgə siyahıdan kənar namizədlərə daha dözümlüdür

Parlament seçkilərinin rəsmi startına bir şey qalmadı. Bununla belə, siyasi partiyaların namizədlər siyahısı hələ hazır deyil. Nə iqtidar, nə də müxalifət düşərgəsinin rəsmi namizədlər siyahısı tam dəqiqləşməyib.

Qeyd edək ki, YAP rəsmilərindən biri az öncə siyahıdan kənar deputatlığa namizəd olan üzvlərini partiya sıralarından xaric edəcəklərini bildirib. Maraqlıdır, görəsən müxalifət partiyaları siyahıdan kənar namizədliyini irəli sürən üzvləri ilə necə davranacaq?
Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə bununla bağlı mübahisəli məqamın olduğunu dedi: “Bizim partiyanın üzvü olan şəxsin hüquqları və vəzifələri var. Hər bir üzvümüz partiyanın ali orqanının qəbul etdiyi qərarlara hörmət etməlidir. Amma nizamnaməyə görə, ali orqanın əksinə addım atan üzvümüzə qarşı öncə tənbeh, xəbərdarlıq, ən sonda isə partiyadan qovulma tədbiri seçilə bilər. Amma birbaşa həmin şəxsin partiya sıralarından xaric edilməsi demokratik prinsiplərə ziddir”.
ADP sədrinin müavini Nurəddin Babayev belə bir nümunənin indiyədək olmadığını dedi: “Belə bir presedentlə rastlaşmamışıq. Onu deyə bilərəm ki, bu məsələlər hər kəsin öz hüquq və vəzifələri çərçivəsində həllini tapmalıdır. Heç kimə məhdudiyyət qoymaq olmaz”.
Müsavat başqanının müavini Qabil Hüseynli partiya üzvlərinin siyahıdan kənar namizədliyini irəli sürməməsi üçün çalışdıqlarını bildirdi: “Elə əlavə tədbirlər görüləcək ki, belə bir durumla rastlaşmayaq. Hesab edirəm ki, kimisə partiyadan qovmaq YAP-ın seçki taktikasıdır. Buna görə partiyanı qınamaq sırf subyektiv mülahizə irəli sürmək deməkdir”.
Göründüyü kimi, müxalifət düşərgəsində siyahıdan kənar namizədliyini irəli sürmək istəyən partiya üzvlərinə münasibət YAP-dan fərqlidir. Yəni daha dözümlüdür.

Nailə RÖVŞƏNQIZI

609 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008