13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

LALƏ ŞÖVKƏT BLOKA ONUN ADININ VERİLMƏSİNƏ QARŞI ÇIXIB

2010-08-31

ALP ilə VİP-in blokuna daha bir partiya da qoşulacaq

Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş İnkişaf Partiyasının (VİP) yaratdığı və bu günlərdə rəsmi elan olunacaq seçki blokunun adının “Lalə Şövkətin bloku” adlanması ideyası Lalə Şövkət tərəfindən qəbul edilməyib. Bu barədə dünən ALP-dəki mənbələrə istinadən mia.az saytı məlumat yayıb.

Qeyd edək “Yeni Müsavat” ötən həftənin əvvəlində ALP ilə VİP-in yaratdığı seçki blokunun “Lalə Şövkətin bloku” adlanması təklifi ilə hər iki partiyanın bir qrup üzvünün çıxış elədiyi məlumatını yaymışdı.
Hətta bu təklifin blokun həmtəsisçisi olan VİP sədri Əli Əliyev tərəfindən ALP lideri Lalə Şövkətə də çatdırıldığı məlumat sırasındaydı.
Dünən yayılan xəbərdə isə deyilir ki, Lalə xanım blokun onun adı ilə adlandırılması təklifini qəbul etməyib. Partiyadan onu da bildiriblər ki, yaxın günlərdə blokun adı məlum olacaq.
Əldə etdiyimiz xəbərdə deyilir ki, Lalə Şövkət blokun adının onun adı ilə adlandırılmasına razı olmadığını ötən həftənin sonlarında Liberal və Vətəndaş və İnkişaf partiyalarının rəhbər işçiləri və fəalları ilə keçirdiyi görüşdə bəyan edib. Görüşdə Lalə Şövkət həmçinin Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və seçki blokunun strategiyası haqqında geniş məruzə ilə çıxış edib. Çıxışdan sonra Lalə Şövkət tədbir iştirakçılarının suallarına cavab verib. Görüşdə VİP sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan və Yaşıllar Partiyasının sədri Mayis Güləliyev iştirak ediblər.
Mayis Güləliyevin sözügedən toplantıda iştirakı Yaşıllar Partiyasının da ALP-VİP blokuna qoşulacağını iddia etməyə əsas verir.

Etibar SEYİDAĞA

870 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008