12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVAT MƏCLİSİ SENTYABRIN 4-də TOPLANACAQ

2010-08-31

Divan bununla bağlı qərar qəbul etdi

Dünən Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

İclasda parlament seçkilərində müxalifətin birgə iştirakı çərçivəsində dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə məlumat verilib ki, məhkəmələrdə hüquqları pozulmuş 10-dək vətəndaş partiya başqanı ilə görüşərək ondan yardım istəyiblər. Müsavat Partiyası həmin qadınlara üzləşdikləri haqsızlıqlarla bağlı mətbuat konfransı keçirməyə imkan yaradacağını və onlara siyasi dəstək verəcəyini bildirib.
Divanın iclasında həmçinin sentyabrın 4-də Müsavat Məclisinin keçirilməsi barədə qərar qəbul edilib. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər “Media forum” saytına açıqlamasında deyib ki, iclasda əsasən parlament seçkisi ilə bağlı məsələlər müzakirə olunacaq: “Məclis parlament seçkisi, deputatlığa namizədlər və Müsavat-AXCP seçki blokunun yaradılması ilə bağlı siyasi qərarlar qəbul edəcək. Düzdür, bəzi dairələrdə vahid namizədlərin razılaşdırılması ilə bağlı çətinliklər var. Amma Müsavatla AXCP arasında müzakirələr davam edir. Hər iki partiya blokun yaradılması üçün səylərini davam etdirəcək. Müsavat Məclisi AXCP ilə seçki blokunun yaradılmasına tam dəstək verəcək”.
Müsavat Məclisi həmçinin Cənubi Qafqazda və Azərbaycan ətrafında yaranmış hərbi-siyasi vəziyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək, bununla bağlı sənəd qəbul olunacaq. S.Əkbər deyib ki, həmin sənəd Müsavat Divanında müzakirə olunub və təsdiqlənib.

Etibar SEYİDAĞA

414 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008