 |
Siyasət
“HƏR YARANAN QURUMA BLOK DEMƏK GÜLÜNCDÜR” 2010-08-31 Sərdar Cəlaloğlu: “Biz qeyri-ciddi bloklarla əməkdaşlıq etməyəcəyik”
|
Real müxalifət qüvvələrinin birləşməsi sosial sifariş olmaqla yanaşı, hakimiyyətin seçki saxtakarlıqlarına qarşı birgə mübarizə baxımından effektli məsələdir. Blok anlayışı cəmiyyətdə, həmçinin beynəlxalq təşkilatlarda çox ciddi qəbul olunur və hər bir halda iqtidarda narahatlıq yaradır. Hazırda AXCP ilə Müsavat arasında birlik yaratmaq istiqamətində müzakirələr davam edir və şübhəsiz ki, builki parlament seçkilərində mübarizə hakimiyyətlə AXCP-Müsavat birliyi arasında gedəcək. Heç şübhəsiz blok anlayışının ciddiliyini, gücünü azaltmaq üçün hakimiyyət ən müxtəlif projelərə əl atacaq və artıq bu kampaniyanın başladığı hiss olunur. Söhbət ondan gedir ki, bir-birinin ardınca iki-üç partiya birləşib blok yaradır, namizədlərini verir. Bu məsələdə iqtidara yaxın olan təşkilatlar və psevdomüxalifət aktivlik göstərir. Əcəba, blok anlayışını məhv etməyə yönəlmiş bu kampaniya xarakteri bağışlayan işlər bir nəticə verəcəkmi? Builki seçkilərlə bağlı müxalifət düşərgəsində ilk olaraq Ümid Partiyası ilə bilikdə “Qarabağ” bloku yaradan ADP sədri Sərdar Cəlaloğlu “hər yaranan, elan edilən qurum blok anlamına gəlmir” deyə qeyd etdi: “Məsələn, jurnalistlər də bir qurum yaradıb deyirlər blokdur. Şəxslər blok yarada bilməzlər. Blok əvvəlcədən təşkilatlanmış təşkilatların birləşməsidir, partiyalarüstü təsisatdır. Adicə bir siyasi terminologiyanı bilmədən blok elan etmək düzgün deyil. Belə şeyləri eşidəndə mən Azərbaycanın gələcəyinə pessimist yanaşıram ki, insanlar bu qədər siyasi savadsızdır. Partiyaların yaratdığı bloklara gəlincə, hələlik konkret qərarı verilən digər bir blok yaranmayıb. Sadəcə niyyətlər elan edilib. Amma bloklaşma məsələsinin özü də irəliyə doğru addımdır. Müxalifət bu seçkilərdə vahid namizəd verməsə də, ən azı iki-iki, üç-üç partiyalar birləşərək dairələrdə ağırlığı bir az azaltdılar. Bunu alqışlamaq lazımdır”. Builki seçkilərdə müxalifət partiyalarının daha böyük blok yarada bilməməsindən təəssüfləndiyini deyən S.Cəlaloğlu bəzi təşkilatları ümumiyyətlə birliyin əleyhinə çıxmaqda suçladı: “Biz adamları zorla birləşdirə bilmərik ki? Gülməlisi odur ki, birliyin əleyhinə çıxan qüvvələr özləri heç nəyə nail ola bilmirlər”. Qeyd edək ki, ötənlərdə bloklararsı əməkdaşlıq təcrübəsi də olub. Ən azı seçki saxtakarlıqlarına qarşı birgə mübarizə aparmaq, ümumi demokratik prinsiplər naminə əməkdaşlıq etmək üçün bu addımlar atılıb. Bu dəfə həmin taktikadan istifadə olunacaqmı? Sərdar Cəlaloğlu bunun situasiyadan və bloklardan asılı olacağını dedi: “Ola bilsin ki, partiyalar bloklaşa bilmədiyi kimi, bloklararası birlik də baş tutmayacaq. ”Qarabağ" bloku əməkdaşlıq etməyin tərəfdarıdır. Digər blokların da belə qərarı olarsa, problem yoxdur, biz hazırıq. Amma bizim özümüzün kimlərəsə bunu təklif etmək, təşəbbüs göstərmək niyyətimiz yoxdur. Sadəcə təşəbbüsləri dəyərləndirməyə hazırıq. Çünki biz mümkün qədər təkliflər irəli sürdük və bir şeyə nail ola bilmədik. Bundan sonra yüngülsaqqallıq etmək istəmirəm. Niyə gedəm kiminsə yaxasından yapışam, yalvaram ki, qurban olum, gəlin əməkdaşlıq edək? Bilsəm ki, bunlar səmimidirlər və xalq naminə hər şey edəcəklər, yalvararam da. Amma səmimi olanını görmədim. Təşəbbüs olarsa baxacağıq, amma özümüz kiməsə yalvarmayacağıq. Seçkilərin birgə müşahidəsi, birgə dəyərləndirmə və sair bu kimi məsələlərdə əməkdaşlıq edə bilərik. Bunun nə dərəcədə baş tutacağını zaman göstərəcək. Bunun üçün bəzi qüvvələrin indiki davranışı dəyişməlidir. Dəyişməsə, heç əməkdaşlıq da mümkün olmayacaq". S.Cəlaloğlu dedi ki, AXCP-Müsavat birliyi istiqamətində gedən müzakirələrdən də xəbərsizdir: “Bu barədə heç bir məsləhətləşməmiz, namizədə güzəştə getmək haqda danışıqlarımız olmur”. S.Cəlaloğlu indiyədək elan edilən bloklarla da hansısa danışıqları olmadığını dedi: “Biz qeyri-ciddi bloklarla əməkdaşlıq etməyəcəyik”. ADP sədri dedi ki, “Qarabağ” blokunun seçki qərargahı artıq formalaşdırılıb: “Bütün strukturlar təsdiq olunub, iş bölgüsü aparılıb, qrafik tutulub. Artıq 90-a yaxın namizədimiz müəyyənləşib. Seçki kampaniyasına rəsmən start verilməsini gözləyirik”. Elşad MƏMMƏDLİ 910 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|