 |
Siyasət
SEÇKİ BLOKLARI PUL PROBLEMİNİ HƏLL ETMƏYƏ ÇALIŞIRLAR 2010-08-31 Kampaniyanın başlanmasına 8 gün qalır, partiyalar maliyyə sıxıntısı yaşayır
|
Ölkə Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq parlament seçkiləri gününü prezident təyin edir. Növbəti parlament seçkilərinin noyabrın 7-də keçiriləcəyini nəzərə alsaq, seçki kampaniyası səsvermə gününə ən azı 60 gün qalmış, sentyabrın 8-dək elan olunmalıdır. Namizədlərin irəli sürülməsi, onların müdafiəsi üçün seçici imzalarının toplanması səsvermə gününə ən azı 30 gün qalmış bitməlidir. Bu, oktyabrın 8-nə düşür. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - oktyabrın 15-də başlayır və səsvermənin başlanmasına 24 saat qalmış -noyabrın 6-da dayandırılır. Siyasi qüvvələrin öz namizədlərini müəyyən etməsi üçün qarşıda cəmi 9 gün qalıb. Müxalifət düşərgəsində müşahidə olunan proses budəfəki seçkilərdə tanınmış partiyalardan ibarət bir neçə seçki blokunun iştirak edəcəyini söyləməyə əsas verir. Artıq ilk seçki bloku rəsmən elan olunub. Üç partiya bir araya gələrək “Qarabağ” seçki blokunu rəsmən elan ediblər. Müsavat Partiyası ilə AXCP-nin də seçki bloku yaradacağı gözlənilir. KXCP və daha 4 partiya isə Demokratiya Uğrunda İttifaq olaraq seçkiyə gedəcəklərini bəyan ediblər. Araşdırmamız nəticəsində məlum oldu ki, adıçəkilən qurumların seçkilərlə bağlı maliyyə vəziyyəti o qədər də yaxşı deyil. Partiyalar maliyyə sıxıntısı çəkirlər. Buna baxmayaraq, bütün qüvvələri səfərbər edib blokun seçki fondunu yaratmağı planlaşdırıblar. Müsavat Partiyası seçkilər departamentinin rəhbəri Gülağa Aslanlı bildirdi ki, yaradılması gözlənilən Müsavat-AXCP seçki blokunun vahid seçki blokunun yaradılması haqqında düşünürlər. Amma vahid seçki fondu yaradılsa da, hər bir namizədin özünün də seçki fondunun olmasına icazə verilir. G.Aslanlı qeyd etdi ki, bütün real müxalifət partiyalarında olduğu kimi, Müsavatda da maliyyə problemi var. Müsavat rəsmisi problemin AXCP də mövcudluğunu güman etdiyini söylədi: “Seçkidə iştirak edən qüvvələrə dövlət büdcəsindən vəsait ayrılması məsələsi də aradan götürüləndən sonra problem daha da artıb. Hər halda, partiya və bloklara verilən vəsait müəyyən qədər də olsa, təbliğat işlərinin aparılmasında rol oynayırdı. Amma bütün bunlara baxmayaraq, mövcud imkanlardan istifadə edərək qanunvericiliyin tələbinə əməl eləməklə müəyyən vəsait toplamaq haqqında düşünürük”. “Qarabağ” seçki blokundakı Ümid Partiyasının İcra Aparatının rəhbəri Nəsimi Məmmədli blokun işçi qrupunun toplantısında seçki fondu məsələsinin də müzakirə edildiyini bildirdi: “Təbii ki, seçki fondu yaradılmalıdır. Bu olmadan seçki keçirilməsi mümkün deyil. Maliyyə məsələləri ilə bağlı ilkin addımların nə olması müzakirə edilib. Lakin hələ qərar qəbul edilməyib. Ümumi seçki fonduna həm namizədlərin şəxsi vəsaiti, həm partiyaların ayırdığı vəsaitlər olacaq”. DUİ-dəki KXCP-nin seçki qərargahının rəhbəri Bəybala Əbil isə bildirdi ki, maliyyə problemi onların qarşısındakı ən ciddi bir neçə problemdən biridir: “Həm KXCP, həm də DUİ-dəki digər partiyalar çox ciddi maliyyə problemi yaşayırlar. Ancaq sözsüz ki, seçki fondumuz yaradılacaq. Partiyaların və fərdi olaraq namizədlərin imkanlarından istifadə edilməklə seçki fondunu yaradacağıq”. B.Əbil maliyyə məsələsinin əsasən namizədlərin özlərinin üzərinə düşəcəyini vurğuladı. Etibar SEYİDAĞA 475 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|