|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Parlament seçkilərində vahid namizədlərin müəyyənləşdirilməsi ilə bağlı AXCP-Müsavat danışıqları hələ də davam edir. Xəbər verildiyi ki, AXCP rəhbərliyi Müsavat rəhbərliyinə daxil olan, o cümlədən 2005-ci ildən bəri müxalifəti parlamentdə layiqincə təmsil etmiş Müsavat deputat qrupunun üzvlərinin dairələrinə də alternativ irəli sürüb. Ötən saylarımızda AXCP-nin bu mövqeyindən narazılıq ifadə edən tanınmış simaların fikirləri dərc olunub. Dünən isə 79 saylı İmişli seçki dairəsinin deputatı İltizam Əkbərli redaksiyamızla əlaqə saxlayıb AXCP-nin ona qarşı da haqsızlıq etdiyini bildirdi. Millət vəkilinin sözlərinə görə, AXCP rayonda heç bir dəstəyə malik olmayan bir şəxsin namizədliyini irəli sürüb: “Mən 2005-ci ildə ”Azadlıq" blokunun namizədi ola bilmədim. Müsavat partiyası məni, bloka daxil olan digər partiyalar isə başqa bir namizədi müdafiə etdilər. Yadıma gəlir, seçkiyə bir neçə gün qalmış bloka daxil olan partiyaların rəhbərlərini daha şanslı namizəd olduğuma inandırmağa çalışsam da, buna nail ola bilmədim və nəticədə sərbəst şəkildə namizədliyimi verdim. Apardığım uğurlu seçki kampaniyası nəticəsində həm hakimiyyət nümayəndəsinə, həm də çoxsaylı digər namizədlərə qalib gələrək deputat seçildim. Təbii ki, “Azadlıq” blokunun vahid namizədi olmadığımdan mandatdan imtina etmək haqqında tərtib olunan sənədə də imza atmadım". İ.Əkbərli dedi ki, keçən 5 il müddətində seçicilərindən uzaq düşməyib və daim onların problemlərinin həllinə çalışıb: “Mən bu illərdə rayonda yaşadım, onların problemlərini öz problemim kimi qəbul etdim, bu problemlərin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə etdim. İndi də seçicilərimin içərisindəyəm. Apardığım rəy sorğusuna əsaslanaraq, yenə də 79 saylı İmişli seçki dairəsindən namizədliyimi vermək qərarına gəlmişəm. Bu dairədən təkcə AXCP deyil, digər partiya və bloklar da artıq öz namizədlərini açıqlayıblar. Kifayət qədər rəqiblərim olacaq. Mən bunu yenə də normal hesab edirəm və təbii ki, namizədliyimi kiminsə xeyrinə geri götürməyi düşünmürəm”. ELŞAD 775 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR |
| Yeni MÜSAVAT © 2008 |
|