13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

AXCP FUNKSİONERİNDƏN MÜSAVATÇI RƏQİBİNƏ İTTİHAM

2010-08-31

Sahib Kərimov: “Adil Qeybulla seçicilərdən çox hakimiyyətdən dəstək qazanmaq istəyir”

Müsavat Partiyası ilə AXCP-nin vahid namizədi müəyyənləşdirə bilmədikləri dairələrdən biri də 115 saylı Şəki kənd seçki dairəsidir. Bu dairədən Müsavat Partiyası Divan üzvü, professor Adil Qeybullanın namizədliyini irəli sürüb və onu vazkeçilməz 10 namizədinin sırasına daxil edib.

AXCP isə Rəyasət Heyətinin üzvü Sahib Kərimovun namizədliyini irəli sürüb və vahid namizəd kimi onu müdafiə edir. Beləliklə, nə Müsavat, nə də AXCP güzəştə getməyərək adıçəkilən namizədlərinin qalmasında israr edirlər.
Namizədlərin özləri də güzəştə getmək niyyətində deyillər. Onların hər biri 115-ci dairədə daha şanslı özünü hesab edir. Ötən saylarımızda Adil Qeybulla şanslı olduğunu əsaslandırıb və bu səbəbdən də geri çəkilmək istəmədiyini bildirmişdi.
Adil QeybullaSahib Kərimov isə dünən qəzetimizə açıqlamasında Müsavatçı professordan daha çox səs toplamaq imkanının olduğunu bildirdi: “Mən 2005-ci il parlament seçkilərində məhz 115 saylı dairədən ”Azadlıq" seçki blokunun namizədi olmuşam. Hakimiyyətin sifarişi ilə həyata keçirilən bütün saxtakarlıqlardan sonra belə seçki komissiyasının açıqladığı rəsmi rəqəmlərdə 2500 səs topladığım əksini tapırdı. Əslində mənim əlimdə 3500 səs qazandığımı göstərən protokollar var idi. Faktiki olaraq bu dairədə o zaman ən çox səs qazanan mən olmuşdum. Mənim doğulduğum kənd 115 saylı dairənin ərazisinə düşür. Hakimiyyət məni parlamentdən kənarda qoysa da, aradan keçən beş ildə mən seçicilərlə əlaqəni kəsməmişəm. Hazırda sizinlə məhz 115 saylı dairənin ərazisindəki kəndlərin birindən danışıram. Adil Qeybulla isə 2005-ci ildə ümumiyyətlə, deputatlığa namizəd olmayıb. Onun minlərlə səs qazanmaq imkanının olduğunu iddia etməsi absurd görünür. Adil bəyin titullarının ona əlavə səs gətirəcəyini söyləməsi də reallıqdan uzaqdır. Hörmətli Adil bəy doğulduğu Kiş kəndindən yüksək səs alacağını deyir. Halbuki o, doğma kəndində Müsavat Partiyasının özəyinin yaranmasını təmin etməyib".
S.Kərimov A.Qeybullaya yerli müxalifətçilərin, xüsusən də Müsavatın Şəki təşkilatının 113 saylı Şəki dairəsindən namizəd irəli sürməyi təklif etdiklərini açıqladı: “Adil bəyə 113 saylı dairəni təklif ediblər. Lakin o qəbul etməyib. Əgər Adil bəy özünə bu qədər arxayındırsa və bütün Şəkinin onu dəstəklədiyini düşünürsə, məntiqlə 113-cü dairədən imtina etməməlidir”.
S.Kərimovun sözlərinə görə, A.Qeybullanın bu yaxınlarda mətbuata müsahibələrində Müsavatın formatını dəyişmək, Müsavatı hakimiyyətlə yaxınlaşdırmaq kimi təşəbbüslərlə çıxış etməsi Şəki müxalifətçilərində narazılıq yaradıb: “İnsanlar hesab edir ki, Adil Qeybulla seçicilərdən çox hakimiyyətdən dəstək qazanmaq istəyir. Ona görə də o cür təkliflərlə çıxış edir”.
AXCP funksioneri son olaraq vurğuladı ki, 115 saylı dairəyə iddiasından geri çəkilmək üçün heç bir ciddi əsas yoxdur. Partiyanın da onun namizədliyinin üzərində israrla dayanmasının xeyli əsasları var.

Etibar SEYİDAĞA

762 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008