 |
Siyasət
17 SAYLI YASAMAL DAİRƏSİNDƏ GƏRGİN MÜBARİZƏ BAŞLAYIB 2010-08-31 Qənimət Zahid: “Qərarımı dəyişməkdə çətinlik çəkirəm” Nüşabə Sadıxlı: “Heç kəsə ”geri çəkil" deyə bilmərəm" Araz Əlizadə: “Rəhbərlik etdiyim partiyanın Yasamal təşkilatı güclüdür”
|
AXCP Müsavat Partiyasının razılaşdırmadığı dairələrdən biri də 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Həmin dairədən Müsavat Partiyasının namizədi partiyanın Divan üzvü Nüşabə Sadıxlı, AXCP-nin namizədi isə “Azadlıq”qəzetinin baş redaktoru Qənimət Zahiddir. Sözügedən dairədən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də namizədliyini irəli sürəcək.
Qeyd edək ki, ötən parlament seçkilərində həmin dairədən ALP sədri Lalə Şövkət deputat seçilmişdi. Lakin o, mandatından imtina etdi. Dünən həm Q.Zahid, həm də N.Sadıxlı və A.Əlizadə ilə əlaqə saxlayıb sözügedən dairədən namizədliklərini vermələrinin səbəblərinə aydınlıq gətirdik.
Q.Zahid seçimini bu cür izah etdi: “Bir neçə dairə ilə bağlı fikirlərim var idi. Sonda belə qərara gəldim ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi daha yaxşıdı. Bu ərazi həm iş yerimə yaxındır, həm də şəhərin içidir. Dost -tanışlarım burda daha çoxdur. Bu cür qərar verməyimə həm də onlar təkid etdilər. Xatırlayırsınızsa, bu qərarı verənə qədər bütün qəzetlərə tərəddüdlərim var deyirdim. Nəhayət, bu tərəddüdlərə son qoydum”. Q.Zahidin sözlərinə görə, qəti qərar verəndən sonra ona məlum olub ki, eyni dairədən N.Sadıxlı da namizədliyini irəli sürüb: “Nüşabə xanım mənə Bakı Dövlət Universitetində dərs deyib. O vaxtdan bizim yaxın və sevimli müəllim -tələbə münasibətlərimiz var. Açığı, bir az pis vəziyyətdə qaldım. Amma mən də bəlli bir çevrənin qarşısında qərar vermişəm. Ona görə qərarımı dəyişməkdə çətinlik çəkirəm”. Baş redaktor çıxış yolu tapacaqlarını dedi: “Kampaniya hələ başlamayıb. Kampaniya zamanı biz imkanlarımızı müzakirə edə bilərik. Mən eyni zamanda istəyirəm göstərək ki, ölkədə normal opponent münasibətləri necə olur. Nüşabə xanımla isti münasibətlərimizin yüksək səviyyədə qalacağına şübhə etmirəm. Mədəni və bir -birimizə güvənli şəkildə alternativ münasibətimiz olacaq. Biz ikimiz də bir-birimizi başa düşən və qiymətləndirən adamlarıq”.
N.Sadıxlı isə bildirdi ki, Q.Zahid sözünün ağası olan, hərəkətlərinə fikir verən, çox dəyərli kişilərdən biridir: “O mənim tələbəm olub. Tələbələrimə öz övladıma bəslədiyim qədər məhəbbətim var. İş elə gətirdi ki, eyni seçki dairəsindən namizədliyimizi verəsi olduq. Baxmayaraq ki, 17-ci seçki dairəsindən namizədliyimi verəcəyim barədə qərarı Qənimət bəydən öncə elan etmişdim. Düşünürdüm ki, Qənimət bəy həm bir centlmen, həm müəllimi kimi, həm də hərəkatda müəyyən qədər xidməti olan bir insan kimi bu seçki dairəsindən iddialı olmaz. İş elə gətirib ki, o da eyni seçki dairəsindən namizədliyini verdi. Bilirsiniz, bu onun da haqqıdır. Mən ona heç nə deyə bilmərəm”. Sözügedən dairədən israrlı olmasına gəlincə, N.Sadıxlı bildirdi ki, o, həmin ərazidə dünyaya gəlib və insanların əksəriyyətini tanıyır: “Gücüm daxilində orda yaşayan insanların problemlərinin həllində mühüm rolum olub. İstərdim ki, parlamentdə səlahiyyətli şəxs kimi onların problemlərinə daha yaxından kömək etmək imkanı əldə edim. Bu səbəbdən 17-ci seçki dairəsindən israrlıyam. Qənimət bəy qərarı özü verməlidir. Mən heç kəsə geri çəkil deyə bilmərəm. Düşünürəm ki, Qənimət bəy ictimaiyyət arasında tanınan şəxsdir. Namizədliyini hansı seçki dairəsindən verməyi onun üçün fərq eləmir. Bu seçki dairəsindən verməyimin səbəblərini izah elədim. Seçim onun olacaq”. N.Sadıxlı bildirdi ki, nəinki Müsavat Partiyasının, eləcə də AXCP-nin namizədləri arasında qadınların sayı çox azdır: “Bunların hamısı nəzərə alınmalıdır. 125 dairə var. AXCP ilə Müsavat parlament seçkilərinə 4-5 qadınla gedəcək? ATƏT-də builki seçkilərdə qadın namizədlərin sayının artırılmasının tərəfdarıdır. 2005-ci ilin parlament seçkilərində də eyni dairədən namizədliyimi irəli sürmüşdüm. Həmin il Lalə Şövkət də bu dairədən namizədliyini vermişdi. Ona görə mən geri çəkildim”.
Eyni dairədən namizədliyini irəli sürən Araz Əlizadə öncə alternativləri olacaq namizədlərə uğurlar arzuladı. Partiya sədri bildirdi ki, rəhbərlik etdiyi partiyanın Yasamal rayon təşkilatı güclüdür: “Bu səbəbdən namizədliyimi bu dairədən verirəm. Bundan başqa Yasamalda doğulub boya-başa çatmışam. Həm də orda mənim çoxlu dostlarım yaşayır”. Leyla İLQAR 1538 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|