 |
Siyasət
ZİYA MƏMMƏDOVUN MALİYYƏLƏŞDİRDİYİ BLOK HANSIDIR? 2010-09-01 Yayılan bu xəbər siyasi mühitdə zəlzələ yaratdı
|
Hökumət AXCP və Müsvata qarşı blok yaradıb. Bu haqda məlumatı “Azadlıq” qəzeti dünənki sayında yayıb. Qəzet yazır ki, iki aparıcı müxalifət partiyası olan Müsavat və AXCP-nin əməkdaşlığı hakimiyyəti ciddi narahat edib. Bu səbəbdən də hakimiyyət parlament seçkilərində müxalifət adı ilə yaradılan bloklardan birinə AXCP və Müsavata qarşı mübarizədə önəm verəcək və həmin blok məhz bu məqsədlə yaradılıb. Qəzetə məlumat çatdıran mənbə deyib ki, sözügedən blokun maliyyələşdirilməsi nəqliyyat naziri Ziya Məmmədova tapşırılıb. Yəni AXCP və Müsavata alternativ olaraq yaradılan bu blok kütləvi aksiyalar keçirməklə, hakimiyyətin ünvanına sərt çıxışlar etməklə görüntü yaradacaq. Mənbə onu da bildirib ki, blokun uğurlu kampaniya aparması üçün gündəlik qəzet də nəşr ediləcək. Qəzet blokun adının onlara bəlli olduğunu, sadəcə, dəqiqləşdirmələr aparıldığına görə açıqlanmadığını yazır. Qeyd edək ki, indiyə qədər bir neçə partiyanın iştirakı ilə iki blok yaradılıb. Onlardan biri Ümid, ADP və Aydınlar Partiyasının təsisçiliyi ilə qurulan “Qarabağ”, digəri isə Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və Ədalət Partiyasının təsis etdiyi “İslahat” seçki blokudur. “Qarabağ” blokunun təsisçilərindən biri ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, hakimiyyət ayrı-ayrı partiyalara qarşı “qara piar” aparır : “Görünür, həmin piar indi də bloklara qarşı aparılır. Ziya Məmmədovun Müsavat və AXCP-yə qarşı blok yaratması anlaşılan deyil. Belə olsaydı blok bütün müxalifətə qarşı yaradılardı. Nəyə görə Ziya Məmmədov? Belə çıxır ki, AXCP və Müsavat cütlüyü yalnız Ziya Məmmədovun tərəfdarlarına qarşı müxalifətçilik edəcək? Məntiqsiz, qarmaqarışıq, gülməli, ictimaiyyəti çaşdıran bu məlumata heç bir əsas yoxdur. Söhbətin hansı blokdan getdiyini mətbuata açıq şəkildə yazsınlar. Mən də deyə bilərəm ki, aldığım məlumata görə, Kəmaləddin Heydərov bizə qarşı bir blok yaradacaq. Bu həqiqətdi? İnsanlar iddia irəli sürməmişdən əvvəl qarşı tərəfin də ittihamlar səsləndirə biləcəyini nəzərə alsınlar”. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu məsələyə sərt reaksiya verdi: “Hakimiyyətin yaratdığı bir blok var. O da AXCP-Müsavat blokudur. Bu blokun maliyyələşdirilməsi Ziya Məmmədova yox, Rusiya generalı Sakit Allahverdiyevə tapşırılıb. Bu haqda mətbuatda məlumat gedib. O etiraf edib ki, ”Azadlıq" qəzetinə, dolayısı ilə bu bloka pul ayırıb. Mənim bildiyim versiya budur. İkincisi, söhbət maska taxaraq siyasi mübarizə aparan siyasi qüvvələrdən gedir. Onları başqa yerdə axtarın. Bu məsələnin bizə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bu sualın bizdən soruşulması məntiqsizdir". F.Qəzənfəroğlunun ittihamlarına Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılının mövqeyini öyrəndik. A.Hacılı dedi ki, Azərbaycan hakimiyyətinin əsas opponenti Müsavat Partiyası, AXCP və DUİ-yə daxil olan təşkilatlardır: “Aydın məsələdir ki, parlament seçkilərində hakimiyyətin əsas alternativi Müsavat -AXCP birliyi, o cümlədən hakimiyyətə qarşı səmimi rəqabət aparmaq niyyədi olan DUİ-dir. ”Azadlıq" qəzetinin hansı əsasla belə bir fikir yaydığını deyə bilmirəm. Düşünürəm ki, qəzet yaydığı fikrə aydınlıq gətirəcək". A.Hacılı qeyd etdi ki, Müsavat Partiyasının və AXCP-nin bu məsələlərdə mövqeyi Azərbaycan ictimaiyyətinə məlumdur. Leyla İLQAR 2530 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|