 |
Siyasət
ŞƏKİ MÜSAVATÇILARI ADİL QEYBULLANIN MÜDAFİƏSİNƏ QALXDI 2010-09-01 “Sahib Kərimovun 2005-ci ildə yüksək səs toplamasının əsas səbəbi onu dəstəkləməmiz idi”
|
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimovun Müsavat Divanının üzvü, professor Adil Qeybulla haqqında qəzetimizin dünənki sayındakı fikirləri, 115 saylı Şəki seçki dairəsində Adil bəydən nüfuzlu olmasını bəyan etməsi Şəki müsavatçılarında narazılıq yaradıb. Bu barədə dünən Müsavat Partiyası Şəki təşkilatının sədri Həbibulla Manaflı redaksiyamıza zəng edərək məlumat verdi. H.Manaflı bildirdi ki, Sahib Kərimovun Adil Qeybulla barədə fikirləri əsassızdır. Şəkidəki bütün müsavatçılar məhz Adil bəyin namizədliyini dəstəkləyir. H.Manaflı qeyd etdi ki, S.Kərimov 2005-ci il parlament seçkilərində 115 saylı dairədə həqiqətən yüksək səs toplayıb. Ancaq bu heç də o demək deyil ki, o, Adil bəydən nüfuzludur: “Sahib bəyin 2005-ci ildə yüksək səs toplamasının əsas səbəbi Şəki müsavatçılarının onu dəstəkləməsi, ”Azadlıq" seçki blokunun vahid namizədi olması idi. Müsavatçıların dəstəyi olmasa, onun 2005-ci ildə topladığı səsin yarısını belə toplaya bilməsi mümkün deyil. Biz bu reallığı nəzərə alıb Adil Qeybullanı dəstəkləməkdə israrlıyıq. Adil Qeybulla kimi bütün Şəkidə hörmətli şəxsi qoyub Sahib Kərimovu və ya başqasını müdafiə etməyimiz mümkün deyil". H.Manaflı Müsavatın Şəki təşkilatının A.Qeybullaya 113 saylı dairəni təklif etdiyi haqda S.Kərimovun dediklərinin doğru olduğunu açıqladı: “Düzdür, belə bir təklif vermişik. Ancaq bu, xeyli müddət əvvəl olub. Adil bəy 115 saylı dairədən namizəd olacağını bizə bildirdikdən sonra onunla razılaşmışıq. Adil bəyin yüksək səs qazanacağına əminik”. Bu arada Adil Qeybulla APA-ya açıqlamasında AXCP funksionerini “qara piar” aparmaqda günahlandırıb: “Bizim hədəfimiz Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə nail olmaqdır. Seçkidə öz davranışımızla da ortaya nümunə qoymalıyıq. Ancaq eyni blokdan olan namizədin heç bir əsası olmayan bu cür səviyyəsiz ”qara piar"dan istifadə etməsi məni çox təəssüfləndirir. Mən bu cür səviyyəsiz çıxışa reaksiya vermək istəmirəm". Dünən bir daha Sahib Kərimovla əlaqə saxladıq. O, Adil Qeybullaya qarşı “qara piar”dan istifadə etməsi barədə deyilənlərlə razılaşmır: “Bu, onun şəxsi mövqeyidir... Sadəcə olaraq Müsavat-AXCP münasibətlərinə zərər gələ biləcəyini nəzərə alıb qarşılıqlı polemikanı dərinləşdirmək istəmirəm. Bu polemikanı tərəfimdən dayandırıram”.
Etibar SEYİDAĞA 802 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|