13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜBAHİSƏLİ DAİRƏLƏRLƏ BAĞLI QƏRARI İKİ LİDER VERƏ BİLƏR

2010-09-02

Arif Hacılı: “Bununla əlaqədar AXCP və Müsavat tərəfindən müxtəlif təkliflər irəli sürülür və dəyərləndirilir”

Müsavat Partiyası ilə AXCP arasında seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı gedən müzakirələr artıq yekunlaşmaq üzrədir və bu, zəruridir. Çünki seçkilərə rəsmən start verilməsinə cəmi 5 gün qalıb. Bu müddətdə seçki bloku elan edilməli, təşkilati işlər görülməli və ön hazırlıqlar həyata keçirilməlidir. Bu səbəbdən namizədlər məsələsinin yekunlaşdırılması və seçki işinə başlamaq lazım gəlir.

Hələlik blokun elan olunmasına əngəl törədən amil mübahisəli seçki dairələri (SD) ilə bağlı məsələnin açıq qalması, xüsusilə Müsavatdan olan deputatların dairəsindən AXCP-nin namizədlərinin iddialarından geri çəkilməməsidir. Mübahisəli dairələr bunlardır:

  • 8 saylı Binəqədi I SD: Razi Nurullayev (AXCP) - Arzu Səmədbəyli (Müsavat)
  • 17 saylı Yasamal III SD: Qənimət Zahid (AXCP) - Nüşabə Sadıxlı (Müsavat)
  • 20 saylı Nərimanov II SD: Camaləddin Əkbər (AXCP) - Qubad İbadoğlu (Müsavat)
  • 25 saylı Nizami II SD: Məhəmməd Talıblı (AXCP) - Rauf Arifoğlu (Müsavat)
  • 26 saylı Sabunçu I SD: İbrahim Vəliyev (AXCP) - Tofiq Yaqublu (Müsavat)
  • 29 saylı Səbail SD: Həsən Kərimov (AXCP) - Mehman Cavadoğlu (Müsavat)
  • 34 saylı Xətai II SD: Fuad Qəhrəmanlı (AXCP) - Nəsib Nəsibli (Müsavat)
  • 41 saylı Sumqayıt I SD: Mahir Ağayev (AXCP) - İkram İsrafil (Müsavat)
  • 79 saylı İmişli SD: İlqar Hüseyn (AXCP) - İltizam Əkbər (Müsavat)
  • 115 saylı Şəki kənd II SD: Sahib Kərimov (AXCP) - Adil Qeybulla (Müsavat).

Dünən Müsavatla AXCP arasında namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr olmayıb və heç bir irəliləyiş baş verməyib. Əslində bu məsələdə hazırda danışıq aparan şəxsləri də başa düşmək mümkündür; çünki dairələrdə namizədlər özləri sonadək israrlı olduqlarını, blok yaratmaq istədikləri partiyanın namizədinə güzəştə getmək istəmədiklərini bildirir. AXCP funksionerləri hətta Müsavatdan olan deputatların dairələrində də geri durmaq istəmir. Bu vəziyyətdə onların partiyasının rəhbərliyini də anlamaq mümkündür; çünki onlara təzyiq edildikdə narazılıqlar baş qaldıracaq.
Təbii ki, seçki ərəfəsində bu problemin yaranması arzuolunmazdır. Amma məsələ ondadır ki, seçkiyə birgə getmək daha vacibdir, buna görə partiya rəhbərlərinin özlərinin razılaşması əsasında hansısa qəti qərarlar verilməsi mümkündür. Əslində hələ bir müddət öncə millət vəkili Pənah Hüseyn belə təkliflə çıxış etmişdi. O hesab edirdi ki, namizədlər məsələsinə çox vaxt aparmaq uğurlu deyil, liderlər bu məsələni öz aralarında çözməli, mübahisəli dairələr üzrə liderlər özləri qərar verib siyahını elan etməlidir.
Ekspertlər və demokratik düşərgə təmsilçiləri tərəfindən də bu, uğurlu təklif hesab olunurdu; çünki hər iki partiya funksionerlərinin iddialı olduğu dairələrdə konflikt getdikcə dərinləşir, ittihamlar artır, vaxt itkisinə yol verilir. Məsələn, Müsavat deputat qrupunun üzvləri Nəsib Nəsibli, İltizam Əkbər, İkram İsrafil və Arzu Səmədbəyli seçildikləri dairədən daha şanslı olduqlarını bildirir və haqlı olaraq geri çəkilmək istəmir. Təbii ki, qarşı tərəf də müəyyən arqumentlər gətirir. Onların rəqibləri - Razi Nurullayev, Fuad Qəhrəmanlı, İlqar Hüseynli və Mahir Ağayev də seçilmək şanslarının güclü olduğunu iddia etməkdə davam edir. Onların haqlı və ya haqsız olması məsələnin başqa tərəfidir. Əsas budur ki, bu kimi dairələrdə kimin güclü olduğunu siyasətlə məşğul olmayanlar da bilir. Ona görə də liderlər özləri çox asan qərar verə bilər.
Bizə çatan məlumatlara görə, AXCP və Müsavat rəhbərliyinin görüşlərində bu məsələlərlə bağlı kifayət qədər ciddi müzakirələr gedib. Namizədlər geri çəkilmədiyi üçün belə təklif səslənib ki, birlik naminə liderlər bu dairələrlə bağlı öz aralarında qərar versin və blok elan olunsun. Belə ideya da olub ki, Müsavatın indiyədək getdiyi güzəştlərin müqabilində və ən əsası, birliyin alınması üçün AXCP rəhbərliyi Müsavat deputatlarının dairəsindən namizədlərini geri çəkmək barədə qəti qərar verə bilər.
Bu təklifin nə dərəcədə real olması ilə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə danışdıq. O dedi ki, namizədlərin müəyyənləşməsi və blok elan olunması üçün cəmi 5 gün qalır: “Sentyabrın 7-də seçkilərə start verilir. Məsələ bu müddətdə həllini tapmalıdır, ondan o yana keçə bilməz. Mübahisəli dairələrlə bağlı AXCP və Müsavat tərəfindən müxtəlif təkliflər irəli sürülür və dəyərləndirilir. Əgər bu təkliflər gerçəkləşsə, hər iki partiya rəhbərliyinə daxil olan şəxslərin, həmçinin seçkilərdə şanslı hesab etdiyimiz namizədlərin, hazırda millət vəkili olan şəxslərin blokun vahid namizədi kimi müəyyən edilməsi mümkün olacaqsa, blokun yaranması yolunda heç bir maneə qalmayacaq. Biz prosesə nikbin yanaşırıq. Müsavat blokun yaranması üçün bu maneələrin aradan qaldırılmasını mümkün sayır, güzəştlərə hazır olduğumuzu bildiririk. AXCP də seçki blokunun yaranmasında maraqlıdır və düşünürəm ki, onlar da güzəştli mövqe tutmağa meyllidir. Bunlar prosesin perspektivinə nikbin yanaşmağa əsas verir”.
Konkret olaraq müsavatçı deputatların dairəsindən AXCP-nin namizədlərinin geri çəkilməsi barədə liderlərin qərar verəcəyi xəbərinə gəlincə A.Hacılı bu barədə məlumatlı olmadığını dedi: “Ancaq məncə, bu, blokun yaranması üçün AXCP tərəfindən atılmış ciddi konstruktiv addım olardı”.

Elşad MƏMMƏDLİ

577 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008