 |
Siyasət
SABAH MÜSAVAT MƏCLİSİNİN İCLASINDA MÜHÜM QƏRARLAR VERİLƏCƏK 2010-09-03 “Qarabağ” seçki bloku da eyni gündə toplantı keçirəcək
|
Sabah Müsavat Partiyası Məclisinin sessiyası keçiriləcək. Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, saat 11-də başlanacaq Məclisin iclasında əsasən parlament seçkiləri ilə bağlı məsələlər müzakirə olunacaq. Məclis parlament seçkiləri, deputatlığa namizədlər və Müsavat-AXCP seçki blokunun yaradılması ilə bağlı siyasi qərarlar qəbul edəcək. Müsavatın deputatlığa namizədlər siyahısı təsdiq olunacaq. Müsavat Məclisi həmçinin Cənubi Qafqazda və Azərbaycan ətrafında yaranmış hərbi-siyasi vəziyyəti, həmçinin Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək, bununla bağlı sənəd qəbul olunacaq. Sözügedən sənədin Müsavat Divanında müzakirə olunduğu və təsdiqləndiyi bildirilir. Məlumatda toplantıda həmçinin kütləvi aksiyalarla bağlı qərarın verilməsinin də gözlənildiyi qeyd olunur. Sabah saat 14-də “Qarabağ” seçki blokuna daxil olan partiyaların rəhbərlərinin blokun namizədləri və partiya fəalları ilə toplantısı da keçiriləcək. Bloka daxil olan ADP-nin mətbuat xidmətindən verilən xəbərə görə, toplantıda mövcud ictimai-siyasi vəziyyət barədə partiya rəhbərlərinin məruzəsi dinləniləcək və qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə bağlı son müzakirələr aparılacaq. Etibar SEYİDAĞA 778 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|