13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

PƏRVİZ SƏMƏDBƏYLİ ƏLİ ƏHMƏDOVLA RƏQİB OLACAQ

2010-09-04

O, Ümid Partiyasına üzv olmamasının səbəblərini açıqladı

Bir neçə ay öncə Müsavat Partiyası başqanının müavini, millət vəkili Arzu Səmədbəylinin qardaşı Pərviz Səmədbəylinin Ümid Partiyasına üzv olmaq üçün ərizə yazması barədə xəbər yayılmışdı. Həmin vaxt Türkiyədə olan Pərviz Səmədbəyli oradan redaksiyamıza zəng edərək xəbərlə bağlı bu sözləri demişdi: “Məni öz üzvü kimi görən bütün partiyalara, o cümlədən Ümid Partiyasına göstərdiyi etimada görə təşəkkür edirəm. Amma mən hazırda heç bir partiyanın üzvü deyiləm”. “Bəs sizin Ümid Partiyasının rəhbərliyinə üzvlük barədə ərizə yazmağınız faktına necə aydınlıq gətirərdiniz” sualına cavabında o, ölkəyə döndükdən sonra məsələyə dair ətraflı açıqlama verəcəyini demişdi.

Bir neçə gün öncə ölkəyə qayıdan P.Səmədbəyli dünən redaksiyamıza gəldi və bir müddət öncə yayılan xəbərlərə aydınlıq gətirdi. O dedi ki, Ümidə üzv olmaq fikri olub: “Çünki o zaman qardaşım Aqil Səmədbəyli ilə danışarkən o, deputatlığa namizədliyini verməyəcəyini demişdi. Məsələ ondadır ki, ötən seçkilərdə o, Ümid sədri İqbal Ağazadə ilə rəqib olmuşdu. 2000-ci ildə o dairədə Babaxan Muradovu udmuşdu. 2005-də isə Ümid sədri ilə rəqib olmuşdu. Bu dəfə namizədliyini verməyəcəyini bildirməsindən sonra mənim Ümid Partiyasına üzv olmağım mümkün görünürdü və bu niyyətdə idim. Sonradan Aqil Səmədbəyli namizədliyini verəcəyini açıqladı. Əlbəttə ki, qardaşımla rəqib olan şəxsin sədri olduğu partiyada olmaq və oradan namizədliyimi vermək etik olmazdı”.
P.Səmədbəyli son vaxtlar tək Ümiddən yox, 10-a yaxın partiyadan sədr müavinliyi təklifi aldığını dedi: “Demək olar ki, bütün partiyalarla münasibətim eyni dərəcədədir və siyasidən daha çox səmimidir. Mən arzu etmişəm ki, 9 milyonluq çox da böyük olmayan ölkənin siyasətçilərinin bir-birinə bu qədər qarşı olmaları tendensiyasına son qoyulsun. Məsələn, mən İqbal Ağazadə ilə tanış olanda tamamilə ona qarşı qırıcı suallar verdim. O, cavablarında istedadlı və məharətli, açıq və səmimi şəkildə mövqe sərgilədi. Siyasilər arasında münasibətlər bu şəkildə qurulmalı və davam etməlidir. Hətta bir-birinə sərt mövqedə olan siyasətçilərimiz bir-birinə müraciətlərində centlmen şəkildə davranış göstərməlidirlər. Siyasət bunu tələb edir”.
P.Səmədbəyli dedi ki, hazırda hansısa partiyanın üzvü kimi yox, müstəqil şəkildə Nərimanov 19 saylı Seçki Dairəsindən namizədliyini verməyə hazırlaşır: “YAP funksioneri Əli Əhmədovun seçicisiyəm. 5 ildə onu bir dəfə də görmək mümkün olmadı. Bu zehniyyətdən qurtulmaq və Azərbaycanın vətəndaşlarının güvəndiyi şəxslərin deputat seçilməsinə nail olmaq lazımdır. Bizdə millət vəkilləri sadəcə bir bəhanə tapır, bizim vəzifəmiz yalnız qanun qəbul etməkdən ibarətdir. Lakin belə deyil. Deputat seçicisinin problemlərinin icra strukturları tərəfindən həllinə nail olmalıdır. Mən Türkiyədə olarkən prezidentlə çox rahatlıqla görüşmüşəm, həm Çankaya köşkündə, həm də evində. Bu dəqiqə də burdan zəng etsəm, başqa ölkənin prezidenti ilə rahat görüşərəm, nəinki seçicisi olduğum Əhmədovla. Bütün seçicilər də belədir”.
“19-cu dairədə nə dərəcədə şanslısınız” sualına cavabında P.Səmədbəyli dedi: “Orada seçicilərlə daim təmasdayam, çünki ərazidə yaşayıram, hər gün söhbətlərimiz olur. Onlar deyir səsimiz sənindir, amma bu səsləri qorumağın, saxtalaşdırılmamasının yollarını ara, sən də bizə kömək et. Əslində, namizədliyimi vermək xəyalımdan keçmirdi. Bunu Türkiyədə təhsil almış tələbələr və ərazidəki insanlarımız məndən xahiş edir. Məni səmimi bir insan kimi qəbul edirlər, nəinki siyasətçi. Mən hər zaman çalışmışam ki, təmiz, dürüst, vicdanlı, mənəvi dəyərlərə söykənən siyasətin simvolu olum”.

Elşad MƏMMƏDLİ

786 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008