13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVAT MƏCLİSİ DEPUTATLIĞA NAMİZƏDLƏRİN SİYAHISINI TƏSDİQLƏDİ

2010-09-05

Partiyadan çıxarılması tələb olunan Tapdıq Abbas isə Müsavatda qaldı, ancaq deputatlığa namizədliyi ləğv edildi

Dünən Müsavat Partiyası Məclisinin növbəti iclası oldu. Toplantıda əsasən parlament seçkiləri ilə bağlı vəziyyət, deputatlığa namizədlərin təsdiqlənməsi məsələlərinin müzakirəsi gözlənilirdi. Ancaq Məclis üzvü Hüseyn Məlik söz alaraq gündəliyə əlavə təklifinin olduğunu dedi. 22 Məclis üzvünün müraciəti Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda mərhum Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak edən Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın Müsavatdan çıxarılması məsələsinin gündəliyə salınmasını barədə idi.

Məclisin sədri Sülhəddin Əkbər müraciəti oxuyarkən müəlliflərdən birinin ondan imtina etdiyini vurğuladı. Lakin Məclis sədrindən müraciəti imzalayanların adlarının oxunması tələb olundu və adlar açıqlandı. Təklif səsə qoyuldu və 30 lehinə, 17 əleyhinə, 8 bitərəf qaldı. S.Əkbər dedi ki, iclasda 64 nəfər iştirak edir: “Hamı səs vermədiyi üçün məsələ gündəliyə salınmır. Yəni 50+1 yoxdur”.
Lakin Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məsələyə ciddi etiraz edərək yenidən səsvermə keçirilməsini istədi. Bu dəfə nəticə belə oldu: 29 lehinə, 18 əleyhinə, 12 bitərəf. A.Hacılı yenə etiraz edib Səssayma Komissiyası yaradılmasını təklif etdi. Bundan sonra T.Abbasın partiyadan çıxarılması məsələsi səs çoxluğu ilə gündəliyə salındı.
Göyçay rayon təşkilatının yeni sədri İlqar Yusifovun səlahiyyətləri təsdiqlənəndən sonra Müsavat Məclisinin regionda yaranmış son hadisələrlə, xüsusilə də Rusiya-Ermənistan hərbi müqaviləsindən sonra baş verənlərlə bağlı beynəlxalq aləmə və hakimiyyətə müraciəti müzakirə olundu. Müraciətdə həm hakimiyyətə çıxış yolları göstərilir, həm də beynəlxalq aləmə baş verənlərə ciddi müdaxilə etmək çağırışı əksini tapırdı. Müsavat başqanı İsa Qəmbər dedi ki, Məclis bu sənədi qəbul etməklə Azərbaycanın fərsiz hakimiyyətinə çıxış yolları göstərir. Müraciətdə hakimiyyət təxirəsalınmaz addımlar atmağa çağırılır, beynəlxalq aləmdən isə Azərbaycanı yalqız qoymamaq xahişi edilir.
Parlament seçkiləri barədə çıxış edən A.Hacılı Məclisi DUİ və AXCP ilə aparılan danışıqlar barədə məlumatlandırdı. Dedi ki, DUİ ilə Müsavat 18 dairədə namizədlərini razılaşdırıb. Razılığa əsasən Müsavat 7 dairədə DUİ-nin, DUİ isə Müsavatın 11 namizədini müdafiə edəcək. AXCP ilə isə 70-dən artıq dairədə razılıq əldə olunub. Daha 10 dairə üzrə danışıqlar isə davam edir. A.Hacılı dedi ki, AXCP ilə blok yaratmaqdan ötrü Müsavat bir sıra dairələrdə namizədlərini güzəştə gedə bilər: “Amma müsavatçı deputatların və rəhbərliyə daxil olan şəxslərin dairəsində heç bir güzəşt ola bilməz”.
A.Hacılı nəyin bahasına olursa-olsun blok yaratmaq fikrində olmadıqlarını da dedi: “Əgər AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat seçkiyə bu gün Məclisdə təsdiqlənən siyahı ilə gedəcək”.
A.Hacılı Müsavat və AXCP-nin bitərəflərdən Erkin Qədirli və Aqil Səmədbəylini də vahid namizəd kimi razılaşdırdığını, Rəis Rəsulzadə, Ərəstun Oruclu, Cəlal Allahverdiyev, Ənnağı Hacıbəylinin də birgə müdafiəsi istiqamətində danışıqların aparıldığını dedi. A.Hacılının sözlərinə görə, sentyabrın 7-8-də AXCP ilə danışıqları yekunlaşdırmaq nəzərdə tutulub. O, qeyd etdi ki, birliyə xələl gəlməməsi naminə namizədliyindən imtina etməsi də mümkündür.
Tural AbbaslıMüsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı bu danışıqlardan bəhs edərkən AXCP-ni qeyri-konstruktivlikdə suçladı, bu partiyanın firqə maraqlarına daha çox üstünlük verdiyini dedi. Ayvazalı Orucov isə birliyə çağırdı: “Camaat bizdən birlik gözləyir. Əks təqdirdə cəmiyyətdə ümidsizlik yaranacaq”.
S.Əkbər də birlik tərəfdarı olduğunu vurğuladı: “İsa bəyin o fikri ilə razıyam ki, bu məsələdə bizim məsuliyyətimiz daha çoxdur. Gəlin hansısa bəhanəni verməyək”.
Səxavət Əlisoy dedi ki, o, birliyin baş tutması naminə 2 saylı Şərur seçki dairəsini AXCP-yə güzəştə getməyə hazırdır. Mustafa Hacıbəyli Müsavatın birlik istiqamətində uğurlu kombinasiya qurduğunu söylədi və başqana təşəkkür etdi. Adil Qeybulla isə demokratik hərəkatın məsuliyyətini İ.Qəmbərin daşıdığını söylədi: “İsa bəy bu hərəkatın komandanı, rəhbəridir. Bu birliyi dəstəkləməliyik. Müsavatın adı bu birliyin pozulmasında qətiyyən hallanmamalıdır”.
İsa Qəmbərİ.Qəmbər də fikirlərini bölüşdü: “Müsavat parlament seçkiləri ilə bağlı strategiyasını ilin əvvəlindən müəyyənləşdirmişdi. Bu strategiya real müxalifətin seçkilərdə birgə iştirakına yönəlmişdi. Bu strategiyada Rəsulzadə-Elçibəy yoluna bağlı olan qüvvələrin prosesdə iştirakı nəzərdə tutulmuş və güclü namizədlər ideyası əsas götürülmüşdü. Məncə, ötən müddət, baş verən proseslər seçilmiş strateji hədəflərin düzgün olduğunu təsdiq etdi. Əgər Məclis üzvləri etiraz etməsə, Məclis bu istiqamətdə indiyədək aparılan işləri, istər DUİ ilə məsləhətləşmələrdə, istər AXCP-nin vahid seçki bloku yaratmaqla bağlı danışıqlarda əldə olunan nəticələri təqdir edə, artıq seçki gününün də rəsmən təyin edildiyini nəzərə alaraq bu məsləhətləşmələri intensivləşdirmək, zəruri qərarlar qəbul etmək üçün Divana səlahiyyət və tövsiyə verə bilər”.
Tapdıq AbbasMəclis başqanın bu təkliflərinə müsbət reaksiya verdi. Geniş müzakirələrdən sonra bir dairəni çıxmaq şərtilə Müsavatın deputatlığa namizədlər siyahısı yekdilliklə təsdiqləndi. Siyahıda 100-dən artıq namizədin adı var. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı müsavatçı namizədlərə bəzi məlumatlar verdi.
Daha sonra T.Abbasın məsələsi müzakirəyə çıxarıldı. İbrahim İbrahimli geniş nitq söylədi. Öncə AXCP-Müsavat danışıqlarına münasibət bildirən İ.İbrahimli bu birliyi alqışladı: “Birlik istiqamətində gedən bu prosesin reallaşmasında İsa Qəmbərin rolu böyükdür. Parlament seçkilərinə çox uğurlu startla başladığına görə İsa bəyə təşəkkür edirəm”.
İ.İbrahimli dedi ki, heç kim T.Abbası müdafiə etmir. Ancaq o, ən böyük xətaya və səhvə yol verdiyini etiraf edib. Bundan sonra Məclisdə müəyyən gərginlik yaşandı. Elan olunan fasilədən sonra həm T.Abbasın müdafiəçiləri, həm də əleyhdarları çıxış etdilər. T.Abbas da toplantıda çıxış edib və hərəkətlərinə görə üzr istədiyini deyib. Mustafa Hacıbəyli isə T.Abbası hakimiyyət tərəfindən deputat olacağı ilə bağlı razılıq almaqda ittiham edib: “Ona deyiblər ki, partiyada qalsan, deputat olacaqsan”.
Səxavət Əlisoy T.Abbasın Məclis üzvlüyündən çıxarılmamasını istədi. Çıxış edənlərin bir qismi isə T.Abbasın Məclis üzvlüyündən çıxarılmasını tələb etdilər. Yenidən çıxış edən T.Abbas öz ünvanına deyilənləri böhtan saydı, bunların şərəf və ləyaqətini alçaldan sözlər olduğunu dedi: “Məni ölü adam bilməyin. Elə bilməyin ki, məni kimsə ayaq altına atıb əzə bilər. Əgər o heykəlin qarşısına gül qoymuşamsa, əlimi kəsərəm, baş əymişəmsə, başımı kəsərəm. Partiyadan çıxarsanız da, çıxarmasanız da müsavatçı olaraq qalacam”.
Daha sonra T.Abbasın partiyadan çıxarılması və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsi məsələsi səsə qoyuldu. Səsvermənin nəticələrinə görə T.Abbasın Müsavatdan deputatlığa namizədliyi ləğv edildi. 27 nəfər T.Abbasın partiyadan çıxarılmasının lehinə, 26 nəfər əleyhinə səs verdi, 6 nəfər isə bitərəf qaldı. Səsvermə 50 faizlik mərhələni keçmədiyindən T.Abbas partiyadan çıxarılmadı.

Cavid TURAN

2125 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008