 |
Siyasət
MEHRİBAN ƏLİYEVAYA QALİB GƏLMƏK NİYƏ MÜŞKÜLƏ ÇEVRİLİB? 2010-09-05 Müxalifətdən bu suala maraqlı cavablar gəldi
|
Müxalifətin bir qismi 14 saylı Əzizbəyov birinci seçki dairəsindən namizəd verməyəcək. Partiya və blokların bəziləri bu barədə artıq qərar qəbul edib, bəziləri isə həmin dairədən namizəd verməyin mənasız olduğunu açıqlayıblar. Çünki 14 saylı dairədən hakimiyyətin namizədi Heydər Əliyev Fondunun prezidenti, ölkə başçısının xanımı Mehriban Əliyevadır. Qeyd edək ki, M.Əliyeva 2005-ci il parlament seçkilərində də həmin dairədən namizədliyini verib və hazırda parlamentdə o dairəni təmsil edir. Ötən seçkilərdə müxalifətin yaratdığı “Azadlıq” bloku 14 saylı dairədən ADP sədrinin müavini Həsrət Rüstəmovun namizədliyini irəli sürmüşdü. Müsavat başqanının müavini Tofiq Yaqublu qəzetimizə açıqlamasında bildirib ki, həmin dairədən partiyanın namizədi yoxdur və olmayacaq. Onun sözlərinə görə, buna səbəb kiminsə oradan qalib gələcəyinə inamının olmamasıdır. Tofiq bəy bizimlə söhbətində qeyd etdi ki, M.Əliyevanın kimliyini nəzərə alaraq orada demokratik seçki keçirməyin müşkül olduğu qənaətindədir: “Başqa dairələrdə fikirləşmək olur ki, beynəlxalq təşkilatların və s. təzyiqi altında hakimiyyət başqa namizədin qələbəsini tanıyacaq. Ancaq həmin dairələrdə Mehriban xanımdan başqa heç bir namizədə qələbə şansı verilməyəcəyini nəzərə alan, bu reallığı qəbul edən insanlar orada mübarizə aparmağın mənasızlığını dərk edərək namizədlik vermirlər. Səs yığmaq problemi yoxdur”. M.Əliyevanın dairəsində müxalifət namizədinin seçkini udması niyə müşkülə çevrilib? Bu, birinci xanımın bir deputat kimi yaxşı fəaliyyəti ilə, yoxsa seçkinin onun xeyrinə saxtalaşdırılması ilə bağlıdır? Sualla müraciət etdiyimiz müxalifət funksionerlərinin cavablarına keçməzdən öncə ədalət naminə qeyd edək ki, M.Əliyevanın deputat kimi öz seçicilərinin qayğısına qalması, dairənin problemlərini həll etməsi ilə bağlı əhali arasında müsbət fikirlər var. Bildirilir ki, dairə ərazisində mövcud olan yol, işıq, qaz və s. başqa kommunal, infrastruktur problemləri məhz birinci xanımın sayəsində həllini tapıb. Bununla belə, dairədə hər şeyin ideal olduğunu düşünmək sadəlövhlük olar. Təbii ki, bütövlükdə Azərbaycan üçün xarakterik olan bir sıra problemlər 14 saylı Əzizbəyov birinci seçki dairəsinin ərazisindən də yan keçməyib. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağayevin sözlərinə görə, təmsil etdiyi təşkilatın və ADP-nin birgə yaratdığı “Qarabağ” seçki bloku 14 saylı dairədən namizəd verib. Ə.Ağayev qeyd etdi ki, konkret dairə ərazisində M.Əliyevanın necə işləməsi haqda xüsusi maraqlanmayıb və hər hansı məlumata malik deyil: “Amma bütövlükdə Mehriban xanımın fəaliyyəti, nüfuzu rəy formalaşdırır. Təkcə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti kimi yox, həm də YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Komitəsinin sədri kimi onun fəaliyyəti çox genişdir. Yəqin ki, onun fəaliyyətini və nüfuzunu nəzərə alaraq insanlarda qənaət formalaşır. Bununla yanaşı, məncə, hər bir iddialı partiya seçkilərdə istənilən dairədən namizəd irəli sürməli və mübarizə aparmalıdır”. 2005-ci il parlament seçkilərində M.Əliyevanın rəqibi olmuş ADP sədrinin müavini Həsrət Rüstəmov bildirdi ki, ötən seçkilərdə 14 saylı dairələrdə saxtalaşdırma halları olub: “Bütün Azərbaycanda seçkilərin saxtalaşdırıldığı heç kimə sirr deyil. Şübhəsiz ki, elə dairələr var ki, saxtalaşdırma dairəsi çoxdur, eləsi də var azdır. Əlimdə olan sübutlara istinad edib deyə bilərəm ki, 2005-ci ildə 14 saylı dairədə saxtalaşdırma o qədər də yüksək olmayıb. Belə ki, hökumət adamları kənardan ”seçici"lər gətirirdilər. Nəticələri də saxtalaşdırmışdılar. Məsələn, orada cəza müəssisələri vardı, hansı ki, müxalifətin namizədi kimi mən 90 faizdən çox səs toplamışdım, amma rəsmi protokolda bir dənə də olsun mənə səs yazmamışdılar. Amma bütün bunlar olmasaydı belə, Mehriban xanım orada səs qazana bilərdi. Çünki bizim insanların psixologiyası bir qədər başqa cürdür. Mehriban xanımın əsli şüvəlanlıdır, ölkə başçısının həyat yoldaşıdır. Hamı elə bilir ki, rayonun deputatı olsa orada yol çəkəcək, məktəb tikəcək və s. Yəni bu baxımdan onun imkanları xüsusilə də müxalifətdən olan rəqibinin imkanları ilə müqayisədə böyükdür". H.Rüstəmovun fikrincə, bütün bunlar o demək deyil ki, həmin dairədən namizəd vermək olmaz: “Bütün dairələrdə seçkiyə qatılmaq lazımdır. Mən istərdim ki, müxalifətin orada xanım namizədi olsun və real mübarizə aparsın. Təəssüf ki, biz bunu edə bilmədik”. HƏBİBƏ 2689 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|