13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜSAVATÇI GƏNCLƏRİN YALNIZ BİR VAHİD NAMİZƏDİ VAR

2010-09-06

Tural Abbaslı: “AXCP-Müsavat danışıqlarının nəticəsini gözləyirik”

Parlament seçkilərinin başlanmasına az qalsa da, Müsavat və AXCP-nin vahid namizədlər siyahısı hələ tam dəqiqləşməyib. Bu isə hər iki partiyanın gənclər təşkilatları fəallarının seçkilərə qatılmaq istəyən hissəsini də tərəddüd içində saxlayır. Məlum olduğu kimi, Müsavat Gənclər Təşkilatı (GT) bir neçə ay öncə gənclər qrupu ilə parlament seçkilərinə qatılacağını bəyan etmişdi. Gənclər parlament seçkilərində 4 namizədlə çıxış etmək niyyətindədir.

Seçki hazırlıqlarının nə yerdə olduğunu aydınlaşdırmaq üçün Müsavat GT sədri Tural Abbaslı ilə əlaqə saxladıq. O, dairələrdə namizədlərin dəqiqləşdirilməsi prosesi getdiyini bildirdi: “AXCP-Müsavat danışıqları nəticəsində gənclərdən yalnız Səxavət Soltanlı vahid namizəd kimi təsdiq olunub. Partiyalar arasındakı danışıqlar prosesinin nəticəsini gözləyirik. Amma Müsavatın siyahısında Əhəd Məmmədli 24 saylı I seçki dairəsi, Leyla Mustafayeva 107 saylı Qazax seçki dairəsi, mən isə 21 saylı Nəsimi seçki dairəsində namizəd kimi qeydə alınmışıq. Hesab edirik ki, dairələr üzrə ən layiqli namizədlərimizi təqdim etmişik. Bu namizədlər 2000-ci ildən təşkilatımızın üzvüdür. Onlar 2003-cü il prezident, 2005-ci il parlament seçkilərində, ötən il isə referendumda proseslərdə fəal iştirak edən gənclərdir. Namizədlərimiz üçün bloqlar açmaq, sosial şəbəkələrdə təbliğatını təşkil etmək fikrimiz var. Çalışacağıq gənclərin təbliğində yeni metodlardan istifadə edərək ideyalarımızı yayaq”.
T.Abbaslı namizəd olduğu dairədə AXCP-nin ADP sədri Sərdar Cəlaloğlunu dəstəkləyəcəyi barədə fikrə də münasibət bildirdi: “Sizin qəzetdə yazılmışdı ki, AXCP 21 saylı Nəsimi dairəsində Sərdar Cəlaloğlunu dəstəkləmək istəyir. Birlik, blok adına belə addımlar atılmamalıdır. Cəbhə müsavatçı gəncləri qoyub ADP sədrini necə dəstəkləyə bilər? Bu, anlaşılan deyil. Buna görə narahatıq. Ümid edirik ki, AXCP bu səhvi etməz”.
T.Abbaslı seçki dairəsini dəyişib-dəyişməyəcəyi barədə sualımızı belə cavablandırdı: “Biz Müsavatın siyahısında dairəmizi müəyyənləşdirmişik. Seçkilərə çox az qalıb. İki partiyanın danışıqlarında ümumi bir qərar olsa, dairəmi dəyişə bilərəm”.

Nailə RÖVŞƏNQIZI

662 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

ARXIV

Yeni MÜSAVAT © 2008