 |
Siyasət
AXCP ARİF HACILI VƏ PƏNAH HÜSEYNİ AYRILMAQ DÜSTURU TƏQDİM ETMƏKDƏ SUÇLADI 2010-09-06 Razi Nurullayev Arzu Səmədbəyliyə uğurlar arzuladı
|
Seçki kampaniyasının rəsmi startına 2 gün qaldı. Bu günədək Müsavat Partiyası ilə AXCP 80 seçki dairəsi üzrə vahid namizəd müəyyənləşdiriblər. Qarşıdakı bir neçə gündə də bir çox mühüm dairələr üzrə vahid namizədlə bağlı razılaşmaların olacağı gözlənilir. Təxminən 10 dairədə vahid namizədlə seçkiyə qatılmaq belə görünür ki, mümkün olmayacaq. Çünki nə həmin dairələrdə namizədlər geri çəkilmək niyyətindədilər, nə də partiyaların rəhbərliyi onlara təzyiq etmək istəyir. Məsələn, 8 saylı Binəqədi seçki dairədə Müsavatın namizədi hazırda həmin dairədən deputat olan Arzu Səmədbəylidir. Müsavat başqanının müavini Arzu Səmədbəyli deputat kimi seçiciləri ilə çox yaxşı işlədiyini və digər məsələləri əsas göstərərək, ən şanslı namizəd olduğu üçün geri çəkilmək istəmir. AXCP-nin həmin dairədən namizədi sədr müavini Razi Nurullayev də ötən həftənin sonunda bəyan edib ki, qərarında qətidir, geri çəkilməyəcək: “Bir sıra dairələrin, o cümlədən mənim və Arzu bəyin iddia etdiyi 8 saylı Binəqədi seçki dairəsinin sərbəst buraxılması, yəqin ki, labüd olacaq. Geri çəkilmək çox çətindir. 5 ildir ki, yeni seçkiləri gözləyirdim, hazırlaşırdım, yüzlərlə insanla 5 il ərzində daima ünsiyyətdə olmuşam. Təbii ki, Arzu bəyin də bu dairədən iddialı olmasını tanıyıram və uğurlar arzulayıram. Hər ikimiz müxalifət təmsilçisiyik. Hansımız udarsa, müxalifətin qələbəsi olacaq”. 115 saylı Şəki dairəsində də eyni vəziyyət yaranıb. Müsavatın namizədi Adil Qeybulla ilə AXCP-nin namizədi Sahib Kərimov iddialarında israr edirlər.
Bu cür dairələrin sayının 10-dan yuxarı olması Müsavatla AXCP-nin seçki bloku deyil, siyasi blok yarada biləcəyi kimi fikirlərin ortaya çıxmasına səbəb olub. Məsələn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata açıqlamasında partiyalar arasında seçki blokunun yaranması mümkün olmadığı halda, seçkiyə eyni şüar, eyni platforma ilə qatıla biləcək siyasi blokun da yarana biləcəyini istisna etməyib. Siyasi blokun və ya koalisiyanın yaranmasının mümkünlüyü fikri ilə Müsavat deputat qrupunun üzvü Pənah Hüseynin də “Yeni Müsavat”dakı debatda səsləndirdiyi fikirləri AXCP rəhbərliyi cəbhəçilərin və müsavatçıların çaşdırılması hesab edirlər. AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq” qəzetinə bildirib ki, monitorinq aparmaq, eyni siyasi platforma ilə çıxış etmək seçki blokunu əvəz edə bilməz. Bu, birləşməyin yox, ayrılmağın düsturudur: “Seçki blokunun yaradılması Həsən Kərimovun, Arif Hacılının, Pənah Hüseynin arzusundan daha çox, cəmiyyətin sosial sifarişidir. Eyni zamanda sıravi cəbhəçilərin və müsavatçıların çoxdankı arzusudur.
Ona görə də belə bir fikir ortaya atmaqla müsavatçıları və cəbhəçiləri çaşdırmağa ehtiyac yoxdur. Birlikdən başqa nicatımız yoxdur. Sosial sifarişə qarşı getməməliyik". Pənah Hüseyn isə dünən bizə açıqlamasında bildirdi ki, AXCP funksionerləri onun fikirlərini düzgün başa düşməyiblər. Çünki o, siyasi blokdan danışarkən birlik əleyhinə heç bir fikir səsləndirməyib. Əksinə, birliyin daha da güclənməsinin tərəfdarı kimi çıxış edib: “Belə görünür ki, mənim fikirlərim düzgün anlaşılmayıb. Mənim tərəfimdən siyasi blok məsələsi seçki blokuna alternativ kimi yox, seçki ilə bağlı əməkdaşlığın sonrakı mərhələsi kimi təqdim olunub. Yəni seçki blokları yarandıqdan və siyahılar müəyyənləşdikdən, rəsmiləşdikdən sonra həmin siyasi təşkilatların, blokların, eni zamanda bəzi namizədlərin də iştirakı ilə bir seçki ittifaqı tipli bir qurumun yaranmasından söhbət gedir”. P.Hüseyn bu ideyanın abstrakt olmadığını vurğuladı. Qeyd etdi ki, ideya hazırda müxalifət strukturlarında müzakirə olunmaqdadır.
Etibar SEYİDAĞA 785 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ ARXIV
|