13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

MÜXALİFƏTÇİLƏR YAP-çı NAMİZƏDLƏRİN HEÇ BİRİNDƏN ÇƏKİNMİR

2010-09-06

Onlar üçün rəqibin kimliyinin də elə bir əhəmiyyəti yoxdur

Seçki kampaniyasına start verilməsinə bir neçə gün qalsa da hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədlərinin siyahısını hələ də açıqlamaq istəmir. Müşahidəçilər YAP-ın bu tərəddüdünü müxtəlif səbəblərlə izah edir. Burada ən maraqlı məqam odur ki, müxalifətçi namizədlər də özlərinin YAP-çı rəqiblərinin kimliyini bilmir. Bu isə ortaya sual çıxarır: müxalifətdən namizədliyini irəli sürən iddiaçılar hansı YAP-çı ilə üz-üzə gəlməyi arzulamır, hansı YAP-çı namizəddən ehtiyatlanır?

Bu sualımıza cavab verən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, onun üçün heç bir rəqibin fərqi yoxdur: “Mən namizədliyimi “Qarabağ” blokundan irəli sürmüşəm. Mənim üçün heç bir fərqi yoxdur, rəqib elə rəqibdir”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, YAP-dan olan alternativinin qadın olmasını istəmir: “Bunun elə bir əhəmiyyəti yoxdur. Çünki seçkilərdə seçicilərin əksəriyyətinin səsini qazanacağıma əminəm. Sadəcə olaraq, mən qadınlara qarşı mübarizə aparmağı arzulamıram. Hər halda, seçim məndən asılı olsaydı, istərdim ki, YAP-dan olan alternativim qadın olmasın”.
Ümid Partiyasının sədri İqbal Ağazadə də bunun onun üçün heç bir əhəmiyyəti olmadığını dedi: “Hakimiyyətin namizədini biz müəyyənləşdirmirik. Kim olursa olsun, heç bir fərqi yoxdur. Mən səs qazanacağıma əminəm”.
Müsavat başqanının müavini Qabil Hüseynli də heç bir rəqibdən çəkinmir: “Kim olursa olsun, mənim üçün fərqi yoxdur. Heç bir rəqibdən çəkinmirəm. Səslərin çoxunu yığacağıma əminəm”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, YAP-dan olan alternativinin kim olmasından asılı olmayaraq sona qədər mübarizə aparacaq: “Biz seçkiyə mübarizə aparmaq üçün qatılırıq. Seçkinin nəticəsi qədər mübarizə prosesinin özü də bizim üçün önəmlidir və eyni dəyərə malikdir. YAP-dan rəqibimin kim olmasına baxmayaraq, öz mübarizəmi sona qədər aparacağam. Və öz qələbəmizə tamamilə əminik. Çünki təmsil etdiyimiz mövqe üstün və haqlıdır. On görə də hesab edirəm ki, hakimiyyəti təmsil edən hər hansı namizəd bu məsələdə bizə problem yarada bilməz”.
Millət vəkilli Pənah Hüseyn üz-üzə gəlib mübarizə aparmaqdan çəkindiyi elə bir adamın olmadığını dedi: “Kim olursa olsun, elə bir əhəmiyyəti yoxdur. Seçkilərdə iştirak etməyə qərar vermişəm və əminəm ki, səslərin çoxunu mən yığacağam”.

Zülfiyyə SAKİTQIZI

575 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008