 |
Siyasət
MÜSAVATIN TAPDIQ ABBASIN YERİNƏ NAMİZƏDİ KİMDİR? 2010-09-06 81 saylı Beyləqan dairəsini AXCP Müsavata güzəştə gedibmiş
|
Müsavat Partiyası Məclisinin srağagün keçirilən toplantısında partiyanın deputatlığa namizədlərinin siyahısı təsdiqlənib. 100 nəfərlik siyahıda yalnız bir nəfərin Müsavatın namizədi olmasına razılıq verilməyib, adı siyahıdan çıxarılıb. Müsavat Məclisinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak etdiyi üçün onun 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi ləğv edilib. Qeyd edək ki, buna qədər Tapdıq Abbas Partiyanın 81 saylı dairədən namizədi idi. Məclisin qərarından sonra artıq həmin dairə boşdur. Müsavatın 81 saylı dairədən başqa namizədinin olub-olmadığını, dairənin AXCP-yə güzəştə gedilməsinin gözlənilib-gözlənilmədiyini araşdırdıq. Müsavat başqanının müavini Tofiq Yaqublu bildirdi ki, hələlik həmin dairədən Müsavatın namizəd irəli sürüb-sürməyəcəyi aydın deyil: “AXCP ilə danışıqlarda AXCP 81 saylı Beyləqan seçki dairəsini Müsavat Partiyasına güzəştə gedilmişdi. Faktiki olaraq Tapdıq Abbas vahid namizəd idi. Artıq Müsavat onun namizədliyindən imtina etdiyi üçün 81 saylı dairə də sentyabrın 4-dən boşdur. Həmin dairə ilə bağlı AXCP ilə yenidən danışıqlar aparılacaq. Bu zaman məlum olacaq ki, Müsavat oradan özünün namizədini irəli sürsün, yoxsa, AXCP-nin irəli sürdüyü namizəd vahid namizəd olaraq müdafiə edilsin. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Mümkündür ki, AXCP ilə danışıqlarda təklif olunsun ki, 81 saylı dairədən Müsavat AXCP-nin namizədini dəstəkləyə bilər, əvəzində isə başqa bir dairədə AXCP Müsavata güzəşt eləsin. Yəni bu şəkildə 81 saylı dairə açıqdır”. T.Yaqublu vurğuladı ki, dairə sonadək boş saxlansa belə, Tapdıq Abbas Müsavatın namizədi olmayacaq. Onu da qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı sentyabrın 7-8-də AXCP ilə danışıqların yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildirib. Tapdıq Abbas isə APA-ya açıqlama verərək bildirib ki, Müsavat Partiyasının Məclisi onun deputatlığa namizədliyini dəstəkləməmək barədə qərar qəbul etsə də, partiyanın Beyləqan rayon təşkilatı məhz onun namizədliyini müdafiə edir. T.Abbas müstəqil şəkildə parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağını da söyləyib: “Namizədliyimi verib-verməməyimlə bağlı hələ düşünməmişəm”. Arif Hacılı isə APA-ya bildirib ki, T.Abbasın fərdi qaydada parlament seçkilərində namizədliyini irəli sürməsi partiyanın Məclisinin qərarına zidd addım olar.
Etibar SEYİDAĞA 608 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|