|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin bu ilin aprelində onun adı ilə bağlı ortaya çıxan məşhur xəyanət mətninə görə günahkar elan edib partiyadan çıxardığı gənclərlə iş üzrə müavini Nurəddin Babayevi VİP-ə qaytardığı haqda ötən həftə “Yeni Müsavat”ın yaydığı xəbər rəsmi təsdiqləndi. Belə ki, dünən Əli Əliyev “Hürriyyət” qəzetinə müsahibəsində “Yeni Müsavat”ın yaydığı xəbəri təsdiqləyib. Əli Əliyev deyib ki, ötən həftə partiyanın Məclisində Nurəddin Babayevin VİP üzvlüyünə bərpa edilməsi məsələsi müzakirə edilib və müsbət qərar qəbul olunub. Maraqlıdır ki, VİP sədri 4 ay əvvəl günahkar elan edib partiyadan uzaqlaşdırdığı N.Babayevi təmizə çıxarmaq və adını çəkmədiyi mücərrəd birisini əsas günahkar kimi təqdim etməyə çalışır: “Dörd ay əvvəl qəbul etdiyimiz qərarın birinci bəndi ondan ibarət idi ki, prosesə aydınlıq gətirilənədək Nurəddin Babayevin VİP sıralarında üzvlüyü dayandırılsın. Bu, heç bir halda partiyadan qovulma deyildi, çünki onun günahı sübuta yetirilməmişdi. Məhdud bəlli var idi ki, günahkar ehtimal etdiyimiz şəxsi həmin çevrənin içində axtarmaq lazım idi. Təəssüf ki, həmin çevrədə bizim ehtimal etdiyimiz iki şəxs bu araşdırmanın aparılmasında bizə yardımçı olmadı. Biri ümumiyyətlə, partiya ilə əlaqələrini tam kəsib, hansı ki, Nurəddin Babayev məlum mətnin göndərildiyi elektron ünvanını ona veribmiş. Biz ümumiyyətlə Nurəddin Babayevin elektron ünvanının parolundan istifadə edə biləcək şəxslərin siyahısını çıxarmışdıq. İstisnalarla gəlib çıxdıq həmin iki nəfərin üzərinə. Həmin şəxslərdən də biri telefonlarımıza cavab vermədi, həmin gündən qərargahımıza gəlmədi, bizimlə bütün əlaqələrini kəsdi. Nurəddin Babayevin isə baş verən hadisədə ancaq səhlənkarlıq məsuliyyəti olub. Onun bu 4 aydakı davranışı müsbət qiymətləndirilib və Məclisdə onun partiya üzvlüyünə qoyulmuş məhdudiyyət aradan götürülüb”. E.SEYİDAĞA 795 dəfə baxılıb
|
[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB” [13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR... [13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB [13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR? [13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ [13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK [12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ |
| Yeni MÜSAVAT © 2008 |
|