12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

SEÇKİ KAMPANİYASININ MƏRHƏLƏLƏRİ

2010-09-07

Namizədlərin irəli sürülməsinə nə vaxt başlanacaq?

Prezident İlham Əliyev sərəncam imzalayaraq parlament seçkisinin vaxtını elan edib. Sərəncamda Azərbaycanda parlament seçkisinin noyabrın 7-də keçiriləcəyi qeyd olunub. Seçki Məcəlləsinin tələblərinə görə, seçki prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq. Seçki kampaniyası 60 gün nəzərdə tulub. Ona görə də kampaniyaya sentyabrın 8-də rəsmən start veriləcək. Namizədlərin irəli sürülməsi sentyabrın 8-dən başlayır. Onların müdafiəsi üçün seçici imzalarının toplanması səsvermə gününə ən azı 30 gün qalmış bitməlidir. Bu, oktyabrın 8-nə düşür.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Son qeydiyyat müddəti oktyabrın 14-nə düşür. Mərkəzi Seçki Komissiyası (MSkK) qeydə alınmış namizədlərin dairələr üzrə siyahısını səsvermə gününə azı 20 gün qalmış-oktyabrın 18-dək dövri nəşrlərdə dərc etdirməlidir.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış-oktyabrın 15-də başlayacaq və səsvermənin başlanmasına 24 saat qalmış-noyabrın 6-da dayandırılacaq.
Seçki noyabrın 7-də keçiriləcək. Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Ciddi qanun pozuntuları aşkar edilərsə, təsdiq etməmək hüququ da var. MCK səsvermə günündən ən geci 20 gün keçənədək (noyabrın 27-dək) dairə seçki komissiyalarının protokollarını (Seçki Məcəlləsinə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Etibar SEYİDAĞA

730 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

[10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR

[09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR

[09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU?

[09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR

[09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU

[08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008