 |
Siyasət
“DEMOKRATİYA” SEÇKİ BLOKU YARADILDI 2010-09-07 Asim Mollazadə ilə Sabir Rustəmxanlı seçkiyə vahid namizədlərlə qatılacaqlar
|
Dünən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Demokratik İslahatlar Partiyası (DİP) arasında “Demokratiya” seçki blokunun yaradılmasına dair saziş imzalanıb.
APA-nın məlumatına görə, sazişi VHP sədri Sabir Rüstəmxanlı və DİP sədri Asim Mollazadə imzalayıblar. S.Rüstəmxanlı deyib ki, VHP-nin 80-dən artıq nümayəndəsinin namizədliyinin irəli sürülməsi planlaşdırılıb. Onun sözlərinə görə, DİP-lə qarşılıqlı olaraq razılaşdırdıqdan sonra “Demokratiya” seçki blokunun təxminən 100 vahid namizədinin irəli sürülməsi gözlənilir. Qeyd edək ki, daha öncəki açıqlamalarında A.Mollazadə seçkilərə təkbaşına qatılacağını bildirmişdi. Bu məqama, eləcə də bir sıra suallara aydınlıq gətirmək məqsədilə A.Mollazadə ilə danışdıq. A.Mollazadə hər iki partiyanın imkanlarını dəyərləndirdiklərini və güclərini birləşdirmək qərarına gəldiklərini söylədi. Müsahibimiz bildirdi ki, bir sıra partiyalarla da danışıqlar aparılır və bu blok daha da böyüyəcək: “Bizim bloka daxil olmaq üçün müraciət edən partiyalar var”. Bunların hansı partiyalar olduğuna gəlincə, A.Mollazadə bildirdi ki, proseslər yekunlaşmayana qədər bu haqda açıqlama verməyəcəklər: “Biz razılığa gələndən sonra ictimaiyyətə məlumat yayacağıq”.
A.Mollazadə bildirdi ki, seçkilərə blok şəklində qatılmaqda partiyaların regional təşkilatların təşəbbüsləri də mühüm rol oynayıb: “Biz də düşündük ki, şöbələrimizin birgə fəaliyyəti partiyalarımızın seçkilərdə imkanlarını daha da artıracaq”. A.Mollazadə VHP ilə dairələr üzrə namizədlərin razılaşdırılması prosesində problemlərin yaşanmadığını söylədi: “Ən uğurlu şəxsləri blokun vahid namizədi kimi müəyyənləşdirəcəyik. Proses qarşılıqlı anlaşma formasında gedir. Yaxın günlərdə əksər dairələri əhatə edən siyahımız dərc olunacaq. Çox güman ki, 125 dairənin əksəriyyətindən namizəd verəcəyik. Bu məqsədlə bir neçə sahə üzrə işçi qrup yaratmışıq”. Asim Molazadə deputat seçildiyi dairədə qalib gələcəyinə inandığını bildirdi. Leyla İLQAR 922 dəfə baxılıb
|
[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR [12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI [12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR [12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI? [12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI [11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ [11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU [11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ [11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ [11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR [10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR [10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB [10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ? [10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ [10.02.2012] - BƏZİ PARTİYALARIN QAPILARI HƏLƏ DƏ BAĞLIDIR [09.02.2012] - MÜSAVATDA BAŞQAN MÖVZUSU KRİTİKLƏŞİR [09.02.2012] - 100 MİNLİK MİTİNQ NƏ OLDU? [09.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTIYA HAZIRLAŞIR [09.02.2012] - QAR MÜXALİFƏTİ DONDURDU [08.02.2012] - 2 APREL MƏHBUSLARI MƏHKƏMƏYƏ MÜRACİƏT ETDİLƏR ARXIV
|