13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

RƏSUL QULİYEVİN PARTİYASI SEÇKİDƏ İŞTİRAK ETMƏYƏCƏK

2010-09-08

AMİP isə iki yol ayrıcındadır

Siyasi səhnədə az-çox tanınan partiyaların əksəriyyəti hərə özünə uyğun olanı ilə blok yaradır. Artıq parlament seçkiləri ilə bağlı 4 seçki bloku rəsmən elan olunub. Bir neçəsinin isə bu günlərdə elan olunacağı gözlənilir. Tanınan partiyalardan yalnız AMİP hələ ki heç bir blokda təmsil olunmur. AMİP daxilində parlament seçkilərində iştirakla bağlı müxtəlif mövqelər yaranıb.

Partiyada bir çoxları hesab edir ki, seçkiyə təkbaşına getmək daha uğurlu variantdır. Lakin seçki bloklarından birinə qoşulmağın tərəfdarları da var. Bu barədə bizimlə söhbətində AMİP katibi Əli Orucov məlumat verdi. Əli Orucov hansı variantın üzərində dayanılmasının 4 gündən sonra bəlli olacağını dedi. Onun sözlərinə görə, sentyabrın 11-də Mərkəzi Şuranın iclasında seçkilərdə iştirakla bağlı AMİP-in yekun qərarı olacaq və partiyanın namizədləri elan ediləcək.
Qeyd edək ki, AMİP-in sədri Yusif Bağırzadə Gəncədəki dairələrin birindən namizəd olacaq. Partiyanın lideri Etibar Məmmədovun isə seçkilərdə iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Ə.Orucov qeyd etdi ki, Etibar Məmmədov hələlik bu barədə qərarını onlara açıqlamayıb.
Ölkədə tanınmış daha bir siyasətçinin lideri olduğu partiya isə seçkiyə qatılmayacaq. Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası (ACP) parlament seçkilərinə qatılmaqdan imtina edib. Bu barədə dünən “Qafqazinfo”ya partiya sədrinin müavini Nizami Məmmədov məlumat verib. N. Məmmədov deyib ki, parlament seçkilərinə rəsmi start verilməsinə baxmayaraq, ACP-nin nə İdarə Heyəti, nə də Məclisin toplantısı keçirilib və məsələ müzakirə olunmayıb: “Ona görə çox güman ki, biz seçkilərdə iştirak etməyəcəyik”.
N.Məmmədov onu da bildirib ki, partiya lideri Rəsul Quliyev bununla bağlı mövqeyini açıqlamayıb.

E.SEYİDAĞA

813 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - “UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

[13.02.2012] - İCTİMAİ PALATA “EUORVİSİON” ÖNCƏSİ AKSİYALAR KEÇİRMƏYƏ BİLƏR, ƏGƏR...

[13.02.2012] - İSA QƏMBƏRİN BAŞQANLIQDA QALMASININ ƏN OPTİMAL VARİANTI TAPILIB

[13.02.2012] - PARLAMENTDƏKİ 10 PARTİYA HANSIDIR?

[13.02.2012] - TÜRKİYƏ AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ HƏLLEDİCİ OLACAQ

[13.02.2012] - İCTİMAİ PALATA MƏTBUATA TƏZYİQLƏRLƏ BAĞLI XÜSUSİ TOPLANTI KEÇİRƏCƏK

[12.02.2012] - AZƏRBAYCANDAKI SÜLALƏ HAKİMİYYƏTİNİN SÜQUTU LABÜDDÜR

[12.02.2012] - VURĞUN ƏYYUB BAŞQANLIĞA NAMİZƏDİNİ AÇIQLADI

[12.02.2012] - PƏNAH HÜSEYNLƏ ÇƏKİŞƏN SABİQ SƏFİRİN DİGƏR ÇƏKİŞMƏLƏRİ DƏ VAR

[12.02.2012] - PARLAMENTİN FÖVQƏLADƏ İCLASI NİYƏ ÇAĞIRILMADI?

[12.02.2012] - MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI

[11.02.2012] - MÜXALİFƏT YAP-dan GƏLƏN DİALOQ TƏKLİFİNƏ CAVAB VERDİ

[11.02.2012] - PƏNAH HÜSEYN ANS-dəki QALMAQALA SON NÖQTƏNİ QOYDU

[11.02.2012] - RAFİQ ƏLİYEVDƏN SİYAVUŞ NOVRUZOVA CAVAB GƏLDİ

[11.02.2012] - ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ

[11.02.2012] - YAP-çı DEPUTATIN “QARABAĞ VETERANIYAM” DEMƏSİNƏ SƏRT REAKSİYALAR

[10.02.2012] - VƏKİLLƏ YAP-çı DEPUTATIN SÖZ SAVAŞI QIZIŞIR

[10.02.2012] - MÜSAVATDAN SİYAVUŞ NOVRUZOVUN AÇIQLAMALARINA SƏRT CAVAB

[10.02.2012] - 2013-də İLHAM ƏLİYEVİN ƏSAS RƏQİBİ KİM OLACAQ?

[10.02.2012] - HÜQUQ MÜDAFİƏÇİLƏRİ VİCDAN MƏHBUSU İLƏ MARAQLANACAQ

ARXIV

Yeni MÜSAVAT © 2008